Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-336/2021 08.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X1, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə 25 avqust 1964-cü il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis şöbəsi tərəfindən 04 iyul 2021-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 04 iyul 2021-ci il tarixdə saat 23:35 radələrində özünə məxsus “Nissan Sunny” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qəbələ rayonu Mıxlıqovaq kəndində sərxoş vəzyətdə idarə edərək qəza törətmiş, nəticədə Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X4 göstərdi ki, Şəxs 04 iyul 2021-ci il tarixdə saat 23:35 radələrində özünə məxsus “Nissan Sunny” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qəbələ rayonu Mıxlıqovaq kəndində sərxoş vəzyətdə idarə edərək qəza törətmiş, nəticədə Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan dəymişdir. Hadisə vaxtı Şəxs içkili olub-olmaması alkotester vasitəsilə yoxlanılmış və onun qanında alkoqulun miqdarı 0,230 % müəyyən olunmuşdur. Nəticədə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin göstərmişdir ki, Şəxs içkiliyini yoxlanılan Alkotester qeydiyyatdan keçmişdir və qaloqramı vardır. Bundan əlavə hadisə zamanı digər sürücü Zərərçəkmiş şəxs da içkiliyi yoxlanılmış, lakin onun içkili olmaması müəyyən edilmişdir. Əgər alkotester düzgün işləməsəydi, Zərərçəkmiş şəxsda göstəriciləri səhv göstərilərdi. Şəxs içkili olmaması barədə dedikləri həqiqəti əks etdirmir və sadəcə məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Həmçinin müvafiq yoxlama həyata keçirildikdən sonra Şəxs bununla bağlı hər hansı bir irad bildirməmiş və aktı da imzalamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, 04 iyul 2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Nissan Sunny” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Qəbələ rayonu Mıxlıqovaq kəndində “Vaz 21154” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmanın onun təqsiri ucbatından olmasını qəbul edir və dəymiş ziyanı ödəməyə hazırdır. Lakin hadisə vaxtı içkili olmamışdır. Onun içkiliyini alkoster vasitəsilə yoxlanmışdır. Onun içkiliyini yoxlanılan aparatın sertifkasıyadan keçirilib-keçirilməməsini tələb etmiş, lakin ona bu barədə məlumat verilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki,04.07.2021-ci il tarixdə saat təxminən 22:50 radələrində özünə məxsus “Vaz 21154” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilldə qardaşı X13, qonşusu X5 və dostu X8 ilə birlikdə Qəbələ rayonu Mıxlıqovaq kəndində hərəkətdə imişlər. Bu zaman Kötüklü kənd istiqamətində gələn “Nissan Sunny” markalı **-ER-*** nömrəli avtomaşınla onları öz yolunda vurmuşdur. Avtomobildə olan şəxslərdən heç kim xəsarət almamışdır. Digər avtomobilin sürücüsü Şəxs yaxşı edib avtomobillərini vurduğunu bildirdi. Qardaşı Yasin dərhal polisə zəng vuraraq hadisə barədə məlumat verdi. Yol polis əməkdaşları onların hər ikisinin içkiliyini yoxlamış, bu zaman Şəxs içkili olduğu müəyyən olunmuşdur. Hadisə nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkili X6 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yaşının nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 04.07.2021-ci il tarixdə saat təxminən 22:50 radələrində dostu Zərərçəkmiş şəxs maşınında qardaşı X13 və qonşusu X3 birlikdə Yasərin özünə məxsus avtomaşında gedirmişlər. Yasərin özünə məxsus avtomaşında gedirlər. Yasərin idarə etdiyi “Vaz 21154” markalı, **-TT-*** nömrəli avtomaşınla Qəbələ rayon Mıxlıqovaq kəndində Kötüklü kənd istiqamətindən gələn “Nissan Sunny” markalı, **-ER-*** nömrəli avtomaşın onları öz yollarında vurmuşdur. Sonra Yasərin qardaşı Yasin polisə zəng vuraraq hadisə olduğunu bildirmişdir. Hadisə yerinə gələn Yol patrul xidməti əməkdaşı hadisə yerini müayinə edib hər iki sürücünü alkotesterden keçirmişdir Bu zaman Şəxs içkili olması müəyyən olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X5 şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. - İş materiallarında olan 04.07.2021-ci il tarixli Aktdan görünür ki, 04.07.2021-ci il tarixdə saat 23:13 radələrində “Nissan Sunny” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs sərxoşluq dərəcəsinin təyin edilməsi üçün ACE Z nömrəli alkotester vasitəsilə yoxlanılmış və məlum olmuş ki, sürücü içki qəbul etmişdir, yüngül dərəcəli sərxoşdur. - İş materiallarında olan 04.07.2021-ci il tarixli Aktdan görünür ki, 04.07.2021-ci il tarixdə saat 23:11 radələrində “VAZ 21154” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs sərxoşluq dərəcəsinin təyin edilməsi üçün ACE Z nömrəli alkotester vasitəsilə yoxlanılmış və məlum olmuş ki, sürücü içki qəbul etməmişdir və ayıq vəziyyətdədir. - İş materiallarında olan Qəbələ şəhər fərdi avtomobillərə texniki xidmət stansiyasının müdiri Yusibov Fərhad, həmin stansiyanın tənəkçisi Həsənov Rəcəb, həmin stansiyanın çilingəri Mahmudlu Hafiz tərtib edilmiş 05.07.2021-ci il tarixli Aktda göstərilmişdir ki, “VAZ 21015” markalı **-TT-*** dövlət nömrə nişanlı minik avtomobilinə ilkin baxış keçirilmiş və avtomobilə dəymiş ziyanın ümumi miqdarı 780 manat müəyyən edilmişdir. - İş materiallarında olan 09.02.2021-ci il tarixli AE № 024650 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz-21154” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. - İş materiallarında olan AE seriyalı 718954 nömrəli 05.05.2016-ci il tarixdə verilmiş və 05.05.2026-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Zərərçəkmiş şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. - İş materiallarında olan “Sürücülük Vəsiqəsinə dair” Çıxarışdan görünür ki, AE seriyalı 231550 nömrəli 10.10.2020-ci il tarixdə verilmiş və 10.10.2030-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Şəxs «ABC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. - İş materiallarında olan 08.07.2021-ci il tarixli Aktdan görünür ki, Şəxs məxsus “Nissan Sunny” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirərkən Şəxs məxsus sürücülük vəsiqəsinin avtomaşında olmadığı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs 04 iyul 2021-ci il tarixdə saat 23:35 radələrində özünə məxsus “Nissan Sunny” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qəbələ rayonu Mıxlıqovaq kəndində sərxoş vəzyətdə idarə edərək qəza törətməsi, nəticədə Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan dəyməsi iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs içkili olub-olmamasının yoxlanılan alkotesterin qaloqramının olub-olmamasını müəyyən etmək üçün “Alkotester” adlı cihaz məhkəmə iclasına gətirilmiş və onun qaloqramının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X4 izahatında qeyd etmişdir ki, alkotester sertifkasiyadan keçmiş, lakin bununla bağlı sənədlər Daxili İşlər Nazirliyində saxlanılmaqdadır. Eyni zamanda məhkəmə iclasında suallara cavab verən Şəxs hadisədən sonra Zərərçəkmiş şəxs ona məxsus avtomobili “yaxşı edib vurmuşam” dediyini etiraf etmişdir. Lakin məhkəmənin “əgər içkili olmasaydın yenə də həmin sözləri deyərdin mi?” sualına isə cavab verməkdə çətinlik çəkmişdir. Bütün bu hallar Şəxs hadisə zamanı həqiqətəndə içkili olmasını göstərir. Həmçinin içkili olmamasını, “Alkotester”in düzgün yoxlamaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və bu halları mübahisəndirməmişdir. Sadəcə olaraq məhkəmə iclasında “Alkotester”in qaloqramının olub-olmadığını, nə vaxt qeydiyyatdan keçdiyini mübahisələndirmişdir ki, bu hallar da məhkəmə iclasında araşdırılmışdır. Eyni zamanda o, müvafiq yoxlamadan sonra aktı imzalamış və içkili olması faktını qəbul etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı 27.06.2014-ciil tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-ci bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 333-cü maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılığını və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə inzibati tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-336/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-336/2021
08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver