Məhkəmə qərarları › İş №3(025)-331/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-331/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-331/2024 28.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X13, zərərçəkmiş şəxslər, X9 və Zərərçəkmiş şəxs2, Qanuni nümayəndə və müdafiəçi X2 oğlunun iştirakı ilə, xx.xx.1978-ci ildə Ağdərə rayonunda anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Elçin Kərimov küçəsi ev 11-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır kı, o, xx.xx.2024-cü il tarixdə, saat 18-00 radələrində Qəbələ şəhəri E.Kərimov küçəsi ev 14-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək onlara sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, E.Kərimov küçəsi ev 27-də yaşayır və fərdi təsərrüfatla məşğul olur. xx.xx.2024-cü il tarixdə, saat 18-00 radələrində həyətdə iş görərkən X1 arvadı Qanuni nümayəndə övladları, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə onun yaşadığı ünvana gəlmiş və evə girərək azyaşlı oğlu Bialı axtarmağa başlamışlar. Onun arvadı X3 uşağın onlarda olmadığını bildirərək çıxıb getmələrini tələb etdikdə onlar Seyranənin üstünə hücum etmiş, o isə yaxınlaşaraq dalaşanları ayırmışdır. Az sonra İbrahim uşaqla birlikdə gəlmiş, Mədinə uşağı dartaraq ondan almışdır. Həmin vaxt Mədinə, Sədəf və Həcər İbrahimə qarşı fiziki zorakılıq edərək bədəninin müxtəlif yerlərindən xəsarətlər yetirmişlər. Qanuni nümayəndə izahatında göstərmişdir ki, o, X10 ilə 2008-ci ildə evlənmiş,onların xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.2020-ci il təvəllüdlü X11 adında uşaqları olmuş və xx.xx.2024-cü il tarixdə boşanmışlar. Uşaqlar onun himayəsinə verilmiş və saxlanmalarından ötrü X4 hər ay 400,0 manat aliment tutulması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə X10 onun yaşadığı ünvana gəlmiş və ondan Bilalı tələb etmişdir. O, Bilaldan atası ilə getməyə razı olub olmadığını soruşmaq istərkən İbrahim uşağı götrüb getmək istəmiş, həmin vaxt anası X7 onların yanına gəlmiş və İbrahimdən alimenti nəyə görə ödəmədiyini soruşmuşdur. İbrahim əlində tutduğu çətirlə Muminanı vurmuş və üzünü döndərərək çıxıb getmişdir. Mumina aldığı xəsarətlərə görə huşunu itirib yıxılmış, qonşuda yaşayan X14 onlara gəlib Muminaya yardım etmişdir. Həmin gün saat 18-00 radələrində o, qızları, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə uşağı almaqdan ötrü İbrahimin yaşadığı ünvana getmişdir. İbrahimin qardaşı arvadı X3 onlardan çıxıb getmələrini tələb etmiş və münaqişə yaradaraq onlarla dalaşmışdır. Həmin vaxt Seyranənin əri Mustafa onlara yaxınlaşaraq Sədəfi və Həcəri döymüşdür. Az sonra İbrahim uşaqla birlikdə gəlmiş, o, uşağı alarkən aralarında mübahisə olmuşdur. Sədəf və Həcər onu müdafiə etdiyinə görə İbrahim onları döymüşdür. İş üzrə Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, o, nənəsi X7, anası X8, bacısı Zərərçəkmiş şəxs2 və qardaşı X11 ilə birlikdə Qəbələ şəhəri, S.Kərimov küçəsində kirayə tutulan evdə yaşayır. xx.xx.2024-cü il tarixdə səhər vaxtı X10 onların yaşadığı ünvana gəlmiş və Bilalı tələb etmişdir. Mumina İbrahimdən alimenti nəyə görə ödəmədiyini soruşarkən İbrahim əlində tutduğu çətirlə onu vurmuş və Bilalı da götürərərk çıxıb getmişdir. Nənəsi aldığı xəsarətlərə görə huşunu itirib yıxılmış, qonşuda yaşayan X5-küyə gəlib ona yardım etmişdir. Həmin gün saat 18-00 radələrində o, anası Mədinə və bacısı Həcərlə birlikdə Bialı gətirməkdən ötrü İbrahimin yaşadığı ünvana getmişdir. İbrahimin qardaşı arvadı X3 onlardan çıxıb getmələrini tələb etmiş və münaqişə yaradaraq onlarla dalaşmışdır. Həmin vaxt Seyranənin əri Mustafa onlara yaxınlaşaraq onu və Həcəri vurmuşdur. Az sonra İbrahim uşaqla birlikdə gəlmiş, anası Mədinə uşağı ondan alarkən aralarında mübahisə olmuşdur. Mədinəni müdafiə etdiklərinə görə İbrahim onu və Həcəri döymüşdür. İş üzrə Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, o, nənəsi X7, anası X8, bacısı Zərərçəkmiş şəxs1 və qardaşı X11 ilə birlikdə Qəbələ şəhəri, S.Kərimov küçəsində kirayə tutulan evdə yaşayır. xx.xx.2024-cü il tarixdə Həmin gün saat 18-00 radələrində o, anası Mədinə və bacısı Sədəflə birlikdə Bialı almaqdan ötrü İbrahimin yaşadığı ünvana getmişdir. İbrahimin qardaşı arvadı X3 onlardan çıxıb getmələrini tələb etmiş və münaqişə yaradaraq onlarla dalaşmışdır. Həmin vaxt Seyranənin əri Mustafa onlara yaxınlaşaraq onu və Sədəfi vurmuşdur. Az sonra İbrahim uşaqla birlikdə gəlmiş, anası Mədinə uşağı ondan alarkən aralarında mübahisə olmuşdur. Mədinəni müdafiə etdiklərinə görə İbrahim onu və Sədəfi döymüşdür. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 241 saylı ekspert rəyinə əsasən 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –bədəni üzərində sol gözün içəri bucağı hissəsinin, alt çənənin sağ tərəfinin və sol saidin ön aşağı 1/3 –nin sıyrığı xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 25 may 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 240 saylı ekspert rəyinə əsasən 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –bədəni üzərində alının sıyrığı və döş qəfəsinin sol yuxarı hissəsinin qançırı xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 25 may 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə, saat 18- 00 radələrində Şəxs Jasimiçin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək xəsarətlər yetirməsi müəyyən edilməmişdir. Belə ki, qarşı tərəflə qərəzli olduğundan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyülmələri ilə bağlı izahatı mötəbər deyil və iş üzrə sübut kimi qəbul edilmir. Ona görə də, Şəxs Jasim oğlu barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 53.1.2, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar