Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-33/2025 30.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Şəxs - 1985-ci il aprelin 25-də Qəbələ rayonu Qəmərvan kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqınhda işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 yanvar 2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs məxsus Qəbələ rayonu, Qəmərvan kəndindəki evinə pəncərədən daxil olmaqla oradan 20 manat dəyərində 1 ədəd nərd taxtanı oğurlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 30 yanvar 2025-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs məxsus Qəbələ rayonu, Qəmərvan kəndindəki evinə pəncərədən daxil olmaqla oradan 20 manat dəyərində 1 ədəd nərd taxtanı oğurlamışdır. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə oğurluq etməyə qərar vermişdir. Qəbələ rayonu, Qəmərvan kəndində qışda evdə heç kimin yaşamadığını bildiyi evə pencərədən daxil olub içəri girmişdir. Şkafın üstünə qoyulmuş 1 ədəd nərd taxtanı ətrafda heç kimin olmadığına əmin olduqdan sonra gizlincə götürüb oğurlamışdır. Həmin nərd taxtanı 5 manat sataraq özünə spirtli içki almışdır. Törətdiyi əməldən çox peşimandır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Belə ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı, yəni oğurladığı nərd taxtanı qaytarmışdır. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, Ağdaş şəhərində yaşasa da, Qəbələ rayonu Qəmərvan kəndində olan evinə mütəmadi olaraq yoxlamaqdadır. xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Qəmərvan kənd sakini Elson Ədilov ona zəng edərək həmin tarixdə səhər saatlarında qonşuluqda yaşayan Şəxs ona məxsus evə daxil olması və nərd taxtanı oğurlaması barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində yerləşən evinə gəlmiş, evə baxan zaman həqiqətəndə evin pəncərələrinin birinin açıq olduğunu, evdə olan, qiyməti 20 (iyirmi) manat olan nərd taxtanın oğurlandığını müəyyən etmişdir. Hal-hazırda Şəxs ondan oğurladığı nərd taxtanı geri qaytarmışdır. Bu səbəbdən Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı X3 20 yanvar 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talayaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən,xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0 və 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, inzibati xəta törətmiş Şəxs vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-33/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-33/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver