Məhkəmə qərarları › İş №3(025)-329/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-329/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-329/2021 05.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1972-ci il dekabrın 02-də Qəbələ rayonu Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Məlikli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 iyul 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 16.06.2021-ci il tarixdə gecə saat 00:45 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs lapatka ilə ayaq nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 05 iyul 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X5 göstərdi ki, 16.06.2021-ci il tarixdə Qəbələ RMX-dan həkim V.İsmayılov telefonla zəng vuraraq Qəbələ rayonu, Məlikli kənd sakini 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol baldırında dəri sıyrıntısı xəsarəti ilə xəstəxanaya müraciət etməsi, deməsinə görə qonşusu Şəxs tərəfindən lapatka ilə vurulması barədə məlumat vermişdir. 16.06.2021-ci il tarixdə Qəbələ rayon Məlikli kənd sakini Zərərçəkmiş şəxs Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək 16.06.2021-ci il tarixdə gecə saat 00:50 radələrində qonşusu Şəxs onun sol ayağına lapatka ilə bir dəfə zərbə vurduğunu bildirmiş, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Qeyd edilən şikayət üzrə araşdırmanı Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis leytenantı İlkin Göyçəli aparmış və 24 iyun 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasını rədd etmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, təhqiqatçının rədd qərarına əsasən Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 16.06.2021-ci il tarixdə gecə saat 01 radələrində həyətdəki tərəvəzinə su buraxmaq üçün kəndin su arxının başlanğıc hissəsinə getmiş və suyu oradan çoxaldaraq həyətin yaxınlığında yerləşən körpünün üstünə qayıtmışdır. Körpünün üstündə həmkəndlisi Laçın Mərdanovda olmuşdur. Laçına 20 dəqiqə həyətinə su getdikdən sonra suyu kəsə biləcəyini demişdir. Laçın da ona görə gözlədiyini bildirmiş, özüdə suyu kəsən olmasın deyə gözləmişdir. Təxminən 10 dəqiqə sonra arxın ayrıldığı yerə qonşusu Zərərçəkmiş şəxs onların yanına gəlmişdir. Kamil suyu bağlayaraq öz tərəfinə keçirtmək istədiyini, Kamilə 20 dəqiqə sonra tərəvəzi sulayıb qurtaracağını demişdir. Kamil isə suyu özünün buraxdığını və suyun özünə tərəf gedəcəyini təkidlə bildirmişdir. Kamilə “qoşa bilirsənsə qoş suyu” sözünü demiş, bu zaman Kamil onu nalayiq ifadələrlə təhqir etmişdir. Aralarında sözlü mübahisə yaranmış, Kamili təhqir etmiş, Kamildə onu təhqir etmişdir. Həmin vaxt əlində suyu buraxmaq üçün istifadə etdiyi lapatqa olmuş, lakin lapatqa ilə Kamili vurmamışdır. Kamili vurmadığını yanında olan Laçın Mərdanlı da təsdiq edə bilər. Kamil ilə təxminən 10 dəqiqə sözlü mübahisə etdikdən sonra oradan çıxıb getmiş, həmin vaxt dartışmamışlar, eləcə də bir-birlərini itələməmişlər. Ekspert rəyində Zərərçəkmiş şəxs bədənində xəsarət olduğu göstərilmişdir. Ekspert Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət olmasını heç nə ilə əsaslandırmadan, heç bir şahid ifadəsi olmadan və yalnız Zərərçəkmiş şəxs izahatını nəzərə alaraq onu İXM-nin 157-ci maddəsi ilə təqsirli bilmişdir. Özünü təqsirli bilmir, barəsində tərtib olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 15.06.2021-ci il tarixdə qonşu kənd olan Rusbılıx kəndindən tərəvəz suvarmaq üçün su arxından həyətinə buraxmışdır. 16.06.2021-ci il tarixdə saat gecə 00:45 radələrində suyun kəsildiyini görmüş, həmin vaxt tərəvəz suvarmışdır. Küçəyə çıxaraq təxminən 150 metr yuxarıda qonşusu Şəxs suyu arxadan öz tərəflərinə buraxdığını görmüşdür. Ona yaxınlaşaraq suyu niyə kəsdiyini, özünün qutardıqdan sonra suyu kəsə biləcəyini demişdir. Belə olub aralarında sözlü mübahisə yaranmış, Şahin ona “yaxşı etmişəm, suyu buraxmıram” sözünü demişdir. Onu nalayiq ifadələrlə təhqir etmiş, əli ilə suyun qarşısını özü tərəfə açmışdır. Bu zaman Şahin əlindəki lapatka ilə onun sol ayağının baldır hissəsindən bir dəfə lapatkanın səmir hissəsi ilə zərbə vurmuş, aralarında sözlü mübahisə olmuş və evə getmişdir. Aralarındakı sözlü mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı yaxınlığında həmkəndlisi Mərdanlı Laçın olmuşdur. Mübahisə zamanı Şahini vurmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini və Şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, 16.06.2021-ci il tarixdə gecə saat 00:45 radələrində həyətdəki tərəvəzinə su buraxmaq üçün yola çıxmış, arxa baxan Şəxs kəndin su arxının başlanğıc hissəsindən gəldiyini görmüşdür. Şəxs su arxının Kamil və özünə tərəf gedən hissəsində dayanaraq Kamilə gedən suyun yarısını özü tərəfə buraxmışdır. Əvvəl isə suyun bütün hissəsi Kamilə gedirmiş. Bu zaman Zərərçəkmiş şəxs onların yanına gəlmişdir. Kamil suyu bağlayaraq öz tərəfinə keçitrmək istəmiş, Şəxs Kamilə 20 dəqiqə sonra tərəvəzini sulayıb qurtaracağını bildirmiş, Kamil isə suyu özünün buraxdığını və suyun özünə tərəf gedəcəyini təkidlə bildirmişdir. Həmin vaxt aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxt Şahin və Kamil bir-birlərini təhqir etmişlər. Həmin vaxt Şahin əlində suyu buraxmaq üçün istifadə etdiyi lapatqa var imiş, həmçinin Kamilin də əlində lapatqa var imiş. Şahin lapatqa ilə Kamili vurmamışdır. Həmin vaxt ümumiyyətlə onlar bir birilərini vurmamışlar, yalnız bir birilərini təhqirdici sözlərlə söymüşlər və sonradan da aralanıb getmişlər. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olmadığını və iş materialları ilə Şəxs Zərərçəkmiş şəxs döyməsinin sübuta yetirilmədiyini, beləliklə inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edildi: - 16.06.2021-ci il tarixdə Qəbələ RPŞ-nin məsul növbətçisi, polis mayoru T.Bağırov raportla məruzə edərək 16.06.2021-ci il tarixdə saat 12:03 radələrində Qəbələ RMX-dan həkim V.İsmayılov telefonla məlumat verərək bildirmiş ki, Qəbələ rayonu, Məlikli kənd sakini 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol baldırda dəri sıyrıntısı xəsarəti ilə Qəbələ RMX-na daxil olmuşdur. Deməsinə görə qonşusu Şəxs lapatka ilə vurmuşdur. - 16.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək 16.06.2021-ci il tarixdə gecə saat 00:50 radələrində qonşusu Şəxs onun sol ayağına lapatka ilə bir dəfə zərbə vurmuşdur. - Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis leytenantı İlkin Göyçəlinin 24 iyun 2021-ci il tarixli qərarı ilə HK-1/640 saylı material üzrə cinayət tərkibi olmadığı üçün bununla əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri olduğuna görə həmin faktla bağlı tədbir görülməsi üçün Qəbələ RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 19.06.2021-ci il tarixli 239 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol baldırın ön orta 1\3-nin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 16 iyun 2021-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs döyməsi sübuta yetirilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Şəxs ilə Zərərçəkmiş şəxs arasında gərgin münasibətlər olması, 16 iyun 2021-ci il tarixdə onların sözlü mübahisə etmələri müəyyən edilsə də, Şəxs Zərərçəkmiş şəxs döyməsi (lapatka ilə ayaq nahiyyəsindən vuraraq xəsarət yetirməsi), ona qarşı hər hansı zorakı hərəkətlər edərək fiziki ağrı yetirməsi öz təsdiqini tapmır. Hadisənin şahidi olan X6 məhkəmə zamanı öz izahatında, Şəxs Zərərçəkmiş şəxs döyməsini görmədiyini bildirmişdir. Əvvəla məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli, 7 saylı əmri ilə təsdiq edilmiş «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»nın 21-ci bəndinə əsasən döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmənin qəsdən edilməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Maddənin dispoziyasından göründüyü kimi qeyd edilən hərəkətlər qəsdən törədilməlidir. Həmçinin həmin məcəllənin 13-cü maddəsinə əsasən isə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki halda, Şəxs hərəkətlərində Zərərçəkmiş şəxs döyməyə yönəlmiş hər hansı qəsd, eyni zamanda onun tərəfindən sonuncuya qarşı ardıcıl və dəfələrlə fiziki ağrılar yetirilməsi ilə müşayiət olunan hərəkətlər etməsi müəyyən olunmur. Beləliklə, inzibati icraat iştirakçılarının məhkəmədə verdikləri izahatlarından, məhkəməyə təqdim edilmiş rədd materialından müəyyən edilir ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında suyun aparılması ilə bağlı mübahisə 16 iyun 2021-ci il tarixdə Şəxs və Zərərçəkmiş şəxs birbirini təhiqr etməsi ilə gərginləşmiş və Zərərçəkmiş şəxs polis orqanına şikayət etməsi ilə nəticələnən hadisənin baş verməsinə səbəb olmuşdur. X1 məhkəmədə verdiyi izahatında Şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişə yarandığını, münaqişə zamanı tərəflərin birbirlərini təhqir etməsini bildirsə də, Şəxs Zərərçəkmiş şəxs döyməsini, onun ayağına lapatka ilə vurmadığını bildirmişdir. Həmçinin Şəxs də Zərərçəkmiş şəxs döyməsini etiraf etməmişdir. Məhkəmə hesab edir ki, bu cür hadisə baş verdiyi halda belə onu döymə inzibati xətası kimi qiymətləndirmək olmaz. Yəni, Şəxs hərəkətləri qəsdən Zərərçəkmiş şəxs xəsarət və ya ağrı yetirilməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Ekspert rəynə də qiymət verən məhkəmə onuda qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 19.06.2021-ci il tarixli 239 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətləri olması göstərilmişdir. Lakin bu xəsarətlərin tərəflər arasındakı münaqişə ilə nə qədər əlaqəli olması barədə ekspert qarşısında konkret suallar qoyulmamış və buna uyğun cavablar alınmamışdır. Belə ki, Şəxs Zərərçəkmiş şəxs döyməsini istər Qəbələ rayon Polis şöbəsində, istərsə də məhkəmə zamanı verdiyi ifadəsində etiraf etməmişdir. Həmçinin hadisə ilə bağlı izahatı alınan şahiddə Şəxs Zərərçəkmiş şəxs döyməsini görmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis leytenantı İlkin Göyçəli 24 iyun 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs izahatında qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs vurmadığını qeyd etmişdir. Lakin təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin yarandığını əsaslandırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs əməlində Zərərçəkmiş şəxs dəfələrlə fiziki ağrıların və ya çoxlu zərbələrin yerinə yetirilməsi ilə müşayiət olunan döymə kimi qəsd olmamış və bu cür hərəkətlər də onun tərəfindən edilməmişdir. Ümumiyyətlə, işdə iştirak edən şəxslərin, o cümlədən məhkəmə zamanı ifadəsi alınan X1nun izahatından da Şəxs belə bir hərəkətlər etməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, 16 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi (lapatka ilə ayaq nahiyyəsindən vuraraq xəsarət yetirməsi) hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar