Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-336/2022 15.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Qəbələ rayonu, Mİrzəbəyli kəndində anadan olmuş, Qəbələ rayonu, Mirzəbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi özünə məxsus “Mersedes Bens” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman manevr qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21060” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, avtomobilin sahibinə ziyan vurmuşdur. Bununla da, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X2 izahatında bildirmişdir ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2022-ci il tarixdə özünə məxsus “Mersedes Bens” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman manevr qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticə Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21060” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, avtomobilin sahibinə ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində etibarnamə ilə idarə etdiyi “Mersedes Bens” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman xəstəxana yoluna dönmək istəyərkən həmin küçədə hərəkətdə olan “Vaz 21060” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə ailə üzvüləri olmuş, lakin heç biri bədən xəsarətləri almamışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində etibarnamə ilə idarə etdiyi “Vaz 21060” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman “Mersedes Bens” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil soldan sağa dönərək onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş, heç bir xəsarət almamışlar. Hal-hazırda Şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1-ci və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-336/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-336/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver