Məhkəmə qərarları › İş №3(025)-322/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-322/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-322/2024 09.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X6 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokol tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən evində alt paltarını çıraraq ona 12,0 manat dəyərində maddi zərər vurmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o,ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 15-00 radələrində yaşadığı kənddə keçirilən toy məclisində iştirak etmiş və yemək yeyərkən spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətə düşmüşdür. Məclisdən çıxdıqdan sonra həmkəndlisi X4 ilə birlikdə yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs evinə girərək evdəki əşyalara zərər vurmuş, lakin evdən heç nə götürməmişdir. Həmin vaxt sərxoş olduğu üçün nə etdiyini bilməmiş, ayıldıqdan sonra əməlindən peşman olub Zərərçəkmiş şəxs üzr istəmişdir. Zərərçəkmiş şəxs dəymiş maddi zərəri ödəməyə etiraz etmir. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə qonşuluqda keçirilən toy məclisində iştirak etmiş və saat 18- 00 radələrində yaşadığı ünvana qayıtmışdır. Evə girərkən qapının açıq olduğunu, içəridə olan məişət və geyim əşyalarının, o cümlədən yataq dəstinin dağınıq vəziyyətdə olduğunu, pəncərənin altında isə iki nəfərin dayandığını görərək qışqırmışdır. Həmin şəxslər onun səsini eşidərək qaçıb getmiş, sonra o, oğurluq olub olmadığını müəyyən etmək məqsədilə evə baxmış və AR DİN 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Həyətyanı sahəyə baxış keçirilərkən ona məxsus olan bəzi alt geyimlərin bölünərək çəpərdəki dirəklərdən asıldığı aşkar edilmişdir. Şəxs və X4 əməllərini etiraf etmiş və ondan üzr istəmişlər. Onların hərəkətləri nəticəsində rüsvay olduğu üçün barələrində tədbir görülməsini tələb edir. İşdə olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əsasən Zərərçəkmiş şəxs Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən evinə baxış keçirilərkən Zərərçəkmiş şəxs döşəmə üzərində bölünərək korlanmış 1 ədəd qadın alt geyimini göstərərək həmkəndliləri, Şəxs və X2 xx.xx.2024-cü il tarixdə evinə girərək yataq və geyim əşyalarına zərər vurduqlarını bildirmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 232-1-ci özgənin əmlakını qəsdən məhv etməyə və zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Səmədli X3 Məcid Arif oğlu ilə birlikdə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən evinə onun iradəsi ziddinə daxil olaraq içəridə olan məişət əşyalarını və yataq dəstini dağıtmış, o cümlədən bəzi geyim əşyalarını korlayaraq maddi zərər vurmuşdur. Ona görə də, onun hərəkətləri AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə əhətə olunmur. AR İXM-nin 53.1.2-ci inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərilir. Məhkəmədə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və onun hərəkətlərində AR CM-nın 157.1 və 221.2.1-ci maddələrinin tərkib əlamətləri olub olmadığı yoxlanılması üçün materiallar Qəbələ rayon prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-cii maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs hərəkətlərində AR CM-nın 157.1 və 221.2.1-ci maddələrinin tərkib əlamətləri olub olmadığı yoxlanılması üçün materiallar Qəbələ rayon prokurorluğuna göndərilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar