Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-324/2021 29.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuş, Qəbələ rayonu, Hacıalılı kəndində qeydiyyatda olan Şəxsnın barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31.05.2021-ci il tarixdə Qəbələ rayonu Böyük Əmili kəndi və Hacallı kəndi ərazisində yerləşən torpaq sahəsində münaqişə zəminində Zərərçəkmiş şəxs fiziki ağrı yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 iyun 2021-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X1 Hakim Məhəmməd oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X6 izahatında bildirmişdir ki, Şəxs 31.05.2021-ci il tarixdə Qəbələ rayonu Böyük Əmili kəndi və Hacallı kəndi ərazisində yerləşən torpaq sahəsində münaqişə zəminində Zərərçəkmiş şəxs fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Hacallı kəndində yaşayır. Hacallı kəndi ilə Əmilli kəndinin ərazisində X4 məxsus 3.07 hektar torpaq sahəsi vardır, Rüfət Quliyev 2007-ci il tarixdə həmin torpaq sahəsini ona qardaşı Arzuya vermişdir ki, onlar həmin torpaq sahəsinə qulluq etsinlər. Qarşılığında isə Rüfət Quliyev onlara hər ay 80 manat pul verirdi. 2007-ci ilin və 2008-ci ilin pulunu Rüfət onlara vermişdir, 2008-ci ildən etibarən isə Rüfət Quliyevdən xəbər çıxmadı, buna görə də o və qardaşı Arzu sözü gedən torpaq sahəsinə qulluq etdilər. Lakin 2020-ci ilin sentyabr ayından etibarən həmin torpaq sahəsinə tanımadığı şəxs olan Tərlan gələrək həmin torpaq sahəsinin özünə məxsus olduğunu şifahi olaraq bildirdi, o həmin şəxsdən sənəd tələb etsə də, Tərlan ona və qardaşı Arzuya heç bir sənəd təqdim etmədi, elə o gündən etibarən onların arasında mübahisə yaranmağa başlamışdır. Tərlan Cabbarov sonuncu dəfə 31.05.2021-ci ilı tarixdə həmin torpaq sahəsinə təkrar gələrək onlarla münaqişə etmişdir, onun sinə nahiyyəsindən əlləri ilə itələmişdir. Nəticədə o, yerə yıxılaraq sol ayaq və qol nahiyyələrindən xəsarət almışdır. Həmin vaxt o, Tərlanı itələməmişdir. Eləcə də ona heç bir xəsarət yetirməmişdir. Onların arasındakı münaqişə təxminən 10 dəqiqə çəkmişdir, münaqişə zamanı yaxınlıqda sadəcə olaraq qardaşı Arzu var idi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından etibarən müdiri X7 ona Qəbələ rayon Əmilli kəndində ona X3 tərəfindən etibar edilən 12 hektar torpaq sahəsini etibar etmişdir. Elə həmin vaxtdan sözü gedən əraziyə özü nəzarət edir və aqrotexniki qulluq, tikinti işlərini görür. Lakin həmin bağ sahəsinin 2.42 hektarını Hacallı kəndində yaşayan Hakim və Arzu adlı şəxslər etibarnamə əsasında nəzarət edir, torpaq sahəsinə getməsinə icazə vermirlər. Sözü gedən torpaq sahəsinə özləri qulluq edir və torpaq sahəsinin əsl sahibi Rüfət Aleksdroviçin həmin sahəni onlara verdiyini iddia edirlər, lakin həmin şəxslərin sözü gedən əraziyə dair heç bir sənədləri yoxdur. Ona etibar edilən torpaq sahəsinə qeyri-qanuni yolla, hasardan aşmaqla keçirlər. Buna görədə 31.05.2021-ci il tarixdə saat 10 radələrində sözü gedən əraziyə gedib nəzarət edən zaman həmin şəxslərin yəni Hakim və Arzu adlı şəxslərin onun torpaq sahəsində olduqlarını görərək onlardan torpaq sahəsində nə etdiklərini, haradan keçdiklərini soruşdu, həmin şəxslər də ona nalayiq ifadələrlə cavab verərək onu öldürməklə hədələyib qanuni olan torpaq sahəsinə keçməsinə icazə vermədilər. Həmin şəxslər torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirdilər. Bu zaman aralarında sözlü mübahisə yarandı, mübahisə zamanı Arzu və Hakim onu öldürməklə hədələdilər. Eləcə də həmin vaxt onların hər ikisini telefonu ilə videolentə alan zaman Hakim adlı şəxs onun üzərinə hücum çəkərək əlindən telefonu aldı. Daha sonra onun üz və əl nahiyyələrindən yumruqla vurdu. Həmin vaxt Arzu da onun əl və bel nahiyyələrindən əli ilə vurdu. Bu zaman isə Hakim onun telefonunu yerə atdı, lakin telefon qırılmadı. Həmin şəxslər ona mütəmadi olaraq maneəçilik yaradır, torpaq sahəsindən istifadə etməsinə icazə vermirlər. Ona hədə-qorxu gələrək, evini və fermasını yandırmaqla hədələyirlər. Eləcə də əkin sahələrindən təsərrüfatını yığmasına icazə vermirlər. Həmçinin Hakimin digər qardaşı İsmayılın oğlu sözü gedən torpaq sahəsində yerləşən tikilidən 5 ədəd taxtanı atası İsmayılın yeni tikdiyi evin padvalına aparıb. Hakim və Arzu adlı şəxslər onu 31.05.2021-ci il tarixdə öldürməklə hədələyən zaman onların əlində sadəcə lapatqa, balta və taxta var idi. Balta ilə onu vurmayıblar, həmçinin nə Hakimi, nə də Arzunu itələməmişdir. Hakim yerə yıxılmamışdır. Şəxs hasarın digər tərəfindən ona nalayiq ifadə işlədərək yumruq atan zaman Hakimin qolu hasardakı budaqlara dəyərək cızılmışdır. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 31.05.2021-ci il tarixli, 205 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön sol aşağı hissəsinin qançırı, sol saidin içəri aşağı 1/3-nin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 31.05.2021-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş 29 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-324/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-324/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver