Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-324/2024 09.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon statistika İdarəsinin nümayəndəsi X2 və Şəxsnin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC barəsində ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN № 0256710) tərtib edilmişdir ki, 2024-cü ilin may ayı üzrə 4 əmək rəsmi statistika hesabatını təqdim etməmişdir. Qəbələ rayon statistika İdarəsinin nümayəndəsi X2 göstərmişdir ki, “Şəxs MMC 2024-cü ilin may ayı üzrə 4 əmək rəsmi statistika hesabatını xx.xx.2024-cü il tarixədək AR DSK Qəbələ rayon Statistika idarəsinə təqdim etməyərək “Rəsmi statistika haqqında” AR Qanunun tələblərinə əməl etməmişdir. Həmin fakt DSK-nin elektron informasiya sisteminin məlumatları əsasında aşkar edilmiş və "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. "xxxx" MMC-nin nümayəndəsi X3 götərmişdir ki, o, "xxxx" MMC-də mühasib köməkçisi vəzifəsində işləyir. Şəxs MMC-nin 2024-cü ilin may ayı üzrə 4 əmək rəsmi statistika hesabatı vaxtında hazırlanmış, lakin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə qeyri ilş günü olduğuna və xx.xx.2024-cü il tarixdə isə sistem bağlı olduğuna görə təqdim edilməmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC tərəfindən AR İXM-nin 389-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-324/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-324/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver