Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-332/2022 11.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi X7 və müdafiəçi X2 iştirakları ilə, xx.xx.2005-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X4 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 16-17 radələrində Fərid ilə qəsəbənin mərkəzinə gəlmiş, Orxana zəng etmiş ki, ora gəlsin. O da təxminən 15 dəqiqəyə gəlmiş, onlar məktəbin bağına keçmişlər. Həmin zaman ora həmkəndliləri Rəsul və Dərya gəlmişlər. Rəsul nə məsələdi deyə soruşmuş, əvvəl deməsə də Orxan özü nə olduğu danışmış, bu zaman Sahil Orxanın göz nahiyəsindən bır dəfə yumuruq ilə zərbə vurmuş, onun gözü şişmiş, Rəsul Orxana “otur yerə üzür istə səni vurmayım” demiş, Orxan oturmuş, Dəryaya öz telefonu verərək çək demiş, Dərya çəkməyə başlamış, Orxana Rəsul uzr istə demiş, lakın o üzr istəməmiş, Rəsul onun kürəyindən yumuruq ilə vurmuş, alnından itələyərək yerə uzatmış, Orxan üzür istəmiş, sonra mübahisə dayanmış və ayrılmışlar. xx.xx.2022-ci ıl tarixdə saat 08:30 radələrində Orxan və anası Aynurə onların həyətinə gəlmiş, anası yerindən qalxaraq həyətə düşmüş, səs-küy eşidərək həyətə düşmüşlər Görmüş ki, Aynurə anasının saçlarını yolur, Orxan isə anasını arxadan vururmuş. Orxanın qolundan tutaraq kənara çəkmiş, qardaşı Elvin isə Aynurəni tutub kənara çəkmişdir. Orxan onun bədən nahiyəsinə yumuruq ilə zərbələr vururmuş. Buna görə onun bədən nahiyəsinə ıkı dəfə yumuruq zərbəsi vurmuş ki, ondan kənara çəkilsin. Sonra qardaşı Elvin gələrək onları ayırmış, sonra onlar çıxıb getmişlər, həmin qadının əri qapıda onları qarşılamış və aparmışdır. Atası Elsevər Bakı şəhərində odluğu üçün qardaşı Elvin atasına zəng edərək bildirmiş, o da 102 xidmətinə zəng edərək məlumat vermişdir. Aynurə onu və qardaşını vurmamışdır. Sonda isə Zərərçəkmiş şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, X3 yoldaşıdır. 03.06 2022-ci il tarixdə saat təxminən 16-17 radələrində Fərid ilə Ramin onu qəsəbənin mərkəzindəki bır nömrəli məktəbin həyətinə çağırmışlar, o da həmin yerə getmişdir. Sahili məktəbdə görmüş, onunla söhbət edən zaman o “sən mənim istədiyim qıza qarşı söymüsən” demiş, elə bir şey olmadığını bildirmiş, bu zaman Sahil onun sağ göz nahiyəsindən bir dəfə yumuruq ilə zərbə vurmuş, sonradan ora həmkəndliləri Rəsul, Fərid, Fuadın oğlu Hafiz və Dərya gəlmişlər. Rəsul ona üzür istə demiş, ona “nəyə görə üzr üstəyim ki,” demiş, o da “sən Fəridi və Sahilin istədiyi qızı söymüsən” demiş, ona elə bir şey olmayıb demiş, bu zaman Rəsul ona ”otur yerə üzür istə səni vurmayım “demiş, buna görə oturmuş, Rəsul Dəryaya öz telefonu verərək “çək demiş”, Dərya çəkməyə başlamış, Rəsul üzür istə demiş, lakin üzür istəməmiş. Rəsul onun kürəyindən, başından yumuruq ilə vurmuş, alnından itələyərək yerə uzatmış, üzür istəmiş, sonra mübahisə dayanmış və ayrılmışlar. Bu barədə heç kimə məlumat verməmişlər. xx.xx.2022-ci il tarixdə valideyinləri onun döyülməsi videosunu tıktok sosial şəbəkəsində yayıldığını görmüş, videonu çəkən paylaşan şəxs isə həmkəndlisi Şəxs və Hafiz olmuşdur. Buna görə də, xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində anası ilə birlikdə Elsevərgilin həyətinə getmiş, anası Raminin anasını çağırmış, Raminin anası Cəmilə çölə çıxmış, anası ona sənin oğlun niyə videonu paylaşıb demiş, bu zaman o oğlum paylaşmayıb deyə cavab vermiş, daha sonra Ramin və qardaşı Elvin həyətə düşmüşlər, Ramın paylaşmamış demişdir. Raminin anası Cəmilə anasının sinəsindən itələmiş, belə olub aralarında mübahisə başlamış, birbirlərinin saçlarını yolmağa başlamışlar, Cəmilə anasının gözünə əl atmış, Elvin anasının üzərinə gələrək sol gözünə bir dəfə yumuruq ilə zərbə vurmuş, Ramin də onu vurmaq istəmiş, onları tutub geriyə çəkmiş, Elvinin boğaz nahiyəsindən tutub saxlamış, Raminin isə sinəsindən geriyə itələmiş ki, geri çəkilsin. Ramin onun bədən nahiyəsinə yumuruq ilə zərbə vurmuş, onun anasının guya huşu itmiş, belə olub mübahisə dayanmış, daha sonra çıxıb getmişlər. Cəmiləni vurmamış, mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı orada başqa heç kim olmamış, Raminin onu vurmasından şikayətçi olmuşdur. Sonda isə X10 ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-332/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-332/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver