Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-337/2023 14.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1976-cı ildə Göyçay rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, G.Qarayev küçəsində X4 yolun kənarında nalayiq söz və ifadələrlə təhqir etmiş, bununla da ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 İlqar Alqar oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində Qəbələ şəhər, G.Qarayev küçəsində ictimai qaydanı pozaraq nalayiq söz və ifadələr işlətmişdir. Həmin ünvanda onun keçmiş həyat yoldaşı Fərqanə yaşayır. İçkili vəziyyətdə gələrək, darvazanı bərk döyüb və keçmiş həyat yoldaşı Fərqanənin atasını çolə çağırmışdır. Yüksək səslə ünvanına nalayiq söz və ifdaələr işlətmişdir. Daha sonra Polis əməkdaşları yaxınlaşaraq onları polis şöbəsinə dəvət etmişdilər. Bununla da o ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində keçmiş qaynatası X6 ilə onun yaşadığı evin qarşısında rastlaşmışdır. Onu yolun kənarına çağırıb söhbət etmək istəyib. Lakin cavabında deyib ki, səninlə söhbət eləmək istəmirəm və ona bu məhləyə niyə gəlmisən bura gəlmə deyib. O isə cavabında bildirib ki, keçmiş həyat yoldaşı ilə barışmaq istəyir, uşaqlarını görmək istəyir. Onun ailəsini dağıtdıqını bildirmişdir. Buna görə də aralarında sözlü mübahisə olub və ona nalayiq ifadələrlə təhqir edib. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində keçmiş həyat yoldaşı Şəxs darvazalarını bərk döyərək atası İlqarı çölə çağırıb. Atası çölə çıxarkən o da arxasıyca küçəyə çıxıb. Keçmiş həyat yoldaşı İlqar atasını nalayiq söz və ifadələrlə təhqir edir, ayrılmaqlarına səbəb kimi atasını göstərir, atasının onları ayırdığını deyib yüksək səslə nalayiq ifadələrlə atasını durmadan təhgir edirdi. Atam onu nə qədər sakitləşdirmək istəsədə get sabah gələrsən söhbət edərik desədə dahada səsini yüksəldərək nalayiq söz və ifadələrlə söyüş söyməyə davam edirdi. Həmin səs küyə görə küçədən keçənlər və yaxın qonşular oraya toplamışdı. Daha sonra polis əməkdaşları gələrək məsələnin aydınlaşması üçün keçmiş həyat yoldaşını və atasını polis şöbəsinə dəvət etdilər. Məhkəmə iclasında şahid X6 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 tərəfindən tərtib edilmiş 14 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 iyul 2023-cü il tarixdən saat 23:40-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-337/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-337/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver