Məhkəmə qərarları › İş №3(025)-329/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-329/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-329/2025 23.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs X1 iştirakı ilə, AR DİN Qəbələ RPŞ-nin YPX-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28468683 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN BDYPİ-nin «inzibati tənbeh tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28468683 nömrəli qərarı ilə X4 xx.xx.2025-ci il tarixdə, saat 15-06 radələrində “FORD EDGE MİNİK” markalı ** OH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən dayanma və ya durma qaydasına riayət etmədiyinə görə AR İXMnin 346.4-cü maddəsi ilə 80,0 manat cərimə edilmişdir. X4 və X3 məhkəməyə şikayət edib xx.xx.2025-ci il tarixdə, saat 15:06 radələrində “FORD EDGE MİNİK” markalı ** OH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin X4 tərəfindən yox, X3 tərəfindən idarə edildiyi və Qəbələ şəhəri, H.Əliyev prospektində yolun hərəkət hissəsinin ikinci yox, birinci cərgəsində dayanaraq pozuntuya yol verildiyi göstərilib AR DİN BDYPİ-nin «inzibati tənbeh tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28468683 nömrəli qərarının dəyişdirilərək X4 barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və X1 AR İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsini xahiş edilmişdir. X3 izahatında göstərmişdir ki, “FORD EDGE MİNİK” markalı ** OH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. xx.xx.2025-ci il tarixdə, saat 15:06 radələrində həmin nəqliyyat vasitəsi “Qəbələ şəhəri, H.Əliyev prospektində X4 tərəfindən yox, onun özü tərəfindən idarə edilmiş, yolun hərəkət hissəsinin ikinci yox, birinci cərgəsində dayanmışdır. Ona görə də, AR DİN BDYPİ-nin «inzibati tənbeh tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28468683 nömrəli qərarının dəyişdirilərək X4 barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, AR İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. AR DİN BDYPİ-nin «inzibati tənbeh tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28468683 nömrəli qərarına əlavə edilmiş fotogörüntüyə əsasən “FORD EDGE MİNİK” markalı ** OH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saat xx.xx.2025-ci il tarixdə, saat 15-06 radələrində Qəbələ şəhəri, H.Əliyev prospektində yolun hərəkət hissəsinin birinci cərgəsində dayanmış vəziyyətdə qeydə alınmışdır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən “FORD EDGE MİNİK” markalı ** OH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. AR İXM-nin Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəlləənin 75.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyən edilmişdir ki, X2 məxsus olan “FORD EDGE MİNİK” markalı ** OH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 15:06 radələrində Qəbələ şəhəri, H.Əliyev prospektində yolun hərəkət hissəsinin birinci cərgəsində dayanaraq dayanma və durma qaydası pozulmuşdur. Həmin vaxt nəqliyyat vasitəsinin X4 tərəfindən idarə edildiyi müəyyən edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və durma qaydalarını pozmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X4 barəsində AR İXMnin 346.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, X3 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.2,135 və 136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. AR DİN BDYPİ-nin «inzibati tənbeh tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28468683 nömrəli qərarı dəyişdirilsin. X4 barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X3 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20,0 manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar