Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-322/2025 09.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X5 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1976-cı ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748997) tərtib olunmuşdur ki, o, AR ƏM DK yanında DƏDRX-nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,08 ha torpaq sahəsində cavabdeh Şəxs tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, cavabdeh Şəxs həmin torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(025)-32/2025 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, o, AR ƏM DK yanında DƏDRX-nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,08 ha torpaq sahəsində cavabdeh Şəxs tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, cavabdeh Şəxs həmin torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(025)-32/2025 saylı icra sənədi üzrə tələbi yerinə yetirməkdən qəsdən boyun qaçırtmamışdır. Belə ki, o, ailə üzvləri ( arvadı və iki qızı ) ilə birlikdə həmin torpaq sahəsində yerləşən dəmir vaqonda yaşayır və başqa yaşayış sahəsi yoxdur. Başqa yerdə yaşayış sahəsi ilə təmin olunmaqdan ötrü iki dəfə İcra Başçısının qəbulunda olsa da indiyədək mənzillə təmin olunmamışdır. Ailəsini günəmuzd fəhlə işləyərək əldə etdiyi qazancla saxlayır. Ona görə də, icra vərəqəsinin icra edilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X1 göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-32/2025 saylı icra sənədi üzrə AR ƏM DK yanında DƏDRX-nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən onun mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,08 ha torpaq sahəsində cavabdeh Şəxs tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, cavabdeh Şəxs həmin torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi indiyədək təmin edilməmişdir. Şəxs əşyalarını başqa yerə daşımaqdan ötrü dəfələrlə 1200,0 manat pul təklif etsə də o, icra sənədi üzrə tələbi yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-32/2025 saylı icra sənədi üzrə tələbi yerinə yetirməsini Şəxs tələb edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-32/2025 nömrəli icra vərəqəsinə əsasən AR ƏM DK yanında DƏDRX-nin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,08 ha torpaq sahəsində cavabdeh Şəxs tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, cavabdeh Şəxs həmin torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-32/2025 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.20225-ci il tarixli e90734/2025-11-6-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-32/2025 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və inzibati xətanı ilk dəfə törətməsi nəzərə alınaraq həbsetmənin müddəti müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 09 iyul 2025-ci il tarixdən saat 12:40-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-322/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-322/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver