Məhkəmə qərarları › İş №3(025)-322/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-322/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-322/2021 29.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Tüntül kəndində anadan olmuş, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17.06.2021-ci il tarixdə saat 15:30 radələrində Qəbələ şəhəri, M.Abduyev küçəsinin girəcəyində ictimai yerdə nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs 17.06.2021-ci il tarixdə saat 15:30 radələrində Qəbələ şəhəri, M.Abduyev küçəsinin girəcəyində ictimai yerdə nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 17.06.2021-ci il tarixdə saat 15:00 radələrində Elman adlı şəxsə məxsus Oka markalı avtomobili ustaya aparmaq üçün idarə etmişdir. Avtomobili yerindən hərəkət etdirən vaxt avtomobilin səs boğucu qazanı deşik olduğundan avtomobilə qaz verəndə həmin yer toz oldu. Təxminən yarım saat sonra həmin yerə yəni işiətdiyi çayxananın qarşısına gəlmişdir. Avtomobildən düşən kimi, həmin yerdə dönər satan Cəlil Mehralıyev və ərzaq mağazası işlədən İsmayılzadə İsmayıl onun yanına gəlmişlər. Onun ünvanına nalayiq sözlər dedilər. O, onların ünvanına nalayiq sözlər deməmişdir. Sonra İsmayıl, Cəlili və İsmayılın qardaşı sakitləşdirib oradan apardı. Həmin vaxt içkili olmamış, səhər saat 11-də 2 bakal povə içmiş, hadisə isə 4-də olub. Törətdiyi əməldən peşmandır. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, 17.06.2021-ci il tarixdə saat 15:00 radələrində işlətdiyi dönərxananın qarşısında olan vaxt Şəxs qırmızı rəngdə Oka markalı avtomobili yüksək sürətlə yerindən hərəkət etdirərək oradan uzaqlaşdı. Avtomobilin təkərindən çıxan daş və çınqıl onun obyektinə və digər şəxslərin avtomobilinə dəydi, həmin ərazi və onun obyektinin qarşısı toz oldu, Avtomobilin təkərindən çıxan daşlar xırda olduğundan obyektə ziyan dəymədi. Təxminən yarım saat keçdikdən sonra İlham yanlarına gəldi. O və orada mağaza işlədən İsmayıl adlı şəxs İlhama avtomobili sürətlə idarə etməsi ilə bağlı iradlarını bildirdikdə, onlara qarşı əsəbi formada “sürürəm yaxşı edirəm” deyib uca səslə nalayiq sözlərlə danışmağa davam etdi. O, İlhamın aqressiv olduğu və nalayiq sözlər işlətdiyi üçün polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxt İlham içkili idi. Məhkəmə iclasında şahid X1 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, 17.06.2021-ci il tarixdə saat 15:00 radələrində Elxan adlı şəxsin çayxanasının qabağında olan zaman Şəxs Oka markalı avtomobili yerindən yükəsk sürətlə hərəkət etdirdi. Nəticədə ərazidə toz yarandı, təxminən yarım saat sonra İlham həmin avtombillə ora qayıtdı. Cəlil və İsmayıl İlhama yaxınlaşıb söhbət etdilər, sonra İlham söyüş söyməyə başladı, təxminən 5 dəqiqə söyüşləri söyməyə davam etdi. Cəlil və İsmayıl oradan uzaqlaşdıqdan sonra, İlhama yaxınlaşıb öz iradını bildirən zaman İlham onun iradına məhəl qoymadığı üçün, o da oradan uzaqlaşdı. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov tərəfindən tərtib edilmiş 29 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 29 iyun 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar