Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-323/2023 17.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanıX4nun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Qəbələ rayonu Soltan Nuxa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Soltan Nuxa kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X1 07 iyun 2023-cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X3 tərəfindən 29 iyun 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi VAZ21099 minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri H.Əliyev prospekti ərazisində üzü Qəbələ rayon polis şöbəsi istiqamətində saatda 40 km/saat sürətlə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin l-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, göstərilən tələblərə riayət etməyərək piyada keçidinin üzərində yolun sol hissəsindən sağ hissəsinə doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sağ tin hissəsi ilə vurması nəticəsində ehtiyatsızlığından Zərərçəkmiş şəxs sağlamlığına Yüngül zərər vuran bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X4 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantıİlkin Göyçəli tərəfindən araşdırılma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPBnə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki,xx.xx.2023-ci il tarixdə saat təxminən 22 radələrində Qəbələ şəhəri Heydər Əliyev propekti ərazisində X2 məxsus olan etibarnamə ilə idarə etdiyi VAZ21099 minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ şəhərinin mərkəzində yerləşən Qəbələ RPŞ-nin yaxınlığında olan dairəyə istiqamətlənmiş şəkildə asfalt örtüklü yolun sağ hərəkət hissəsi ilə saatda təxminən 40 km surətlə hərəkətdə imiş. Qəbələ şəhər 1 saylı tam orta məktəbin yaxınlığında piyada keçidinə təxminən 3 metr məsafə qalmış qarşısında hərəkətdə olan Opel markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobil qarşısında piyada keçidinə çatmamış avtomobili saxlamış, lakin qəza dayanma işıqlarını yandırmamışdır. O da həmin opel markalı avtomobilin sola, yəni 1 nömrəli məktəb istiqamətində olan yola tərəf döndüyünü fikirləşərək həmin avtomobilin sağından keçib getmək istəmişdir. Bu zaman isə piyada keçidinin üzərində adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs Məhəmmədiyyə oğlunu avtomobilinin qabaq sağ krel hissəsi ilə vurmuşdur. Nəticədə həmin şəxs yerə yıxılmışdır. Dərhal həmin şəxsi öz avtomobilinə otuzdurmuş ki, yağış onu islatmasın. Həmçinin 103 TTY xidmətinə zəng etmişdir. Həmin şəxsi TTY avvtomobili ilə Qəbələ RMX-ya aparmışlar. Hadisə zamanı heç bir xəsarət almamış, eləcə də avtomobilində heç kim yox imiş. Hadisə zamanı sərxoş olmamış, avtomobildə ondan başqa heç kim olmamışdır. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur və onlar barışmışlar. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxsizahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində Qəbələ şəhəri H.Əliyev prospekti ərazisində yerləşən 1 nömrəli tam orta məktəbin yaxınlığındakı piyada keçidi olan yolu soldan sağa doğru ilə üzü Qəbələ RPŞ istiqamətində keçən zaman onu təxminən 10 metr məsafə getmişdir ki, adı sonradan ona məlum olan Şəxs idarə etdiyi VAZ21099 minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ ön və sağ güzgü hissəsi onun sağ bud nahiyyəsinə dəymişdir. Nəticədə piyada keçidinin üzərinə yıxılmışdır. Nəticədə sol budundan və başından xəsarət almışdır. Daha sonra hadisə yerinə gələn TTY avtomobili ilə onu Qəbələ RMX-ya aparmışlar. Hadisə ilə bağlı heç kimdən heç bir şikayət və tələbi yoxdur. Qəbələ RPŞ-nin İstintaq bölməsindəŞəxs barəsində toplanmış HK-1/467 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və X5 rayon şöbəsinin 18 may2023-cü il tarixli, № 165 saylı MTE-nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sağ ənsə nahiyyəsinin dərialtı hematoması və sağ budun bayır səthinin geniş formada qançırı kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunan yuxarıda göstərilən tarixdə və səraitdə, yəni 16 aprel 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran bədən xəsarətinin əlamətlərinə aiddir. - Xüsusi texniki vasitə ilə çıxarılmış qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. -BD702464 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxsna xx.xx.2021-ci il tarixdə “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(025)- 286/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi VAZ 21099 minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri H.Əliyev prospekti ərazisində üzü Qəbələ rayon polis şöbəsi istiqamətində saatda 40 km/saat sürətlə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin lci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, göstərilən tələblərə riayət etməyərək piyada keçidinin üzərində yolun sol hissəsindən sağ hissəsinə doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sağ tin hissəsi ilə vurması nəticəsində ehtiyatsızlığından Zərərçəkmiş şəxs sağlamlığına Yüngül zərər vuran bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Bu hal Şəxs özünün etirafedici izahatı və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə belə qənaətə gələrkən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(025)-286/2023 nömrəli qərarına əsasən Şəxs sürücülük hüququnun 06 (altı) ay məhdudlaşdırılmasını da nəzərə alır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 09 (doqquz) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-323/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-323/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver