Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-324/2022 10.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Uludaş kəndində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 iyul 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Əhməd Rəhman oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Uludaş kəndində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir.. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-cı il tarixdə saat 17-18 radələri aralığında kəndlərində Aydın Ağasıyevin çayxanasının arxa hissəsində Ədalət Abdulxalıqov ilə birlikdə spirtli içki qəbul edirdi. X5 isə stolun üzərində yatmışdı. Bu zaman Zərərçəkmiş şəxs həmin yerə gələrək 10 metr kənarda oturdu. Fəzairin onun ilə zarafat etdiyinə görə o da Fəzair ilə zarafat etdi. Bu zaman Fəzair ona sən zibillik eşənsən dedi, ona dur kənara çıxıb söhbətimizi edək dedi. Bu zaman o əlindəki bilmədiyi əşya ilə onun sol qoluna xəsarət yetirdi, aralarında sözlü mübahisə oldu, buna görə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs həmkəndlisidir. Onu danışdırmır. xx.xx.2022-ci il tarixdə saat 17-18 radələri aralığında kəndin mərkəzinə çıxdı, gördü ki, Siyavuş Ağasıyev ilə Şəxs birlikdə kötüyün üzərində oturublar. Əhməd araq içirdi. Onlardan təxminən 10 metr kənarda tək oturdu, bır qədər sonra Əhməd ona söz ataraq nalayiq ifadə işlətdi. Ona sənin kimi zibillikdən nəsə taparaq satıb araq alan deyiləm dedi. Bu zaman Əhməd onun üzərinə gələrək yaxasından tutub dartdı. Köynəyinin düymələri qırıldı, boğazından tutub bağlı olan çayxananın pəncərəsinə söykədi. Həmin vaxt Siyavuş Ağasıyev gələrək Əhmədi ondan araladı. Evə gedib 102 xidmətinə zəng etdi. Əhmədi vurmayıb, onu boğmamışdır. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 338 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – boyunun sağ aşağı hissəsinin sıyrığı və sol kürək nahiyəsinin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-324/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-324/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver