Məhkəmə qərarları › İş №3(025)-337/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-337/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-337/2024 04.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X1 Afdandil Hilal oğlu barəsində AR İXM-nin 535.1 və 510-cu maddələri ilə olan 3(025)-336/2024 və 3(025)-337/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materiallarına baxaraq M Ü Ə Y Y Ə N ETDİ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Bayramkoxalı kəndində ictimai məkanda ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Bayramkoxalı kəndində ictimai qaydanı qoruyan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir AR İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki,Şəxs barəsində AR İXM-nin 535.1 və 510-cu maddələri ilə olan 3(025)- 336/2024 və 3(025)-337/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları bir icraatda birləşdirilərək baxılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R V E R D İ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə olan 3(025)-337/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları barəsində İXM-nin 510-cu maddəsi ilə olan 3(025)-336/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə bir icraatda birləşdirilsin. İşə baxılması üçün məhkəmə iclası 04 iyul 2024-cü il tarixdə, saat 16:20-ə Qəbələ Rayon Məhkəməsinin binasına təyin edilsin. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar