Məhkəmə qərarları › İş №3(025)-333/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-333/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-333/2023 26.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1947-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Qəbələ rayonu, Bum qəsəbəsində özünə məxsus bir baş iri buynuzlu inəyi nəzarətsiz buraxmış, nəticədə heyvan həmin yolda hərəkətdə olan VAZ 21074 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsinin DYPB İTÜBİ-nin polis kapitanı X1 Ağaəli Musa oğlunun Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB İTÜBİ-nin polis kapitanı X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 19:00 radələrində Qəbələ rayonu, Qəmərvan kəndində özünə məxsus bir baş iri buynuzlu inəyi asvalt örtüklü yola nəzarətsiz buraxmış, nəticədə heyvan həmin yolda hərəkətdə olan xx.xx.1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus olan VAZ 21074 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək maddi ziyan vurmuşdur. Sürücü hadisə yerindən yayınmışdır. Barəsində inzibati xəta haqqında iş aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində ona məxsus bir baş iribuynuzlu inəyin Qəbələ rayonu, Qəmərvan kəndində asfalt-beton örtüklü yolda vurulduğunu bildirdilər. Hadisə yerinə gələrək həmin inəyin ona məxsus olduğundan əmin oldu. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023cü il tarixdə saat 19:00 radələrində ona məxsus olan VAZ 21074 markalı **-BH-*** dövlət qeydiyyat nömrəli özünə məxsus avtomobili ilə Qəbələ rayonu, Qəmərvan kənd istqamətində hərəkətdə olarkən yolun kenarına iri buynuzlu malı görüb avtomobilin sürətini azaltmışdır. Avtomobillə malın yanına çatanda qəflətən iribuynuzlu mal qaçaraq avtomobilə ziyan törətmişdir. Vətəndaşlar hadisə yerinə yaxınlaşmışdır. O kimin inəkləri olduğunu soruşanda Ağəli müəllimindir deyə cavab vermişdilər. Bir cavan oğlan yaxınlaşıb ona inək bizimdir. Onlar bir birinin mobil telefonların götürüb, hadisə yerini tərk etmişlər. Üç gündən sonra ona Qəbələ rayon polis şöbəsindən zəng gəlmiş avtomobili polis şöbəsinə aparmışdılar. Məhkəmə Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTÜBİ-nin polis kapitanı X4 tərəfindən tərtib edilmiş 05 iyul 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan əməli inzibati xəta haqqında protokolla, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar