Məhkəmə qərarları › İş №3(025)-334/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-334/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-334/2024 11.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tahirova Ləman Kamran qızının katibliyi ilə,Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli İXP 6313614) tərtib edilmişdir ki, o, istifadəsində olan “Mitsubishi L200 Minik” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2024-cü il tarixdə saat 13:51 radələrində Hacıqabul-Sabirabad yolunun 42-ci km-də idarə edərək yolda müəyyən edilmiş hərəkət sürətini 19 km/saat aşmaqla AR İXM-nin 328.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumatın Binəqədi RPŞ DYPB-nin sorğusuna əsasən 5 gün müddətində verilməsini təmin etməmişdir. İşdə olan DİN DYP elektron portalından əldə olunmuş məlumata əsasən Şəxs MMC-dən mülkiyyətində olan “Mitsubishi L 200 Minik” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2024-cü il tarixdə saat 13-51 radələrində Hacıqabul-Sabirabad yolunun 42-ci km-də Sabirabad istiqamətində idarə edərkən AR İXM-nin 328.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumat verməsi tələb edilmişdir. İşdə olan Şəxs MMC-ə Bakı şəhər Binəqədi RPŞİ tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13- 46/2-24866 nömrəli Bildirişə əsasən Şəxs MMC mülkiyyətində olan “Mitsubishi L 200 Minik” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən AR İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumatın Bakı şəhəri Binəqədi RPİ-nin sorğusuna əsasən 5 gün müddətində verilməsini təmin etməmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC (Hüquqi ünvan: Bakı şəhəri, Binəqədi r-nu, Biləcəri qəs.Natavan küçev 8, mən.12) Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar