Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-332/2021 16.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X8, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X23 “X12 Mərkəzi” X18 etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə “X12 Mərkəzi” X18 direktoru X6 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ******* nömrəli, 18 iyun 2021-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: “X12 Mərkəzi” X18 direktoru X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ******* nömrəli, 18 iyun 2021-ci il tarixli qərarınn ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 30.04.2021-ci il tarixində “X12 Mərkəzi” PHŞ-da yoxlamalar aparılmışdır. Bununla bağlı yoxlamanı həyata keçirən, AQTA əməkdaşları Yusifzadə Şəhla və Eldəniz Əkbərov tərəfindən baxışın keçirilməsi haqqında QZN-078 saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol onlara təqdim edilərkən tərəflərindən protokolda göstərilmiş qüsurların “X12 Mərkəzi” PHŞ iqtidarında olmayan səbəblərdən baş verdiyinə dair AQTA əməkdaşlarına məlumat verilmişdir. Daha sonra 08.06.2021-ci il tarixində “X12 Mərkəzi” PHŞ-nın hüquqşunası X14 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhərində yerləşən ofisində olmuş, tərtib edilmiş aktdakı halların “X12 Mərkəzi” PHŞ-i tərəfindən aradan qaldırıldığını bildirmiş, bir çox məsələlərin isə aradan qaldırılması üçün “X12 Mərkəzi” PHŞ-nın iqtidarında olmadığı bildirilmişdir. 08.06.2021-ci il tarixində AQTA tərəfindən MN0889420 saylı İnzibati Xəta haqqında Protokol yazılmışdır. “X12 Mərkəzi” PHŞ yazılmış protokolla razılaşmamışdır. Bununla Bağlı AQTA tərəfindən məlumat verilmişdir ki, 15 gün müddətində X4 şikayət edilə bilər. 21.06.2021-ci il tarixində tərəfindən Azərbaycan Respublikasının Qida X3 X16 tərtib edilmiş İnzibati Protokolun ləğv edilməsinə dair ərizə ilə müraciət edilmişdir. Lakin daha sonra məlum olmuşdur ki, AQTA nəzərdə tutulmuş 15 gün şikayət müddətini gözləməyərək 18.06.2021-ci il tarixində tərtib edilmiş protokola əsasən qərar çıxarmışdır və bu qərar onlara poçt vasitəsi ilə 29.06.2021-il tarixində göndərilmiş, 30.06.2021-ci il tarixində “X12 Mərkəzi” PHŞ tərəfindən qəbul edilmişdir. Hesab edir ki, tərtib edilmiş İnzibati Xəta haqqında protokol və həmin protokola əsasən verilmiş qərar tamamilə əsassızdır. Belə ki, protokolda göstərilir: 1) Xəstəxananın baş həkiminin əmri ilə müalicəvi qidalanma üzrə şura yaradılmamışdır. Məlumat üçün bildirilir ki, “X12 Mərkəzi” PHŞ tərkibində yaradılmış bütün şura və digər kollegiyal orqanlar TƏBİB-in göstəriş və təlimatlarına əsasən yaradılır. Bununla bağlı “X12 Mərkəzi” PHŞ-ya istər TƏBİB, istərsə də AQTA tərəfindən heç bir məlumat verilməmişdir. 2) Tibb müəssisəsində həkim-dietoloq və ya pəhriz bacısı çalışmır. “X12 Mərkəzi” PHŞ-nin ştat cədvəli TƏBİB tərəfindən tənzimlənir və hal-hazırda “X12 Mərkəzi” PHŞ-nın ştat cədvəlində həkim-dietoloq vəzifəsi ştatı vakantdır. Lakin pəhriz bacısı ştatı nəzərdə tutulmamışdır. Həkim-dietoloq peşəsi ixtisaslaşmış peşə olduğu üçün digər ixtisaslı şəxsin əvəzetməsidə mümkün deyil. 3) Qida blokunda havalandırma sistemi qurulmamışdır. “X12 Mərkəzi” PHŞ-nin hazırda fəaliyyət göstərdiyi bina 2008-ci ildə istismara verilmişdir. Bina istismara verilərkən havalandırma sistemi mövcud olmamışdır. Havalandırma sisteminin sonradan qurraşdırılması üçün heç bir göstəriş və maliyyə vəsaiti ayrılmamışdır. 4) Qida blokunda təmizlik və dezenfeksiya işləri aparılmır. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və X7 rayon Profklatik Dezinfeksiya şöbəsi ilə “X12 Mərkəzi” PHŞ arasında 01.04.20121-ci il tarixində 124 saylı müqavilə bağlanılmışdır ki, həmin müqaviləyə əsasən dezinfeksiya işləri mütəmadi aparılır. 5) Yemək hazırlanarkən bişirmə tempuraturuna nəzarət edilmir: “X12 Mərkəzi” PHŞ-nin yeməkxanasında qurraşdırılmış bütün avadanlıqlar istismara verilərkən standartlara cavab vermiş və hal-hazırda işlək vəziyyətdədir. Avadanlıqlar üzərində bişmə dərəcələrinin dəyişdirən və onlara nəzarət edən mexanizmlər işlək vəziyyətdədir. 6) Tibb müəssisəsinin qida bloku lazimi sənədlərlə təmin edilməmişdir: “X12 Mərkəzi” PHŞ-nın qida blokununda hal-hazırda mövcud olmayan sənədləri həkim-dietoloq tərəfindən tərtib edilməli sənədlərdir ki, yuxarıdada məlumat verdiyi kimi hazırda həkim-dietoloq ştatı vakantdır və işə qəbulla bağlı müvafiq məlumat dövlət məşqulluq xidmətinin Qəbələ rayon şöbəsinə verilmişdir. Tərtib edilmiş protokolda göstərilən digər iradlarda göstərilən hallar sırf həkim dietoloqun olmaması ilə bağlı hallardır ki, bununda izahı yuxarıda verilmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılmışdır. AQTA yaradıldığı gündən bu günkü tarixə kimi normativ aktlar, standartlar və digər tələb edilən meyyarlarla bağlı onlara heç bir yazılı və şifahi bildiriş, təqdimat göndərməmişdir. Göründüyü kimi AQTA tərəfindən “X12 Mərkəzi” PHŞ-ya tutulmuş iradların yaranma səbəbində “X12 Mərkəzi” PHŞ-nin bir başa günahı yoxdur, tutulmuş iradları yaradan səbəblər onlardan asılı olmayan hallardır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X23 “X12 Mərkəzi” X18 etibarnamə üzrə nümayəndəsi X14 şikayətin məzmunu ilə eyni izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X15 izahatında göstərdi ki, göstərilən nöqsanlarla bağlı bir sıra aktlar tərtib edilərək protokollaşdırılmış və rəhbərlik tərəfindən həmin sənədlər imzalanaraq sistemə işlənilmişdir. Həmin nöqsanlar da ciddi nöqsanlar sayılır. Xəstəxananın baş həkiminin əmri ilə müalicəvi qidalanma üzrə şura yaradılmamışdır. Tibb müəssisəsində həkim-diateloq və ya pəhriz bacısı çalışmır. Qida blokunun havalandırma sistemi qurulmamışdır. Qida blokunda təmizlik və dezenfeksiya işləri aparılmır. Yemək hazırlanarkən bişirmə tempraturuna nəzarət edilmir. Tibb müəssisəsinin qida bloku lazımı sənədlərlə təmin edilməmişdir. Havalandırma sisteminin olmaması qidalara birbaşa təsir edir. Ərzaqlarda çatışmazlıqlar mövcud olmuşdur. Bunlara misal olaraq, süd, yumurta, meyvə şirəsini göstərmək olar. Mərkəzdə həkim dietoloq fəaliyyət göstərmir. Diaqnostika Mərkəzində müalicə alan xəstələr üçün dəyişilməyən standart 1 menyu forması Diet masa 1A tərtib edlmişdir. Hər mövsümün özünə uygun olaraaq (qış, yaz, yay, payız) menyu tərtib edilməlidir. Lakin tibb müəssisəsində bütün mövsümlərdə eyni rasionlu standart menyulardan istifadə olunur. Hazır yemeklerin, tez xarab olan məhsulların brokeraj jurnalı qida blokunun avadanlıqlarının nəzarət jurnalı, qidanının paylanması cədvəli mövcud deyildir. Zərərvericilərə qarşı mübarizə ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Və onların aktda da yazılmışdır ki, zərərvericilərə heç bir mübarizə aparılmır və buna da xəstənananınn rəhbərliyi imza çəkmişdir. Bununla da “X12 Mərkəzi” X18 direktoru X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 08.06.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 18 iyun 2021-ci il tarixli, MN ******* nömrəli qərlarla “X12 Mərkəzi” X18 direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Qeyd edilən qərar qanunauyğun qəbul edildiyindən ləğv edilməsi barədə şikayət əsassızdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “X12 Mərkəzi” X18 direktoru X6 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair inzibati xəta haqqında 18 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikasının X4 tapşırılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən X6 barəsində tərtib olunmuş 08.06.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “X12 Mərkəzi” PHŞ-də aparılan zamanı standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi vəzifəli şəxs X13 tərəfindən pozulmuşdur. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən “X12 Mərkəzi” PHŞ-də aparılan yoxlama zamanı standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi vəzifəli şəxs X13 tərəfindən pozulduğundan, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materillarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin QZN-078 nömrəli, 30 aprel 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “X12 Mərkəzi” X18 yoxlanması zamanı aşkara çıxarılmış pozuntular öz əksini tapmışdır. İş materiallarında olan “X12 Mərkəzi” X18 direktoru X13 tərəfindən Azərbaycan Respublikası Qida X3 Qoşqar Təhməzliyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı 30.04.2021-ci il tarixli yoxlamalara əsasən tərtib edilmiş 08.06.2021-ci il tarixli MN №0889420 saylı İnzibati xəta haqqında protokolun ləğv edilməsinə dair müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və X5 rayon Profilaktik Dezinfeksiya şöbəsi ilə “X12 Mərkəzi” X18 direktoru X13 arasında bağlanmış 124 nömrəli müqavilədən görünür ki, “İcraçı” 01 aprel 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixə kimi sifarişçinin tapşırığına əsasən müqavilə imzalandığı andan müqavilədə nəzərdə tutulan vəsait ödənilməklə profilaktik deratizasiya, dezinfekiya, dezinseksiya işlərini aparmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü X11 ilə “X12 Mərkəzi” X18 direktoru X13 arasında bağlanan 06 oktyabr 2020-ci il tarixli, 813 nömrəli müqavilədən görünür ki, İcraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürmdüşür. İş materiallarında olan “E-gov.az” saytından çıxarışdan görünür ki, “X12 Mərkəzi” X18 direktoru X13 tərəfindən müəssisədə həkim-dietoloq ştatın vakant olması barədə məlumatlar sayta yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır. 65.2-ci maddəsinə əsasən müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Göründüyü kimi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi öz qərarında ünvan 1 ünvanında yerləşən “X12 Mərkəzi” PHŞ-də aparılan yoxlama zamanı standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi vəzifəli şəxs X13 tərəfindən pozulmasını göstərərək, X10 şəxsi inzibati məsuliyyətə cəlb etsə də, lakin həmin məsələyə səthi yanaşmış, kifayət qədər ətraflı araşdırılma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin QZN-078 nömrəli, 30 aprel 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokolda “Xəstəxananın baş həkiminin əmri ilə müalicəvi qidalanma üzrə şura yaradılmadığı”, “Tibb müəssisəsində həkim-dietoloq və ya pəhriz bacısı çalışmadığı”, “Qida blokunda havalandırma sistemi qurulmadığı”, “Qida blokunda təmizlik və dezenfeksiya işləri aparılmadığı”, “Yemək hazırlanarkən bişirmə tempuraturuna nəzarət edilmədiyi”, “Tibb müəssisəsinin qida blokunun lazimi sənədlərlə təmin edilmədiyi” və s. göstərilmişdir. Lakin məhkəmə iclasında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X23 “X12 Mərkəzi” X18 etibarnamə üzrə nümayəndəsi X14 göstərilən nöqsanlara cavab olaraq göstərmişdir ki, “X12 Mərkəzi” PHŞ-nin ştat cədvəli TƏBİB tərəfindən tənzimlənir və hal-hazırda “X12 Mərkəzi” PHŞ-nın ştat cədvəlində həkimdietoloq vəzifəsi ştatı vakantdır. Lakin pəhriz bacısı ştatı nəzərdə tutulmamışdır. Həkimdietoloq peşəsi ixtisaslaşmış peşə olduğu üçün digər ixtisaslı şəxsin əvəzetməsidə mümkün deyil. (iş materiallarına “X12 Mərkəzi” X18 direktoru X13 tərəfindən müəssisədə həkimdietoloq ştatın vakant olması barədə məlumatın sayta yerləşdirilməsi barədə “E-gov.az” saytından çıxarış əlavə edilmişdir). X12 Mərkəzi” PHŞ tərkibində yaradılmış bütün şura və digər kollegiyal orqanlar TƏBİB-in göstəriş və təlimatlarına əsasən yaradılır. Bununla bağlı “X12 Mərkəzi” PHŞ-ya istər TƏBİB, istərsə də AQTA tərəfindən heç bir məlumat (Göstəriş) verilməmişdir. Bundan əlavə “X12 Mərkəzi” PHŞ-nin hazırda fəaliyyət göstərdiyi bina 2008-ci ildə istismara verilmişdir. Bina istismara verilərkən havalandırma sistemi mövcud olmamışdır. Havalandırma sisteminin sonradan qurraşdırılması üçün heç bir göstəriş və maliyyə vəsaiti ayrılmamışdır. Qida blokunda təmizlik və dezenfeksiya işləri aparılmır. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və X7 rayon Profklatik Dezinfeksiya şöbəsi ilə “X12 Mərkəzi” PHŞ arasında 01.04.20121-ci il tarixində 124 saylı müqavilə bağlanılmışdır ki, həmin müqaviləyə əsasən dezinfeksiya işləri mütəmadi aparılır. “X12 Mərkəzi” PHŞ-nın qida blokununda hal-hazırda mövcud olmayan sənədləri həkim-dietoloq tərəfindən tərtib edilməli sənədlərdir ki, hazırda həkim-dietoloq ştatı vakantdır və işə qəbulla bağlı müvafiq məlumat dövlət məşqulluq xidmətinin Qəbələ rayon şöbəsinə verilmişdir. “X12 Mərkəzi” PHŞ-nin yeməkxanasında qurraşdırılmış bütün avadanlıqlar istismara verilərkən standartlara cavab vermiş və hal-hazırda işlək vəziyyətdədir. Avadanlıqlar üzərində bişmə dərəcələrinin dəyişdirən və onlara nəzarət edən mexanizmlər işlək vəziyyətdədir. Göründüyü kimi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bəzi hallar kifayət qədər əsaslandırılmadan, həmin pozuntuların baş verməsində “X12 Mərkəzi” X18 direktoru X6 həqiqətəndə təqsirinin olması müəyyən edilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.6-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida X1 tənbeh vermə haqqında ******* nömrəli, 18 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikasının X4 tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Qida X1 tənbeh vermə haqqında ******* nömrəli, 18 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikasının X4 tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-332/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-332/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver