Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-33/2023 01.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə1, şikayət vermiş şəxs Nümayəndə2 iştirakları ilə Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 rəisi Akif Əliyevin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Nümayəndə2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə olan 09 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və Qəbələ rayon Prokuroru tərəfindən barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə 19 dekabr 2022-ci il tarixli 08-İX-22 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunmuşdur. Sözügedən qərarın surəti yuxarıda qeyd olunan şöbənin rəisi A.Əliyevin xx.xx.2023-cü il tarixli, **********6 nömrəli məktubuna qoşma ilə ünvanına göndərilmişdir. Yuxarıda göstərilən inzibati xəta üzrə məsuliyyətə cəlb edilməyinin əsası kimi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Qəbələ şəhəri H.Əliyev prospekti ünvanında yerləşən məzar daşlarının düzəldilməsi sexində X13 əmək müqaviləsi (kontraktı) bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb etdiyinin müəyyən olunduğuna istinad olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati tənbehvermə haqqında” qərarın ləğv edilməsinə və barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmalıdır. Belə ki, ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əsasında yuxarıda göstərilən ünvanda fərdi sahibkarlıq fəaliyyətini həyata keçirir. Fəaliyyətinin əsas istiqaməti məzar daşlarının düzəldilməsindən ibarətdir. Qeyd etməyi zəruri hesab edir ki, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə tərəfindən daim riayət olunmuşdur. Onu da qeyd etməyi zəruri hesab edir ki, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə (sexdə) bəzi hallarda cari (birdəfəlik) işlərinə yerinə yetirilməsi məqsədi ilə müvafiq podrat müqavilələri əsasında xidmət göstərən şəxsin (şəxslərin) cəlb olunmasına zərurət yaranır. Yuxarıda göstərilən xüsusatlarla yanaşı qeyd etməyi zəruri hesab edir ki, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə (sexdə) cari fəaliyyətindən yaranmış daş yonqarının, istifadəyə, eləcə də təkrar istifadəyə yararsız olan daş parçalarının (qırıntılarının) təmizlənməsi ilə əlaqədar X18 ilə arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752-776-cı maddələrinin tələblərinə əsasən 11 noyabr 2022-ci il tarixində “Təmizlik işlərinin yerinə yetirilməsi üzrə podrat müqaviləsi” bağlanmışdır. Sözügedən podrat müqaviləsinə əsasən podratçı qismində müqavilə tərəfi olan X5 şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən məzar daşlarının düzəldilməsi sexində təmizlik işlərini icra etməyi Sifarişçi qismində isə tərəfindən podratçının gördüyü işlərin müqabilində ona gündəlik olaraq görülmüş işlərin həcmindən asılı olaraq, lakin gündəlik olaraq 10 manatdan az olmayaraq haqq (muzd) ödəməyi öhdəmizə götürmüşlər. Nəzərə çatdırmağı zəruri hesab edir ki, yuxarıda sözügedən müqavilənin surəti tərəfindən barəsində 19 dekabr 2022-ci il tarixli, 08- İX-22 saylı inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsinə əsas olmuş qərarı qəbul edən Qəbələ rayon Prokurorluğuna təqdim edilsə də, həmin müqavilə ondan qəbul olunmamış və bildirilmişdir ki, bu müqavilə barəsində yuxarıda göstərilən qərarın qəbul edilməməsinə əsas deyildir. Bu səbəbdən də yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli podrat müqaviləsi tərəfindən poçt vasitəsi ilə barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi səlahiyyətlərinə malik olan X15 Xidmətinin X4 göndərilmişdir. Lakin sözügedən şöbənin rəisi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul edilərkən də həmin müqaviləyə əhəmiyyət belə verilməmişdir ki, bu da barəsində qanunsuz və əsassız qərarın qəbul olunması ilə nəticələnmişdir. Qeyd etməyi zəruri hesab edir ki, müqavilə müddəti ərzində E.Saidov cari işlərin görülməsi üçün yuxarıda göstərilən podrat müqaviləsi əsasında həmin müqaviləyə uyğun olaraq öz öhdəliklərini tam icra etmişdir. Bir daha qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi Qəbələ rayon Prokurorluğuna təqdim edilməsinə baxmayaraq Prokurorluq tərəfindən həmin podrat müqaviləsinin hüquqi nəticələrinə məhəl qoyulmamış və barəsində əsassız və qanunsuz olaraq inzibati xəta üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş Nümayəndə2 şikayətin məzmunu ilə eyni izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, X15 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinə Qəbələ rayon prokurorluğundan daxil olmuş məktuba və məktuba əlavə edilmiş sənədlərə əsasən Nümayəndə2 fərdi sahibkar kimi icarə əsasında işlətdiyi “X25”də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X11 2022-ci ilin otyabr-noyabr ayları ərzində dəfələrlə işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Belə ki, Qəbələ rayon prokuroru, baş ədliyyə müşaviri Nazim Babayevin xx.xx.2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarına əsasən Nümayəndə2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə göndərilmişdir. Bununla da, X15 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin rəisi X1 Ramil Rəhman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Eyni zamanda Nümayəndə2 tərəfindən şöbəyə də podrat müqaviləsinin surəti göndərilmişdir. Həmin podrat müqaviləsi üzrə bildirir ki, podrat müqaviləsində ümumi işin həcmi və görülən işin müqabilində ümumi məbləğ müəyyən edilməlidir. Lakin Nümayəndə2 tərəfindən təqdim edilmiş podrat müqaviləsində işçiyə gündəlik görülmüş işlər müqabilində 10 (on) manat məbləğində ödəniş ediləcəyi qeyd olunmuşdur. Bu da Əmək Məcəlləsinə əsasən işəmuzd çalışan işçilərə ödəniş normalarına uyğunlaşır. Həmçinin Qəbələ rayon prokurorluğunda verdiyi izahatında həmin işçini 10 (on) gün müddətinə sınaq müddətinə götürdüyü, lakin işi bacarmadığı üçün daha işə gəlməməsini bildirmişdir. Göründüyü kimi Nümayəndə2 Qəbələ rayon prokurorluğunda fərqli izahat vermişdir. Qeyd edilən qərar qanuna uyğun qəbul edildiyindən ləğv edilməsi barədə şikayət əsassızdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən şikayət təmin olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 09 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi A.R.Əliyev Nümayəndə2 barəsində prokurorun qərarına baxaraq, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Qəbələ rayon prokurorunun müstəntiqi, İ dərəcəli hüquqşunas X2 08 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində şərh olunanlara əsasən X9 özünü asaraq intihara cəhd etməsi və döyülməsi faktına dair toplanmış 115 c-22 nömrəli material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Nümayəndə2 barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi və barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə buraxılması qərara alınmışdır. İş materiallarında olan Qəbələ rayon prokuroru, baş ədliyyə müşaviri Nazim Babayevin xx.xx.2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarından görünür ki, xx.xx.1986-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmsmış, Qəbələ rayonu Həmzəlli kəndində qeydiyyatda olmaqla yaşayan Nümayəndə2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Nümayəndə2 ünvanlanmış 29 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, Qəbələ rayon prokurorluğundan Nümayəndə2 barəsində daxil olmuş materiala baxılmasının vaxtı və yeri barədə məlumat verilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri izah edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki Qəbələ rayon prokurorunun müstəntiqi, İ dərəcəli hüquqşunas X2 08 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Nümayəndə2 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Qəbələ rayon prokuroru, baş ədliyyə müşaviri Nazim Babayevin xx.xx.2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarına əsasən isə fiziki şəxs Nümayəndə2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə göndərilməsi qərara alınmışdır. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi Akif Əliyev Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda Qəbələ rayon prokurorluğu tərəfindən daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar əsasında X15 Xidmətinin Şəki Regional Ərazi Şöbəsi tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, işəgötürən vəzifəli şəxs Nümayəndə2 fərdi sahibkar kimi icarə əsasında işlətdiyi “X25”də X11 2022-ci ilin oktyabr-noyabr ayları ərzində dəfələrlə Əmək qanunvericiliyinin tələblərini pozaraq işlərin yerinə yetirilməsinə cəlb edilmiş Nümayəndə2 ilə əmək müqaviləsi bağlamamış və qanun pozuntularına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin maddənin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsinin əməkdaşları Nümayəndə2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Nümayəndə2 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki təqdim edilmiş sənədlər əsasında mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Məhkəmə eyni zamanda Nümayəndə2 şikayətində göstərdiyi “X18 ilə arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752-776-cı maddələrinə əsasən 11 noyabr 2022-ci il tarixində “Təmzilik işlərinin yerinə yetirilməsi üzrə podrat müqaviləsi” bağlaması barədə dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, podrat müqaviləsində ümumi işin həcmi və görülən işin müqabilində ümumi məbləğ müəyyən edilməlidir. Lakin Nümayəndə2 tərəfindən məhkəməyə və əmək müfəttişliyinə təqdim edilmiş podrat müqaviləsində işçiyə gündəlik görülmüş işlər müqabilində 10 (on) manat məbləğində ödəniş ediləcəyi qeyd olunmuşdur. Bu da Əmək Məcəlləsinə əsasən işəmuzd çalışan işçilərə ödəniş normalarına uyğunlaşır. Həmçinin Nümayəndə2 Qəbələ rayon prokurorluğunda verdiyi izahatında həmin işçini 10 (on) gün müddətinə sınaq müddətinə götürdüyü, lakin işi bacarmadığı üçün daha işə gəlməməsini bildirmişdir. Göründüyü kimi Nümayəndə2 Qəbələ rayon prokurorluğunda fərqli izahat vermişdir. Göstərilən bu xüsusatlar məhkəmədə Nümayəndə2 tərəfindən “Podrat müqaviləsi”nin sonradan tərtib edilməsinə əsaslı şübhələr yaradır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 rəisi Akif Əliyevin Nümayəndə2 barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul edilməsinə əsas, Qəbələ rayon prokurorunun müstəntiqi, İ dərəcəli hüquqşunas X2 08 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və Qəbələ rayon prokuroru, baş ədliyyə müşaviri Nazim Babayevin xx.xx.2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarı olmuşdur. Lakin sözügedən qərarlar Nümayəndə2 tərəfindən mübahisələndirilməmiş və həmin qərarlar öz qüvvəsini saxlamaqdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134,135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Abbas Əliyev