Məhkəmə qərarları › İş №3(025)-327/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-327/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-327/2024 27.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X1 Əyyub İlqar oğlu və X3 barələrində AR İXM-nin 157-ci maddəsi ilə olan 3(025)-327/2024 və 3(025)-328/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materiallarına бахaraq M Ü Ə Y Y Ə N ETDİ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Qəbələ şəhəri F.Rəhimov küçəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əmisi arvadı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. X3 barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Qəbələ şəhəri F.Rəhimov küçəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əmisi arvadı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. AR İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs və X2 barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan 3(025)- 328/2024 və 3(025)-328/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları bir icraatda birləşdirilərək baxılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R V E R D İ: Şəxs və X3 barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan 3(025)-327/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları barəsində İXM-nin 157-ci maddəsi ilə olan 3(025)-328/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə birr icraatda birləşdirilsin. İşə baxılması üçün məhkəmə iclası 27 iyun 2024-cü il tarixdə, saat 13:25-ə Qəbələ Rayon Məhkəməsinin binasına təyin edilsin. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar