Məhkəmə qərarları › İş №3(025)-328/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-328/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-328/2024 01.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4, zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər, X5, Şəxs, müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonunda anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ şəhəri, F.Rəhimov küçəsi ev 16-da qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Fazil Rəhimov küçəsi ev 16 da qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 barəsində AR İXM-nin 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Qəbələ şəhəri F.Rəhimov küçəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əmisi arvadı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Qəbələ şəhəri F.Rəhimov küçəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əmisi arvadı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs X5 özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri F.Rəhimov küçəsində yaşayır. Zərərçəkmiş şəxs ilə aralarında olan torpaq mübahisəsi məhkəmə yolu ilə həll edilmiş və icra məmurları tərəfindən iplə bölünmüşdür. Buna baxmayaraq Xuraman bölgünü bölgünü qəbul etməyərək 10-15 gün əvvəl əmisi İcra məmurları tərəfindən bölgü üzrə çəkilmiş ipi qırmışdır. xx.xx.2024-cü il tarixdə o, evdə olarkən səs-küy eşidərək evdən çıxmış və əmisi arvadı Xuramanın yenə də anası X1 ilə torpaq mübahisəsi etdiyini görüb ondan həyətlərindən çıxmasını tələb etmişdir. Lakin Xuraman həyətdən çıxmayaraq onlarla mübahisə etmiş və AR DİN 102 xidmətinə zəng etmişdir. Sonra qardaşı Sakit də gəlmiş və onlar birlikdə polis əməkdaşlarının müşayiəti ilə Qəbələ RPŞ-ə gətirilmişlər. Həmin vaxt nə o, nə də Sakit tərəfindən Xuramana heç bir xəsarət yetirilməmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri F.Rəhimov küçəsində yaşayır. Zərərçəkmiş şəxs ilə aralarında olan torpaq mübahisəsi məhkəmə yolu ilə həll edilmiş və icra məmurları tərəfindən iplə bölünmüşdür. Buna baxmayaraq Xuraman bölgünü qəbul etməyərək 10-15 gün əvvəl əmisi İcra məmurları tərəfindən bölgü üzrə çəkilmiş ipi qırmışdır. xx.xx.2024-cü il tarixdə, saat 17-00 radələrində o evə gələrkən əmisi arvadı Xuramanın anası ilə mübahisə etdiyini müşahidə etmişdir. Hadisə yerində anası, Sadiq, qonşuları Əfsanə və gəlinləri Əfsanə olmuşdular. Az sonra polis əməkdaşları gələrək onu qardaşı Əyyubla birlikdə Qəbələ RPŞ-ə gətirilmişlər. Həmin vaxt nə o, nə də Əyyub tərəfindən Xuramana heç bir xəsarət yetirilməmişdir. İş üzrə zərərkəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri F.Rəhimov küçəsində yaşayır . xx.xx.2024-cü il tarixdə evə gələrkən həyətə ip çəkildiyini görmüş, yoldaşı Nasirdən “ipi sən çəkmisən” deyə soruşmuş və Nasirin hadisədən xəbəri olmadığını öyrənib ipi kəsmişdir. O, Sadiqin arvadı Əfsanədən iplə bağlı soruşduqda, Əfsanə cavabında “ bizi qarışdırmayın, hər şeyi Əyyub bilir” demişdir. Həmin anda Sadiq onun üstünə hücum etmiş və onu yumruqla sinə nahiyəsindən vurmuşdur. Sonra Əyyub gəlmiş və onu sinəsindən itələyərək xəsarətlər yetirmişdir. Daha sonra o, 102 Qaynar xəttinə zəng etmiş və polislər hadisə yerinə gəlmişlər. İş üzrə şahid X3 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, F.Rəhimov küçəsi ev 12– də yaşayır və Qəbələ RPŞ-də tərcüməçi işləyir. xx.xx.2024-cü il tarixdə Sadiq və Əyyubun anası X1 qışqırdığı üçün onlara tərəf getmişdir. Həyətdə Xuraman, Sadiq, Sadiqin arvadı Əfsanə və iki körpə uşağı olmuş, Sadiq Xuramanın üstünə hücum etmək istəyəndə o, Sadiqi tutaraq saxlamışdır. Xuraman, Sadiq və Sadiqin anası Əminət biri-biri ilə mübahisə etmiş və sonra Əyyub hadisə yerinə gəlmişdir.Bundan sonra ora polis əməkdaşları gəlib Əyyub və Sadiqi özləri ilə aparmışlar. İş üzrə şahid X1 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, F.Rəhimov küçəsi ev 12 nömrəsində yaşayır. Zərərçəkmiş şəxs ilə aralarında olan torpaq mübahisəsi məhkəmə yolu ilə həll edilmiş və icra məmurları tərəfindən iplə bölünmüşdür. Buna baxmayaraq Xuraman bölgünü bölgünü qəbul etməyərək 10-15 gün əvvəl əmisi İcra məmurları tərəfindən bölgü üzrə çəkilmiş ipi qırmışdır. xx.xx.2024-cü il tarixdə, saat 17-00 radələrində evdə olarkən Xuraman uca səslə “setkanı kim söküb” deyə qışqırmış, o da Xuramana “məhkəməyə müraciət etmisən və oradan gəlib icracılar çəkmişdir” deyə cavab vermişdir. Xuraman onu hədələmiş, o, gözləri görmədiyindən qışqırmağa başlamış və hadisə yerinə qonşuluqda yaşayan Aytən gəlmişdir. Aytən və oğlu Sadiq Xuramanı oradan uzaqlaşdırmaq istəyərkən Əyyub da hadisə yerinə gəlmişdir. Sadiq və Əyyub tərəfindən Xurmana qarşı fiziki güc tətbiq edilməmişdir. Az sonra Qəbələ RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 225 saylı ekspert rəyinə əsasən 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində boyunun sol aşağı hissəsinin və döş qəfəsinin sol yuxarı körpücükaltı nahiyyənin qançırı küt alətin (əşyanın) təsirindən törənmişdir. Həmin xəsarətlər xx.xx.2024-cü il tarixdə, göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağlamlığa zərər vurmayan xəsarətlər (boyunun sol aşağı hissəsində və döş qəfəsinin sol yuxarı körpücükaltı nahiyyəsində qançırlar) xx.xx.2024-cü il tarixdə, saat 17-00 radələrində Qəbələ şəhəri F.Rəhimov küçəsində aralarında yaranmış mübahisə zamanı X5 və Şəxs tərəfindən vurulma nəticəsində yetirilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs qərəzli olduğundan onun izahatında göstərilənlər mötəbər deyil və həqiqiliyi şübhə doğurduğundan qəbul edilmir. Ona görə də, görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 53.1.2, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X5 barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar