Məhkəmə qərarları › İş №3(025)-329/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-329/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-329/2024 28.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X23, zərərçəkmiş şəxslər, X12, X18, X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər, X20, Şəxs, Qanuni nümayəndə, müdafiəçisilər, Vəkil və X7 iştirakı ilə, xx.xx.1984-cü ildə Sabirabad rayonu, Axısxa kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Elçin Kərimov küçəsi ev 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə, xx.xx.1989-cu ildə Özbəkistan respublikası, Səmərqənd şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ şəhəri, Elçin Kərimov küçəsi ev 14 də qeydiyyatda olan Qanuni nümayəndə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə, xx.xx.1982-ci ildə Ağdərə rayonunda anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Elçin Kərimov küçəsi ev 14-də qeydiyyatda olan X20 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X20 barəsində AR İXM-nin 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə, səhər vaxtı Qəbələ şəhəri, S.Kərimov küçəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı keçmiş qaynansı X8 və həmin tarixdə saat 18-00 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsi ev 14-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs və X13 döymüşdür. Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır kı, o, xx.xx.2024-cü il tarixdə, saat 18-00 radələrində Qəbələ şəhəri E.Kərimov küçəsi ev 14-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs və X13 döyərək onlara sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Qanuni nümayəndə barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır kı, o, xx.xx.2024-cü il tarixdə, saat 18-00 radələrində Qəbələ şəhəri E.Kərimov küçəsi ev 14-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı X20 və Şəxs döyərək onlara sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs X20 özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Qanuni nümayəndə ilə 2008-ci ildə evlənmiş, onların xx.xx.2009-cu il təvəllüdlü X19, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs və təvəllüdlü xx.xx.2020-ci il X21 adında uşaqları olmuş və xx.xx.2024-cü il tarixdə boşanmışlar. Uşaqlar Qanuni nümayəndə himayəsinə verilmiş və ondan hər ay 400,0 manat aliment tutulması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə o, X21 ilə görüşməkdən ötrü uşağın yaşadığı ünvana getmiş və X4 uşağı tələb etmişdir. Həmin vaxt keçmiş qaynanası X12 onların yanına gəlmiş və alimenti ödəmədiyinə görə onunla mübahisə etmişdir. O, dördyaşlı Bilalı qucağına almış və uşaq ondan yapışaraq ayrılmamışdır. Həmin vaxt Mədinə və Mumina uşağı ondan almaq istəmiş, lakin o uşağı buraxmamış və dartınaraq onların əlindən çıxmışdır. Üzünü döndərib getmək istərkən ola bilsin ki, əlindəki çətirin ucu ilə Muminanın sifət nahiyəsindən toxunmuşdur.Həmin gün saat 18-00 radələrində Qanuni nümayəndə X2 və Zərərçəkmiş şəxs ilə birlikdə onun yaşadığı ünvana gəlmiş və uşağı tələb edərək qardaşı arvadı Şəxs ilə münaqişə etmişlər. Az sonra o, uşaqla birlikdə gəlmiş, Mədinə uşağı dartaraq ondan almışdır. Həmin vaxt Mədinə, Sədəf və Həcər ona qarşı fiziki zorakılıq edərək bədəninin müxtəlif yerlərindən xəsarətlər yetirmişlər. Qardaşı Mustafa yaxınlaşaraq onları kənarlaşdırmışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, E.Kərimov küçəsi ev 27-də yaşayır. 25.05..2024-cü il tarixdə, saat 18-00 radələrində həyətdə olarkən qaynı X3 arvadı Qanuni nümayəndə övladları, X19 və Zərərçəkmiş şəxs ilə birlikdə onun yaşadığı ünvana gəlmiş və evə girərək azyaşlı oğlu Bialı axtarmağa başlamışlar. Onlara uşağın onlarda olmadığını bildirərək çıxıb getmələrini tələb etdikdə Mədinə, Sədəf və Həcər birlikdə onun üstünə hücum etmiş, o da öz növbəsində əl qol ataraq müqavimət göstərmişdir. Həmin vaxt əri Mustafa həyətdə olmuş və yaxınlaşaraq onları ayırmışdır. Az sonra İbrahim uşaqla birlikdə gəlmiş, Mədinə uşağı dartaraq ondan almışdır. Həmin vaxt Mədinə, Sədəf və Həcər İbrahimə qarşı fiziki zorakılıq edərək bədəninin müxtəlif yerlərindən xəsarətlər yetirmişlər. Barəsində inzibati icraat aparılan şəxs Qanuni nümayəndə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, X22 ilə 2008-ci ildə evlənmiş,onların xx.xx.2009-cu il təvəllüdlü X19, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs və xx.xx.2020-ci il təvəllüdlü X21 adında uşaqları olmuş və xx.xx.2024cü il tarixdə boşanmışlar. Uşaqlar onun himayəsinə verilmiş və saxlanmalarından ötrü X10 hər ay 400,0 manat aliment tutulması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə X22 onun yaşadığı ünvana gəlmiş və ondan Bilalı tələb etmişdir. O, Bilaldan atası ilə getməyə razı olub olmadığını soruşmaq istərkən İbrahim uşağı götrüb getmək istəmiş, həmin vaxt anası X12 onların yanına gəlmiş və İbrahimdən alimenti nəyə görə ödəmədiyini soruşmuşdur. İbrahim əlində tutduğu çətirlə Muminanı vurmuş və üzünü döndərərək çıxıb getmişdir. Mumina aldığı xəsarətlərə görə huşunu itirib yıxılmış, qonşuda yaşayan X24 onlara gəlib Muminaya yardım etmişdir. Həmin gün saat 18-00 radələrində o, qızları, X19 və Zərərçəkmiş şəxs ilə birlikdə uşağı almaqdan ötrü İbrahimin yaşadığı ünvana getmişdir. İbrahimin qardaşı arvadı Şəxs onlardan çıxıb getmələrini tələb etmiş və münaqişə yaradaraq onlarla dalaşmışdır. Həmin vaxt Seyranənin əri Mustafa onlara yaxınlaşaraq Sədəfi və Həcəri döymüşdür. Az sonra İbrahim uşaqla birlikdə gəlmiş, o, uşağı alarkən aralarında mübahisə olmuşdur. Sədəf və Həcər onu müdafiə etdiyinə görə İbrahim onları döymüşdür. İş üzrə zərərkəkmiş şəxs X12 göstərmişdir ki, o, övladı Qanuni nümayəndə və nəvələri, X19, Zərərçəkmiş şəxs və X21 ilə birlikdə Qəbələ şəhəri, S.Kərimov küçəsində kirayə tutulan evdə yaşayır. Qanuni nümayəndə qızı xx.xx.2024-cü il tarixdə X22 ilə boşanmış, uşaqlar ananın himayəsinə verilmiş və saxlanmalarından ötrü xeyrinə ayda 400,0 manat aliment kəsilmişdir. xx.xx.2024-cü il tarixdə X22 onların yaşadığı ünvana gələrək Bilalı aparmaq istəmiş, o, İbrahimdən alimenti nəyə görə ödəmədiyini soruşarkən İbrahim əlində tutduğu çətirlə onu vurmuş və uşağı da götürərək çıxıb getmişdir. O, aldığı xəsarətlərə görə huşunu itirib yıxılmış, qonşuda yaşayan X11-küyə gəlib ona yardım etmişdir. İş üzrə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, nənəsi X12, anası X15, bacısı X19 və qardaşı X21 ilə birlikdə Qəbələ şəhəri, S.Kərimov küçəsində kirayə tutulan evdə yaşayır. xx.xx.2024cü il tarixdə səhər vaxtı X22 onların yaşadığı ünvana gəlmiş və Bilalı tələb etmişdir. Mumina İbrahimdən alimenti nəyə görə ödəmədiyini soruşarkən İbrahim əlində tutduğu çətirlə onu vurmuş və Bilalı da götürərərk çıxıb getmişdir. Nənəsi aldığı xəsarətlərə görə huşunu itirib yıxılmış, qonşuda yaşayan X11-küyə gəlib ona yardım etmişdir. Həmin gün saat 18-00 radələrində o, anası Mədinə və bacısı Həcərlə birlikdə Bialı gətirməkdən ötrü İbrahimin yaşadığı ünvana getmişdir. İbrahimin qardaşı arvadı Şəxs onlardan çıxıb getmələrini tələb etmiş və münaqişə yaradaraq onlarla dalaşmışdır. Həmin vaxt Seyranənin əri Mustafa onlara yaxınlaşaraq onu və Həcəri vurmuşdur. Az sonra İbrahim uşaqla birlikdə gəlmiş, anası Mədinə uşağı ondan alarkən aralarında mübahisə olmuşdur. Mədinəni müdafiə etdiklərinə görə İbrahim onu və Həcəri döymüşdür. İş üzrə zərərçəkmiş şəxs X19 izahatında göstərmişdir ki, o, nənəsi X12, anası X15, bacısı Zərərçəkmiş şəxs və qardaşı X21 ilə birlikdə Qəbələ şəhəri, S.Kərimov küçəsində kirayə tutulan evdə yaşayır. xx.xx.2024-cü il tarixdə Həmin gün saat 18-00 radələrində o, anası Mədinə və bacısı Sədəflə birlikdə Bialı almaqdan ötrü İbrahimin yaşadığı ünvana getmişdir. İbrahimin qardaşı arvadı Şəxs onlardan çıxıb getmələrini tələb etmiş və münaqişə yaradaraq onlarla dalaşmışdır. Həmin vaxt Seyranənin əri Mustafa onlara yaxınlaşaraq onu və Sədəfi vurmuşdur. Az sonra İbrahim uşaqla birlikdə gəlmiş, anası Mədinə uşağı ondan alarkən aralarında mübahisə olmuşdur. Mədinəni müdafiə etdiklərinə görə İbrahim onu və Sədəfi döymüşdür. İş üzrə şahid X24 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, S.Kərimov küçəsində yaşayır. xx.xx.2024-cü il tarixdə səhər vaxtı qonşuda səs-küy eşidərək onlara getmiş, X16 uşağa görə X15 ilə dartışdığını və Mədinənin halının pisləşdiyini görmüşdür. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 239 saylı ekspert rəyinə əsasən 1961-ci il təvəllüdlü X5 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində alt çənənin sol tərəfinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 25 may 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 244 saylı ekspert rəyinə əsasən 1982-ci il təvəllüdlü X14 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində sağ gözün üst və alt qapaqlarının qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 25 may 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 246 saylı ekspert rəyinə əsasən 1984-cü il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində sağ saidin yumuşaq toxumasının əziyi və sağ saidin bayır aşağı 1/3-nin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 25 may 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 241 saylı ekspert rəyinə əsasən 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –bədəni üzərində sol gözün içəri bucağı hissəsinin, alt çənənin sağ tərəfinin və sol saidin ön aşağı 1/3 –nin sıyrığı xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 25 may 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 240 saylı ekspert rəyinə əsasən 2009-cu il təvəllüdlü X9 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində alının sıyrığı və döş qəfəsinin sol yuxarı hissəsinin qançırı xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 25 may 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X20 xx.xx.2024-cü il tarixdə, səhər vaxtı Qəbələ şəhəri, S.Kərimov küçəsində yerləşən evə gedərək keçmiş qaynansı X12 ilə mübahisə etmiş və həmin vaxt əlindəki çətirlə ona fiziki ağrı yetirərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Həmin tarixdə, saat 18-00 radələrində X20 və X6 Zərərçəkmiş şəxs və X13, o cümlədən Qanuni nümayəndə X1 və Şəxs döyərək xəsarətlər yetirməsi müəyyən edilməmişdir.Belə ki, qarşı tərəflə qərəzli olduğundan X20, X17, Zərərçəkmiş şəxs və X9 döyülmələri ilə bağlı izahatı mötəbər deyil və iş üzrə sübut kimi qəbul edilmir. Ona görə də, X17 və Qanuni nümayəndə barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, X20 İXMnin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 53.1.2, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X17 barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qanuni nümayəndə barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar