Məhkəmə qərarları › İş №3(025)-325/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-325/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-325/2023 17.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantıX1nun, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – 19 avqust 1993-cüildə Qəbələ rayonu, Kürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də gözətçi işləyən, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 01:00 radələrində Qəbələ rayonu, Savalan kəndində avtomobilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə olmadan 1 (bir) ədəd “TOZ-63” markalı, cüt lülə, 16 kalibrli, qundaq nömrəsi 6079-59, bala qundaq nömrəsi 75624-61 və lülə nömrəsi oxunmaz vəziyyətdə olan mülki ov tüfəngini qanunsuz özündə saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 28 iyun 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 01:00 radələrində Qəbələ rayonu, Savalan kəndində avtomobilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə olmadan 1 (bir) ədəd “TOZ-63” markalı, cüt lülə, 16 kalibrli, qundaq nömrəsi 6079-59, bala qundaq nömrəsi 75624-61 və lülə nömrəsi oxunmaz vəziyyətdə olan mülki ov tüfəngini və 6 (altı) ədəd patronu qanunsuz özündə saxlamışdır.Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2121” markalı avtomobillə təxminən saat 01:00 radələrində Qəbələ rayonu Savalan kəndində yerləşən iş yerindən yaşadığı Qəbələ rayonu Kürd kəndinə gəlirmiş. Yolda polis əməkdaşları onu saxlatmışlar və kim olduğunu, haradan gəldiyini soruşmuşlar. Daha sonra avtomobilində hər hansı yük olub-olmadığını soruşmuşlar. O, avtomobilində yalnız mülki ov silahı olduğunu bildirmişdir. Ondan həmin mülki ov silahına dair sənədlərin olub-olmadığını soruşduqda onlara sənədinin olmadığını, mərhum babasından yadigar qaldığını, işdən gec çıxdığına görə qarşısına vəhşi heyvan çıxa biləcəyinə görə yanında gəzdirdiyini bildirmişdir. Onu polis şöbəsinə dəvət etmişlər və polis şöbəsində mülki ov silahını təhvil vermişdir. Şəxssonda isə əməlindən peşman olduğunu, bir daha özündə qanunsuz silah saxlamayacağına söz verib, barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi,Şəxs tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 28 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 28 iyun 2023-cü il tarixli “mülki ov silahının götürülməsi və Növbətçi hissəyə təhvil verilməsi” barədə aktlardan görünür ki, Şəxs 1 (bir) ədəd “TOZ-63” markalı, cüt lülə, 16 kalibrli, qundaq nömrəsi 6079-59, bala qundaq nömrəsi 75624-61 və lülə nömrəsi oxunmaz vəziyyətdə olan mülki ov tüfəngi və 6 (altı) ədəd patron götürülmüş və növbətçi hissəyə verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuşov tüfəngi və patro müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd “TOZ-63” markalı, cüt lülə, 16 kalibrli, qundaq nömrəsi 6079-59, bala qundaq nömrəsi 75624-61 və lülə nömrəsi oxunmaz vəziyyətdə olan mülki ov tüfəngi və 6 (altı) ədəd patron müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar