Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-325/2021 30.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, 01.06.2021-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində Şəxs atası Zərərçəkmiş şəxs ilə mübahisə edərək yumruqla bir dəfə sifət nahiyyəsindən vuraraq ona bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X4 izahatında bildirmişdir ki, 01.06.2021-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində Şəxs Alipaşa oğlu atası X2 ilə mübahisə edərək yumruqla bir dəfə sifət nahiyyəsindən vuraraq ona bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs Alipaşa oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 01 iyun 2021-ci il tarixdə atası Zərərçəkmiş şəxs məxsus ot biçən aparatı ilə qonşuluqda ot biçdiyi zaman otların arasında nə olduğunu bilməyib ot biçən aparatın reduktoru həmin küt əşyaya dəyərək sınmışdır. Otbiçən aparat sındığı üçün atası ona iradını bildirən zaman o, atasına qırılan hissənin qiyməti çox aşağı olduğunu bildirdiyi zaman atasının yenə də onu başa düşmədiyi üçün əsəbləşərək ot biçən aparatı götürüb yerə çırpmış, nəticədə otbiçən aparat sınmışdır. Həmin gün yüksən dərəcədə sərxoş olduğuna görə Muxtar Abduyev küçəsində “Qaradok” yaşayış məntəqəsinə doğru gedən yolun sağ kənarında yerləşən avtoyuma məntəqəsinin yaxınlığında uzanmışdır. Otbiçən aparatın sınması səbəbindən aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı sərxoş vəziyyətdə yumruqla atasının sifətinin sol almacıq nahiiyəsinə bir dəfə vurmuşdur. Sonradan atası X3 bu barədə AR DİN-nin “102” xidmətin müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 01.06.2021-ci il tarixdə o Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Qəbələ Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, müraciət etməyinə səbəb övladı Şəxs onu döyməsi olmuşdur. Övladı Şəxs evə mütəmadi olaraq sərxoş vəziyyətdə spirtli içki qəbul edərək gəlir. Sonuncu dəfə də spirtli içki qəbul edərək evə gəldi və ünvanına nalayiq ifadələr söyləyərək təhqir etdi və bir dəfə yumruqla sol gözünün yan hissəsinə yumruqla vurdu. Elşən ilə mübahisələri onun otbiçən maşının götürməsi və evə gec gəlməsi olmuşdur. O Elşənə niyə evə gec gəldiyini və otbiçən maşını niyə sındırdığını soruşanda Elşən içkili vəziyyətdə ünvanına nalayiq ifadələr söyləyərək onu təhqir etmişdir. Daha sonra isə aralarında olan mübahisə zaman onu döymüşdür. Sonda isə oğlu Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-325/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-325/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver