Məhkəmə qərarları › İş №3(025)-326/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-326/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-326/2021 14.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə X8 - 1999-cu il martın 16-da Rusiya Federasiyası Stavrapol şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 02 iyul 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X9 tərəfindən X8 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, X8 müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçuş aparatı əldə etmişdir. Bununla da, X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 592-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 24 iyun 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X9 göstərdi ki, X8 müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçuş aparatı əldə etmişdir. Onlar şöbədə pilotsuz uçuş aparatına (drona) baxış kemirdikləri zaman da onun uçuş pərləri və akkumlyatoru olmamışdır. X8 barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 592-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 özünü İXM-nin 592-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 24.06.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhərindən Qəbələ rayonuna fərdi fəaliyyətləri ilə bağlı dostu X10 ilə birlikdə çəkiliş aparmaq məqsədilə gəlmişlər. Belə ki, onlar ölkə ərazisində klip çəkilişi ilə məşğul olurlar. İstifadəsində olan Pantom 4 Pro t markalı 1 ədəd pilotsuz uçuş aparatı var. Həmin pilotsuz uçuş aparatını “Tap.az” saytından tanımadığı və hal-hazırda əlaqəsi olmadığı şəxsdən təqribən bir ildən çox müddətədə almışdır və bir ildir ki, həmin uçuş aparatı ondadır. Aparatı əldə edərkən ona aparatla bağlı heç bir sənəd təqdim olunmamışdır. Covid 19 pandemiyası ilə əlaqədar qadağalar aradan qaldırıldıqdan sonra təxminən 2021-ci ilin aprel ayının sonlarından Bakı şəhərində və Respublika ərazisində müxtəlif rayonlardan müğənniləri və digər tanınmış şəxslərin video kliplərin çəkilişində video kamera vasitəsilə qeydə alınması ilə məşğuldur. 24.06.2021-ci il tarixdə Ülviyyə adlı müğənninin video klipinin çəkilişi məqsədi ilə dostu Murtuzov Xəyal və Ülviyyə adlı xanımla birlikdə Qəbələ rayonu Nohurqışlaq kənd ərazisində yerləşən Nohur göl adlanan istirahət mərkəzinə dron uçuş aparatı gətirmişlər. O, polis əməkdaşına yaxınlaşaraq qeyd olunan ərazidə dron aparatıyla video görüntünün qeydə alınmasında icazə olub-olmamağını soruşmuşdur. Lakin həmin vaxt onlarda olan dron istifadəyə yararsız olmuşdur. Lakin həmin ərazi çəkiliş üçün əlverişli olduğundan gələcəkdə dronla çəkiliş edilməsinin mümkün olub-olmamasını dəqiqləşdirmək üçün polis əməkdaşlarından məlumat almışdır. Onlar məlumatı rəhbərliyə məruzə etmişlər və onları Qəbələ rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onlardan pilotsuz uçuş aparatının müvafiq sənədinin olub-olmadığını soruşmuşlar. O, icazə sənədlərinin olmadığını bildirmişdir. O, “Sahil” istirahət mərkəzində pilotsuz uçuş aparatından istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Elsəvər Elçin oğlu ilə eyniməzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Əhməd Zeynalov tərəfindən Qəbələ rayon Polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanmış 24.06.2021-ci il tarixli Raportdan görünür ki, 24.06.2021-ci il tarixdə təxminən saat 15:00 radələrində Qəbələ rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis sıravisi ZeynalovƏhməd Xaləddin oğlu ilə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində yerləşən “Sahil” adlı istirahət mərkəzində xidmətdə olarkən, sonradan adları onlara məlum olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanda yaşayan X8 və X5 müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən videoçəkiliş aparmaq istəməsini aşkar etmişlər. Həmin şəxslərə yaxınlaşaraq özülərini təqdim etmişlər və qeyd edilən şəxsin hərəkətləri barədə araşdırma aparılması və tədbir görülməsi məqsədilə Qəbələ rayon polis şöbəsinə gətirmişlər. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli “Əşyanın götürülməsi barədə” Aktdan görünür ki, 24.06.2021-ci il tarixdə Qəbələ rayon polis şöbəsində X6 məxsus “Phantom” markalı, WM331A model, CMİİT İD 2016AP6314, FCC İD SS3-WM331A1704 olan videoçəkiliş təyinatlı pilotsuz uçuş aparatı və Model GL300E, CMİİT İD 2016AP6301, FCC İD SS3- GL300E1609 olan videoçəkiliş təyinatlı pilotsuz uçuş aparatının idarəetmə pultu ona məxsus saxlanc qabında sonuncu tərəfindən Qəbələ RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 14.07.2021-ci il tarixli, 42/1440-20281-1221 nömrəli məktubdan görünür ki, “Phantom” markalı, WM331A model, CMİİT İD 2016AP6314, FCC İD SS3-WM331A1704 olan videoçəkiliş təyinatlı pilotsuz uçuş aparatı və Model GL300E, CMİİT İD 2016AP6301, FCC İD SS3-GL300E1609 olan videoçəkiliş təyinatlı pilotsuz uçuş aparatının idarəetmə pultu məhkəməyə təqdim edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X13 oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 592-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə - məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 592-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılması hərəkətləri olmalıdır. Göründüyü kimi həmin maddədə məsafədən idarə edilən pilotsuz uçan aparatların daşınması, istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəmə, 24 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda inzibati xətanın törədildiyi gündən artıq üç ay müddət keçmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi həmin Məcəllənin 39-cu fəslinə, yəni idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara daxil edilmiş və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 3 ay müəyyən edilmişdir. İş materiallarından və barəsində inzibati icraat aparılan şəxs X3 izahatından görünür ki, onun tərəfindən məsafədən idarə edilən pilotsuz uçan aparat bir il bundan qabaq əldə edilmişdir. Beləliklə, X8 bir il bundan qabaq müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə etmiş, inzibati xətanın törədildiyi vaxtdan 3 ay keçmiş olur. Məhkəmə onuda qeyd edir ki, Qəbələ rayon Polis şöbəsindən X3 müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatının dəqiq olaraq hansı tarixdə əldə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin məhkəmə o halı da qeyd edir ki, X2 götürülən “Phantom” markalı, WM331A model, CMİİT İD 2016AP6314, FCC İD SS3-WM331A1704 olan videoçəkiliş təyinatlı pilotsuz uçuş aparatı həmin vaxt istifadəyə yararsız olmuşdur. Belə ki, dronun pərləri və akkumulyatoru olmamışdır. X7 həmin dronla çəkiliş etmək kimi niyyəti olmamışdır ona görə ki, dron istifadə üçün yararsız vəziyyətdə olmuşdur. Beləliklə, istifadəyə yararsız olan pilotsuz uçan aparat (dronun) əldə etməsi İXM-nin 592-1-ci maddəsi ilə məsuliyyət yaratmamalıdır. Çünki İXM-nin 592-1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanından alınan icazə işlək vəziyyətdə olan pilotsuz uçan aparatı (dron) üçün olmalıdır. İşlək vəziyyətdə olmayan pilotsuz uçuş aparatı üçün müvafiq icra hakimiyyəti orqanından hər hansı icazə alınması məntiqi deyildir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməli, “Phantom” markalı, WM331A model, CMİİT İD 2016AP6314, FCC İD SS3-WM331A1704 olan videoçəkiliş təyinatlı pilotsuz uçuş aparatı və Model GL300E, CMİİT İD 2016AP6301, FCC İD SS3-GL300E1609 olan videoçəkiliş təyinatlı pilotsuz uçuş aparatının idarəetmə pultu qərar qanuni qüvvəyə mindikdən sonra sahibi X6 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 61, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qəbələ rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə saxlanılan “Phantom” markalı, WM331A model, CMİİT İD 2016AP6314, FCC İD SS3- WM331A1704 olan videoçəkiliş təyinatlı pilotsuz uçuş aparatı və Model GL300E, CMİİT İD 2016AP6301, FCC İD SS3-GL300E1609 olan videoçəkiliş təyinatlı pilotsuz uçuş aparatının idarəetmə pultu qərar qanuni qüvvəyə mindikdən sonra sahibi X6 qaytarılsın. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar