Məhkəmə qərarları › İş №3(025)-330/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-330/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-330/2025 31.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova gülanə Elmdar qızının katibliyi və ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, "xxxx" MMC (VÖEN: **********) barəsində AR İXM-nin 233.1-ci maddəsi ilə olan «inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" MMC ( VÖEN: **********) barəsində AR İXM-nin 233.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat ( «inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol üzrə) bağlanmışdır ki, cəmiyyətin fəaliyyəti nəticəsində yaranan və Qaraçay çayına axıdılan tullantı sularda zərərli maddələrin miqdarının normativlərdən artıq olması aşkar edilmişdir. ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Oğuz və Qəbələ rayonlarında su qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində Qəbələ şəhəri, E.Kərimov küçəsi 34-də yerləşən "xxxx" MMC-nin su şəbəkəsinə baxış keçirilərkən "xxxx" MMC-də istehsalat prosesində əmələ gələn tullantı suların təmizlənmədən birbaşa “Paşabəy” kanalı adlandırılan Qaraçay çay sisteminə (X- 40*58,04.6 N; Y-47*49,38.3” E koordinatlarda) axıdılması faktı aşkar edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 zavodun çirkab sularının ilkin təmizlənmədən keçərək boru vasitəsilə Qaraçay çayına axıdıldığını göstəsə də, müşahidə edilən mənzərə deyildiyi kimi olmadığından qeyd olunan koordinatlardan video çəkiliş aparılmaqla 1 ədəd 1000ml-lik şüşə qabda analiz olunması üçün su nümunəsi götürülərək analiz olunmaqdan ötrü aidiyyəti üzrə Su və X4 İnstitutunun Mərkəzi labaratoriyasına göndərilmişdir. Analiz nəticəsində "xxxx" MMC-də əmələ gələn çirkab suların tamamilə təmizlənmədən ətraf mühitə axıdıldığı, axıntı sularında zərərli maddələrin miqdarının normativlərdən qat-qat artıq olduğu müəyyən edilərək cəmiyyət barəsində AR İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 002402 nömrəli Aktda göstərilmişdir ki, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 xx.xx.2025-ci il tarixli 0001 saylı sərancamına əsasən Oğuz və Qəbələ rayonlarında su qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində Qəbələ şəhəri, E.Kərimov küçəsi 34-də yerləşən "xxxx" MMC-nin su şəbəkəsinə baxış keçirilərkən "xxxx" MMC-də əmələ gələn çirkab tullantı suların təmizlənmədən birbaşa “Paşabəy” kanalı adlandırılan Qaraçay çay sisteminə (X-40*58,04.6 N; Y-47*49,38.3” E koordinatlarda) axıdılması faktı aşkar edilib əraziyə X6 Sistemləri İdarəsinin abonent xidməti şöbəsinin rəisi Kamil Kamilov və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 dəvət edilmişdir. Kamil Kamilov bildirmişdir ki, Qəbələ Konserv” MMCyə xx.xx.2021-ci il tarixdən 44951338 590310 qeyri-əhali kodu ilə kanalizasiya xidməti göstərilir. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 zavodun çirkab sularının ilkin təmizlənmədən keçərək boru vasitəsilə Qaraçay çayına axıdıldığını göstərmiş, lakin müşahidə edilən mənzərənin deyildiyi kimi olmadığı müəyyən edilib qeyd olunan koordinatlardan video çəkiliş aparılmaqla 1 ədəd 1000ml-lik şüşə qabda analiz olunması üçün su nümunəsi götürülərək analiz olunmaqdan ötrü aidiyyəti üzrə Su və X4 İnstitutunun Mərkəzi labaratoriyasına göndərilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli X5 əsasən xx.xx.2025-ci il tarixdə, saat 10:50 radələrində ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 nümayəndələri, Eldar Hacıyev və Nuru Əzizov tərəfindən X6 Sistemləri İdarəsinin abonent xidməti şöbəsinin rəisi Kamil Kamilov və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Qəbələ şəhəri, E.Kərimov küçəsi 34-də yerləşən meyvə şirələri istehsal olunan "xxxx" MMC-dən axıdılan çirkab tullantı sularının töküldüyü “Paşabəy” kanalından (X-40*58,04.6 N; Y-47*49,38.3” E koordinatlarda) kimyəvi, biolagi ekspertiza məqsədilə 1 ədəd 1000 ml-lik şüşə qabda su nümunəsi götürülmüşdür. İşdə olan ADSEA “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Mərkəzi Labaratoriyası tərəfindən verilmiş 09053/25 nömrəli Analiz nəticələrinin hesabatına əsasən "xxxx" MMC-dən axıdılan çirkab tullantı sularının töküldüyü “Paşabəy” kanalından (X-40*58,04.6 N; Y-47*49,38.3” E koordinatlarda) xx.xx.2025-ci il tarixdə götürülmüş 09053 nömrəli su nümunəsində PH-7,02; OKT- 198; Asılı maddələr -188; OBT5 ( BOD) -74,5 aşkar edilmişdir. “İstehsalat və məişət tullantıları haqqında” AR Qanunun 10-cu maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi və Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi və Səhiyyə Nazirliyi] tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Həmin Qanunun 11-ci maddəsinin 1-ci abzastına əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ şəhəri, E.Kərimov küçəsi 34-də yerləşən "xxxx" MMC (VÖEN: **********) istehsalat prosesində əmələ gələn tullantı suları yol verilə bilən normativlərdən artıq miqdarda zərərli maddələrlə birlikdə Qaraçay çayına axıtmaqla AR İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də cəmiyyət İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, törədilən inzibati xətanın xarakteri nəzərə alınaraq "xxxx" MMC (VÖEN: **********) barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və cərimənin miqdarı müəyyən edilərkən inzibati xətanın ətraf mühitə vurduğu zərərin dərəcəsi (qeyri müəyyən) nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: "xxxx" MMC ( VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10500,0 (on min beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar