Məhkəmə qərarları › İş №3(025)-330/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-330/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-330/2024 28.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X6, Zərərçəkmiş şəxs2, X3 və Zərərçəkmiş şəxs1 barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan3(025)-329/2024, 3(025)-330/2024 və 3(025)-332/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materiallarına baxaraq M Ü Ə Y Y Ə N ETDİ: Zərərçəkmiş şəxs2 barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır kı, o, xx.xx.2024-cü il tarixdə, saat 18-00 radələrində Qəbələ şəhəri E.Kərimov küçəsi ev 14-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı X4 və X2 döyərək onlara sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. X3 barəsində AR İXM-nin 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 18-00 radələrində Qəbələ şəhəri E.Kərimov küçəsi ev 14-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək onlara sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs1 barəsində AR İXM-nin 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə, səhər vaxtı Qəbələ şəhəri, S.Kərimov küçəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı keçmiş qaynansı X1 və həmin tarixdə saat 18-00 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsi ev 14-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı X4 və X2 döymüşdür. AR İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2, X3 və Zərərçəkmiş şəxs1 barəsində AR İXM-nin 157ci maddəsi ilə olan3(025)-329/2024, 3(025)-330/2024 və 3(025)-332/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları bir icraatda birləşdirilərək baxılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R V E R D İ: Zərərçəkmiş şəxs2, X3 və Zərərçəkmiş şəxs1 barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan 3(025)-330/2024, 3(025)-332/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları barəsində İXM-nin 157-ci maddəsi ilə olan 3(025)-329/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə bir icraatda birləşdirilsin. İşə baxılması üçün məhkəmə iclası 28 iyun 2024-cü il tarixdə, saat 16:35-ə Qəbələ Rayon Məhkəməsinin binasına təyin edilsin. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar