Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-335/2024 03.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X8 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, zərərçəkmişin nümayəndəsi Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, H.Aslanov küçəsi ev 21-də qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748929) tərtib olunmuşdur ki, o, 27 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə 10.000 (on min) manat, 16 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 50.000 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 (altmış min otuz) manat məbləğində pul alınıb iddiaçı X3 verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-2764/2016 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və 43700 manat borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 27 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə 10.000 (on min) manat, 16 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 50.000 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 (altmış min otuz) manat məbləğində pulun iddiaçı X3 verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-2764/2016 saylı icra sənədini icra etməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin borc məbləği sahibkarlıq fəaliyyəti ilə əlaqədar ABŞ dolları ilə almış, lakin uğursuz biznes əməliyyatları və devalivasiya nəticəsində manatın kəskin ucuzlaşması səbəbindən müflis olduğu üçün borcunu qaytara bilməmişdir. İcra sənədi üzrə indiyədək 16.330.0 manat qaytarmış və tələbkarla ayda 500,0 manat ödəməklə tələbin hissə-hissə icra olunması barədə razılığa gəlmişdir. Lakin iş zamanı yıxılıb xəsarət aldığı üçün son iki ayda ödəniş edə bilməmişdir. Hal-hazırda “Soyuq Bulaq” restoranında ofisiant vəzifəsində işəyir və ayda ***-**** manat məbləğində qazanır. Himayəsində iki nəfər azyaşlı uşaöı vardır və kirayədə yaşayır. 2020-ci ildə o “İİ Qarabağ Müharibə”sində Ağdam, Suqovşan və Şuşada döyüşlərdə iştirak etmiş və kantuziya almışdır. Ona görə də, borcun ayda 250,0 manat ödənilməklə hissə-hissə qaytarılmasına şərait yaradılmasını xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-2764/2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 27 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə 10.000 (on min) manat, 16 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 50.000 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 (altmış min otuz) manat məbləğində pul alınıb iddiaçı X4 verilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-2764/2016 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 33955/2024-11-5-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-2764/2016-cı il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(025)-2764/2016 saylı icra sənədinə əsasən borclu Şəxs 60.030 manat məbləğində borcu olduğu halda 16.330 manat tələbkara ödəniş etmiş hazırda 43.700 manat ödənilməmiş borcu yaranmışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Himayəsində azyaşlı uşaqları olması və müharibə veteranı olması Şəxs məsuıiyyəti yüngülləşdirən hallardır. İş üzrə məsuıiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti müəyyən edilərkən məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmalıdır.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 iyul 2024-cü il tarixdən saat 11:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-335/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-335/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver