Məhkəmə qərarları › İş №3(025)-326/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-326/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-326/2025 17.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsinin hakimi X3 AR DİN BDYPİ-nin «inzibati tənbeh tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28468683 nömrəli qərarından X1 tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: AR DİN BDYPİ-nin «inzibati tənbeh tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28468683 nömrəli qərarı ilə X2 AR İXM-nin 346.4-cü maddəsi ilə 80,0 manat cərimə edilmişdir. X1 məhkəməyə şikayət edib həmin qərarın ləğv edilməsini xahiş etmişdir. AR İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta törətməsinə görə inzibati tənbeh etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Məhkəmə hesab edir ki, AR DİN BDYPİ-nin «inzibati tənbeh tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28468683 nömrəli qərarı X1 barəsində olmadığından onun həmin qərardan şikayət etmək hüququ yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: AR DİN BDYPİ-nin «inzibati tənbeh tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28468683 nömrəli qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar