Məhkəmə qərarları › İş №3(025)-333/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-333/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-333/2024 01.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X9 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748928) tərtib olunmuşdur ki, o, iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 8750 (səkkiz min yeddi yüz əlli) manat ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023 saylı icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və 8750 manat borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs X8 özünü qismən təqsirli bilərək göstərmişdir ki, iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 8750 (səkkiz min yeddi yüz əlli) manat ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023 saylı icra sənədlərini icra etməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənədi üzrə tələbi mütəmadi qaydada 3060 (üç min altmış) manat ödəmiş, lakin ödənişlər natamam olduğundan cəmi 5690 manat borcu yaranmışdır. Borcunu tam şəkildə ödəmək niyyətindədir və 2060 manat ödənişi xx.xx.2024-cü il tarixdə, 1000 manat ödənişi isə xx.xx.2024-cü il tarixdə ödəmişdir. Ona görə də, qalıq borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şəxs borcun ödənilməsini tələb etdiklərini bildirdilər və müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahiszəsinə buraxdıqlarını bildirdilər. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində borc və 107.5 (bir yüz yeddi manat əlli qəpik) manat dövlət rüsumu tutularaq iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e206567/2023-11-5-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023-cü il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 206567 nömrəli arayışdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-881/2023 saylı icra sənədi üzrə Şəxs xx.xx.2024-cü il tarixdə 2060 manat, xx.xx.2024-cü il tarixdə isə 1000 manat ödəmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-881/2023 nömrəli icra sənədi üzrə olan borcunu ödənilməsindən qərəzli şəkildə yayınmır, belə ki, məhkəmə araşdırması zamanı 8750 (səkkiz min yeddi yüz əlli) manat borcundan 3060 (üç min altmış) manat ödəməsi özü-özülüyündə sübut edir ki, Şəxs öhdəliklərinin icrasından yayınmır. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, Şəxs ödədiyi 3.060 manat 8750 manat pul məbləğinə mütənasib olmasa da, Şəxs yeni işə başlaması, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayətçi olmamaları, Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməməsi həmin 3.060 manat məbləğ hal-hazırda Şəxs əmlak vəziyyətinə uyğundur. O xx.xx.2024-cü il tarixdə 2060 manat, xx.xx.2024-cü il tarixdə isə 1000 manat ödəniş etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-881/2023 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar