Məhkəmə qərarları › İş №3(025)-337/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-337/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-337/2022 16.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsi sakini Şəxs Elburus oğlu xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Nic qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 Ramin Elburus oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı X3 izahatında bildirmişdir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi sakini Şəxs Elburus oğlu xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Nic qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs Elburus oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elburus oğlu törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Qəbələ rayonu, Nic qəsəbəsində olan zaman Nic qəsəbədə sahə rəisi Zamiq Nadirovun xidməti otağına girmişdir. Həmin vaxt spirti içki qəbul etdiyi üçün yüksək səslə söyüşlər söymüşdür. O söyüşü polis əməkdaşlarına və ətrafdakı şəxslərə söymüşdür. O içkili və birazda əsəbi olduğu üçün söymüşdür. Sonradan polis əməkdaşları ilə aralarında nə baş vediyini dəqiq xatırlamır. Polis əməkdaşları onu sakitləşdirərək nizam-intizama dəvət etmişlər. Sonra Qəbələ Rayon Polis şöbəsinin növbətçi hissəsinə gətiriblər. Bu cür hərəkətlərə sərxoş olduğu üçün yol vermişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Qəbələ rayonu, Nİc qəsəbəsində sahə polis məntəqəsində olan vaxt qəsəbə sakini Şəxs Elburus oğlu nalayiq ifadələr işlədərək otağa daxil oldu. Xidməti otağa daxil olduqdan sonra da Ramin söyüş söyməyə davam edirdi. O və otaqda olan digər polis əməkdaşı X9 da Raminə nizam intizamlı olmağı, söyüş söyməməyi bildirsələrdə Ramin onların iradlarına məhəl qoymayaraq söyüş söyməyə davam edirdi. Raminin davranışılarından, hərəkətlərindən onun sərxoş olması qənaətə gəlmişdir. Xidməti otaqda xoşagəlməz halların qarşısını almaq məqsədi ilə Nic qəsəbəsində xidmətdə olan polis serjantı Nofəl Miirzəyevi və Yusif Təbrizlini oraya dəvət etmişdir. N.Mirzəyev və Yusif Təbrizli xidməti otağa gəlib Ramini söyüş söyməməyə dəvət etsələrdə heç bir nəticəsi olmamışdır. Şəxs polis işçisinin ictimai qaydanı mühafizəsi vəzifəsini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs nalayıq ifadlələr işlədə vaxt ora qəsəbə sakinləri səs-küyə toplanmışdır. Şəxs qanuni tələblərinə tabe olmadığı üçün PPXB-nin əməkdaşlarının köməyi ilə Qəbələ Rayon Polis şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid X9 şahid X5 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elburus oğluna daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Elburus oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs Elburus oğlu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 avqust 2022-ci il tarixdən saat 11:20-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar