Məhkəmə qərarları › İş №3(025)-327/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-327/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-327/2022 11.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1980-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, , Zərərçəkmiş şəxsə Sədyar qızının oğlu ilə Fərid, Rəsul, Sahil, Dərya adlı şəxslərin mübahisəsi olmuş, həmin mübahisədə oğlu Ramini günahkar bilmişlər ki, satqınlıq etmisən. xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində Aynurə onun həyətinə oğlu Orxan ilə gəlmiş, yerindən qalxaraq həyətə düşmüş, onunla söhbət etməyə başlamış, ondan kim odluğunu soruşmuş, o da “sənin oğlun satqınlıq edərək mənim oğlumu döydürtdürüb” demiş, ona bu söhbət bağlanıbdır, niyə təkrar gəlmisən demiş, bu zaman Aynurə onun yaxasından tutmuş, saçlarını yolmuş, qışqıraraq özünü müdafiə üçün əli ilə onun sifət nahiyəsində gözünün altını əli ilə cızmış, dırnaqları onun sifətinə xəsarət yetirmiş, bu zaman övladları Ramin və Elvin həyətə çıxmışlar, Orxan onun arxa nahiyəsinə təpik ilə bır neçə dəfə, kürəyinə isə yumuruqla zərbələr vurmuş, Ramın Orxanın qolundan tutaraq kənara çəkmiş, Elvin isə Aynurəni tutub kənara çəkmişdir. Daha sonra onlar çıxıb getmişlər. Həmin qadının əri qapıda onları qarşılamış və aparmışdır. Əri Elsevər Bakı şəhərində odluğu üçün oğlu Elvin ərinə zəng edərək məlumat vermiş, o da 102 xidmətinə zəng edərək məlumat vermişdir. Övladları Aynurəni vurmamışlar, mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı orada başqa heç kim olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ilə izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yoldaşı X8 ona oğlu Orxanın döyülməsi videosunu göstərmiş və bunun tık-tok sosial şəbəkəsində paylaşıldığını, videonu çəkib paylaşan şəxsin isə həmkəndlisi X6 olduğunu demişdir. Buna görə də, xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində oğlu Orxan ilə birlikdə Elsevərgilin həyətinə getmiş, onun həyat yoldaşını çağırmış ki, söhbət etsin ki, niyə oğlunun videosunu paylaşıblar. Elsevərin adını bilmədiyi həyat yoldaşı qapının qarşısına gəlmiş, onunla həyətində qapısının qarşısında sakitcə söhbət etmək istəmiş, bu zaman o ucadan qışqıraraq səs-küy salmağa başlamış, buna görə də onun övladları Ramin və Elvin yola çıxdmışlar. Raminə niyə bu videonu yaymısan demiş, bu zaman Raminin anası onun yaxasından tutub dartışdırmış, buna görə də onun yaxasından tutaraq geri itələmiş yerə yıxılmış, Elvin onun üzərinə gələrək so! göz altı nahiyəsindən bir dəfə yumuruq ilə vurmuş, əli ilə itələyib onu yerə yıxmış, sonra Ramin yumuruq ilə kürək nahiyəsinə iki dəfə zərbə vurmuşdur. Həmin zaman oğlu Orxan onu yerdən qaldırmış və mübahisəni sakitləşdirmişdir. Mübahisə zamanı oğlu Orxan heç kimi vurmamış, mübahisə təxminən 10 dəqiqə davam etmiş,mübahisə zamanı orada başqa heç kim olmamışdır. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar