Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-326/2024 27.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X1 Atabəy Əbdulla oğlu barəsində AR İXM-nin 535.1 və 510-cu maddələri ilə olan 3(025)-325/2024 və 3(025)-326/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materiallarına baxaraq M Ü Ə Y Y Ə N ETDİ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsində nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ictimai yerdə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. AR İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki,Şəxs barəsində AR İXM-nin 535.1 və 510-cu maddələri ilə olan 3(025)- 325/2024 və 3(025)-326/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları bir icraatda birləşdirilərək baxılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R V E R D İ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə olan 3(025)-326/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları barəsində İXM-nin 510-cu maddəsi ilə olan 3(025)-325/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə bir icraatda birləşdirilsin. İşə baxılması üçün məhkəmə iclası 27 iyun 2024-cü il tarixdə, saat 12:15-ə Qəbələ Rayon Məhkəməsinin binasına təyin edilsin. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-326/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-326/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver