Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-334/2022 12.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonunda Zərərçəkmiş şəxs dələduzluq yolu ilə 450 (dörd yüz əlli) manat miqdarında pulunu talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Qəbələ rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Cavidan Əhmədli tərəfindən aparılmış təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs qarşı törədilmiş dələduzluq əməlində inzibati xətanın tərkibi müəyyən edilmişdir. Təhqiqat zamanı həmin əməlinin Şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, əvvəllər ev kirayə verilməsi ilə məşğul olub, belə ki, evlərim kirayə verənlərə müştəri taparaq qazanc əldə edirdi. Tap.az saytına və Lalafo.az saytına Qəbələdə kirayə evlərin elanını, elana özünə məxsus 050 *** ** ** və 070 *** ** ** saylı mobil nömrələri qoyub. xx.xx.2022-ci il tarixdə əvvəlcədən tanıdığı Samir adlı şəxs onun 050 *** ** ** saylı mobil nömrəsinə 050 *** ** ** saylı mobil nömrədən zəng edərək 16.07 2022-ci il tarixdən xx.xx.2022-cı ıl tarixə kimi tanışı olan Səudiyyə Ərəbistanı vətəndaşına kirayə ev lazım olduğunu bildirdi. Ona evin olduğunu, günlük 250 manata verildiyini dedi. 4 gun üçun 950 manata razılaşmış və əvvəlcədən beh gəndərilməli olduğunu bildirmişdir. O da razılaşdı, Ərəb vətəndaşının ona pul göndərcəyıni, bundan sonra pulu ona göndərəcıyını bildirdi. Ona votsapda tanışı Vəndam qəsəbə sakini X1 şəklini atdı ki, pulu həmin karta göndərsin. Belə ki, kartı Arifdən istifadə üçün götürmüşdür. Həmin tarixdə saat təxminən 15 radələrindən sonra Samir ona zəng edərək pulu göndərdiyini dedi. Vəndam qəsəbəsindəki bankomata gedərək kartı bankomata daxil edərək 247 manat pulu çıxartdı, belə ki, 3 manat komissiya kimi tutulmuşdur. Kirayə ev verən həmkəndlisi Elşadın 051 *** ** ** saylı mobil nömrəsinə zəng edərək evin boş olub- olmadığını, xarici vətəndaşın gələcəyini soruşdu o da 16 və 17-i iyul boş olduğunu bildirdi. Onun evi Qəbələ şəhərində yerləşir. Elşada həmin günləri saxlamasını bildirdi və hər gün üçün 250 manatdan razılaşdılar. xx.xx.2022-cı i! tarixdə Samir ona zəng edərək Ərəb vətəndaşının sürücüsünün zəng edəcəyini bildirdi. Bir qədər sonra ona zəng gələrək sürücü olduğunu və hansı ünvana gəlmələrini bildirdi. Ünvanı onlara bildirərək Elşad ilə birlikdə Qəbələ şəhərindəki evinə getdi. Bir qədər sonra Ərəb vətəndaşları 6 nəfər gəldi. Ərəb ona 700 manat pulu əlbəəl verdi, onlar evə yerləşdilər. Elşad ilə küçəyə çıxdı və ona 500 manat pulu verdi. Sonra Vəndam qəsəbəsinə getdi. Qalan 200 pula yemək yedi, spirtli içki qəbul etdi və digər xərclərinə xərclədi. Həmin gün axşam saatlarında Samir ona zəng edərək Elşadın ona evin iki günlük tutulduğunu, 18 07.2022-ci ıl tarixdə evin boşaldılmalı olduğunu dediyini bildirdi. Ona “boş söhbətdir, mən həll edəcəm” dedi. Lakin Elşada zəng etmədi, sonra telefonunun enerjisi bitdiyinə görə telefonuna zəng çatmadı. Pula ehtiyacı olduğu üçün bu cür yola əl atmış, Səudiyyə Ərəbistan vətəndaşının 450 manat pulunu dələduzluqla ələ keçirtmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı İslam universitetini bitirib. Suriya Ərəb Respublikasında dil üzrə təhsilini təkmilləşdirmiş, ərəb dilini təmiz bilir. Səudiyyə Ərəbistan vətəndaşı X14 Matoq tanışıdır. O, Azərbaycana gələn zaman onun bələdçisi və tərcüməçisi olur. O, xx.xx.2022-ci il tarixdə Azərbaycana gəldi. xx.xx.2022-ci ıl tarixdə X9 votsapda yazaraq xx.xx.2022-ci il tarixdə Azərbaycana gələcəyini, 16.07 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Qəbələ rayonunda qalacağını, buna görə ona kirayə ev lazım olduğunu bildirdi və onun adına Vester Union ilə 250 manat pulu banka 12 07.2022-ci il tarixdə göndərdi. Qəbələ rayonunda kirayə evləri verən əvvəlcədən telefon vasitəsilə tanıdığı Aqil adlı şəxs 050 *** ** ** saylı mobil nömrəsinə zəng edərək bu barədə bildirdi. O, Arif Niftalıyev adlı şəxsin üzərində **********731697 saylı hesab nömrəsi olan kartın şəklini votsapda atdı, öz kartından mobil tətbiq vasitəsilə həmin karta 250 manat pulu göndərdi. xx.xx.2022-ci il tarixdə X14 Matoq Qəbələ rayonuna ailə üzvləri ilə gələn zaman onun sürücüsünün nömrəsini Aqilə vermiş ki, onları qarşılasın Aqil 4 günlük kirayə üçün 950 manat pul lazım olduğunu dedi. Həmin gun Al X7 təxminən 15-16 radələri aralığında zəng edərək 700 manatı da əlbəəl Aqilə verdiyini dedi və evin sahibi Elşad adlı şəxsin 051 *** ** ** saylı mobil nömrəsini verdi. Həmin günü axşam Elşada zəng edərək X14 Matoqun müraciətini ona bildirdi, o “sən onlara demisənmi ki, xx.xx.2022-ci il tarixdə evi boşaltmalıdırlar” dedi. Elşada bəs onlar evi 4 günlük tutublar deyən zaman o, Aqilin ona 2 günlük 500 manat ödəniş etdiyini və Aqilə 2 günlük evin boş olduğunu dediyini bildirdi. Buna görə Aqilə zəng etdi. O da boş söhbətdir, elə bir şey ola bilməz dedi. Səhəri gün yenidən ona zəng etdi ki, ev sahibi ona bildirir ki. evi boşaltmaq lazımdır. O da “mən indi Elşadın yanına gedib sənə zəng vuracam” dedi, lakin sonradan zəng etmədi. Telelefonlarına zəng çatmadı, buna görə 102 xidmətinə zəng edərək məlumat verdi. Sonda isə Şəxs barəsində daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 avqust 2022-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-334/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-334/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver