Məhkəmə qərarları › İş №3(025)-338/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-338/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-338/2023 27.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası X4 X2 nümayəndəsi Nümayəndə1, şikayət vermiş şəxs Nümayəndə2 iştirakları ilə Nümayəndə2 Azərbaycan Respublikası X4 X2 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Nümayəndə2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X4 X2 20 iyun 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Kakadu" restoranı Qəbələ rayonunun Bunud kəndi ərazisində yerləşir və uzun illərdir ki, fərdi sahibkar və vəzifəli şəxs kimi onun nəzarətində fəaliyyət göstərir. Fəaliyyət müddəti ərzində dövlət tərəfindən müəyyən olunmuş vergilər və kommunal xidmətlər haqqı problemsiz qaydada ödənilmişdir. Restoranın fəaliyyəti aidiyyəti səlahiyyətli orqanlar tərəfindən yoxlanılmışdır. 06 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının X4 X2 (ŞZRB) yoxlaması nəticəsində "Məhdudlaşdırıcı tətbirlərin tətbiqi barədə" qərar, xx.xx.2023-cü il tarixdə yoxlama aktı, xx.xx.2023-cü il tarixdə isə "Yoxlamanın nəticələri üzrə" Qərar qəbul edilmişdir. Yoxlama zamanı müəyyən edilmiş nöqsanlar aradan qaldırılsa da, Azərbaycan Respublikasının Qida X3-X10 "Kakadu" restoranının vəzifəli şəxsi kimi barəsində 20 iyun 2023-cü il tarixli MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" qərar qəbul etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34.3, 220.1 və 447.0.3-cü maddələrinə istinad edərək 1500 (bir min beş yüz) manat məbləğində cərimələmişdir. "İnzibati tənbeh vermə haqqında" qərarın surəti X4 X2 Qəbələ rayonu üzrə mütəxəsisi tərəfindən xx.xx.2023-cü il tarixdə fəaliyyət göstərilən ünvanda ona təqdim edilmiş və müvafiq qaydada qəbul etmə haqqında imza etmişdir. Qəbul edilmiş qərardan məlum olur ki, restoranın fəaliyyət məhkəməyə 10 gün müddətində (İXM-nin 57-ci maddəsi) şikayət və 129.1.3-cü göstərdiyi yer üzrə vermək olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 maddəsinin tələbləri əsasında səlahiyyətli orqanın qərarından şikayəti məhkəməyə ünvanlayır. Hesab edir ki, səlahiyyətli orqanın apardığı araşdırma və araşdırma zamanı müəyyən edidlmiş dərhal aradan qaldırılmış nöqsanlar, vəzifəli şəxs kimi onun barəsində cərimə tənbeh növü əvəzinə xəbərdarlıq inzibati tənbeh növü tətbiq edilməli idi. Belə ki, səlahiyyətli orqanın qəbul etdiyi qərarda göstərilmişdir ki, qida obyektində temperatur moritorinqi aparılmır, xaricə açılan pəncərələr qoruyucu tor lifi ilə təchiz edilməmişdir, istifadə edilən qida məhsulunun üzərində istehlakçıları maraqlandıran zəruri etiket məlumatları yoxdur, fəaliyyət zamanı işçilər xüsusi mühafizə geyimlərindən istifadə etmirlər kimi nöqsanlar xx.xx.2023-cü il tarixədək, inzibati tənbeh tətbiq olunma barədə qərar qəbul edilən günə aradan qaldırılmışdır. 6 ədəd 1kq-lıq bankada qoz mürəbbəsi və 1 ədəd 3 kq-lıq bankada xiyar turşusu müvafiq etiket olmadığı baxımından maddi sübut kimi qəbul edilmiş və restoranda saxlancdadır. Səlahiyyətli orqan əslində sonuncu arqumentə görə ona inzibati tənbeh tətbiq etmişdir. Hesab edir ki, səlahiyyətli orqan mürəbbə və xiyar turşusunun keyfiyyət və yararlığını müəyyən etmək üçün həmin maddi sübutları ekspertizaya təqdim etməli və ekspert rəyi veriləndən sonra barəsində müvafiq tənbeh tədbiri qəbul etməli idi. Digər baxımdan, bütün ictimai-iaşə xidməti yerlərində, ticarət şəbəkələrində milli mətbəxə üstünlük verilir. İnzibati tənbehin növləri ardıcıllığı nəzərə alındığı təqdirdə, maddənin sanksiyasında xəbərdarlıq tənbeh tədbirinin olmamasına baxmayaraq, diqqətəlayiq hallar, məsuliyyəti yüngülləşdirən hallar, səmimi peşmçançılıq və s. hallar səlahiyyətli orqanlar tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş Nümayəndə2 şikayətin məzmunu ilə eyni izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərmişdir ki, obyekt onun adına olsa da, işləri onun verdiyi etibarnamə əsasında oğlu Əli Paşazadə idarə edir. Yoxlama və onun nəticələri ilə əsas oğlu Əli Paşazadə məşğul olmuş, yoxlama zamanı restoranda da o olmuşdur. Onlar hesab edirlər ki, yoxlamanın nəticəsi olaraq onlara xəbərdarlıq edilməli idi. Bu səbəbdən də qərarın ləğv olunmasını, şikayətinin təmin olunmasını xahiş edir. Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası X4 X2 nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023cü il tarixli KY231924277 nömrəli Çıxarışa və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agəntliyinin X2 xx.xx.2023-cü il tarixli ŞZRB-YP-165 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən Nümayəndə2 məxsus Qəbələ rayonu, Bunud kəndində fəaliyyət göstərən "Kakadu" restoranında aparılan yoxlama zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.1-ci və 447.0.3-cü maddəsi ilə vəzifəli şəxs X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü və 101.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında qərar qəbul edilərək Nümayəndə2 minimum həddə, yəni 1500 manat cərimə olunmuşdur. Həmçinin yoxlama zamanı müəyyən edilmişdir ki, Qida obyektində temperaturun monitorinqi və qeydiyyatı aparılmır. Qida obyekti əllərin yuyulması üçün isti soyuq su ilə təmin edilmiş yuma çanağı, yuyucu maddələr həmcinin gigiyena tələblərinə cavab verən qurutma vasitələri ilə təmin edilməmişdir. Qida obyektində işçi heyyətin soyunub-geyinməsi üçün otaq ayrılsada dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilməmişdir. Qida obyektində yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər, dolablar təşkil edilməyib. Qida obyektində xaricə açılan pəncərələr zərərvericilərin daxilə keçməsinin qarşısı alan və təmizləmə zamanı asanlıqla çıxarıla bilən qoruyucu tor örtüklə təmin olunmamışdır. Qida məhsullarının yuyulması üçün istifadə edilən yuma çanağı və ya oxşar avadanlıqlar müvafiq qaydada axar isti su ilə təmin edilməyib. Qida obyekti hər zaman istifadəyə hazır yetərli miqdarda axar isti və soyuq məişət içməli su ilə təmin olunmamışdır. Yuyucu vasitələrin və təhlükəli maddələrin saxlanması üçün təhlükəsiz avadanlıqların olması təmin edilmir. Qida obyektində çalışan işçilər fəaliyyət zamanı xüsusi geyimdən istifadə etmir. Qida məhsulları parazitlərin daxil olmasını istisna edən konteynerlərlə təmin edilməmiş və qida məhsulları yerdən və divardan aralı məsafədə saxlanılması təmin edilməmişdir. Göründüyü kimi qanunvericiliyin tələbləri şikayətçi tərəfindən pozulmuşdur. Həmçinin şikayətçi Nümayəndə2 şikayətində ona cərimə yox, xəbərdarlıq edilməsini tələb etsə də, plan üzrə yoxlama zamanı xəbərdarlıq edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən qərar qanuna uyğun qəbul edildiyindən ləğv edilməsi barədə şikayət əsassızdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, “Kakadu” restoranı anası Nümayəndə2 adına olsa da, restorana o nəzarət edir. Azərbaycan Respublikası X4 X2 nümayəndələri obyektə gələrkən restoranda təmir işləri getmişdir. Bu səbəbdən sözügedən qüsurlar aşkar edilmişdir. Lakin sonradan həmin qüsurlar aradan qalxmışdır. Azərbaycan Respublikası X4 X2 nümayəndələri isə onlara heç bir xəbərdarlıq etməmiş, restoranda gedən təmir işlərini nəzərə almadan onları cərimələmişlər. Məhkəmə inzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, inzibati icraatın materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 23 may 2023-cü il tarixli, KY231924277 nömrəli Çıxarışdan görünür ki, Qəbələ rayonu Bunud kəndində yerləşən Nümayəndə2 məxsus “KAKADU” restoranında plan üzrə yoxlama aparılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X3-X10 tərəfindən Nümayəndə2 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Qəbələ rayonu, Bunud kəndində fəaliyyət göstərən “Kakadu” restoranında planlı yoxlama zamanı mənşəyi məlum olmayan 6 ədəd qoz mürəbbəsi və 1ədəd 3 kq-lıq bankada qablaşdırılan xiyar turşusu məhsulu aşkar edilmiş, işçilərin məcburi dövri tibbi müayinədən keçmədikləri məlum olmuşdur. Nəticədə Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3 və 220.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X4 X2 İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 20 iyun 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası X4 X2 rəisi S.T.Ağayev qida obyektində temperaturun monitorinqi aparılmadığından, xaricə açılan pəncərələr qoruyucu tor örtüklə təchiz edilmədiyindən, istifadə edilən qida məhsullarının üzərində istehlakçıları maraqlandıran zəruri etiket məlumatları olmadığından, çalışan işçilər fəaliyyət zamanı xüsusi geyimdən istifadə etmədiyindən və s. nöqsanlar aşkar edildiyindən Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli “Aralıq Aktı”ndan görünür ki, müəssisədə çalışan 4 nəfər işçinin məcburi tibbi müayinədən keçmədiyi məlum olmuşdur. Eyni zamanda müəssisədə üzərində heç bir etiketi olmayan 6 ədəd 1 kq-lıq bankada qablaşdırılmış qoz mürəbbəsi və 1 ədəd 3 kq-lıq bankda qablaşdırılmış xiyar turşusu məhsulu aşkar edilərək saxlanca verilmişdir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü il tarixli KY231924277 nömrəli Çıxarışa və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agəntliyinin X2 xx.xx.2023-cü il tarixli ŞZRB-YP-165 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən Nümayəndə2 məxsus Qəbələ rayonu, Bunud kəndində fəaliyyət göstərən "Kakadu" restoranında yoxlama aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki,

1. Qida obyektində temperaturun monitorinqi və qeydiyyatı aparılmır. Qeyd olunan pozuntu Azərbaycan Respublikasının Qida X1 xx.xx.2020-ci il tarixli, 19 saylı Qərarının "Qida məhsulları üzrə gigiyena tələblərinə dair" Qaydalarının (bundan sonra Qaydalar) 2 nömrəli əlavəsinin 1.3.4- cü maddəsinin tələbinə ziddir.

2. Qida obyekti əllərin yuyulması üçün isti soyuq su ilə təmin edilmiş yuma çanağı, yuyucu maddələr həmcinin gigiyena tələblərinə cavab verən qurutma vasitələri ilə təmin edilməmişdir. (Qaydaların 2 nömrəli əlavəsinin 1.4-ci bəndi).

3. Qida obyektində işçi heyyətin soyunub-geyinməsi üçün otaq ayrılsada dolablar və sanitar- məişət avadanlıqları ilə təchiz edilməmişdir. (Qaydaların 2 nömrəli əlavəsinin 1.10-cu bəndi);

4. Qida obyektində yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər, dolablar təşkil edilməyib. (Qaydaların 2 nömrəli əlavəsinin 1.11-cu bəndi).

5. Qida obyektində xaricə açılan pəncərələr zərərvericilərin daxilə keçməsinin qarşısı alan və təmizləmə zamanı asanlıqla çıxarıla bilən qoruyucu tor örtüklə təmin olunmamışdır. (Qaydaların 2 nömrəli əlavəsinin 2.0.3-cü bəndi).

6. Qida məhsullarının yuyulması üçün istifadə edilən yuma çanağı və ya oxşar avadanlıqlar müvafiq qaydada axar isti su ilə təmin edilməyib. (Qaydaların 2 nömrəli əlavəsi 2.0.7-ci bəndi)

7. Qida obyekti hər zaman istifadəyə hazır yetərli miqdarda axar isti və soyuq məişət içməli su ilə təmin olunmamışdır. (Qaydaların 2 nömrəli əlavəsinin 4.8-ci bəndi).

8. Yuyucu vasitələrin və təhlükəli maddələrin saxlanması üçün təhlükəsiz avadanlıqların olması təmin edilmir. (Qaydaların 2 nömrəli əlavəsi, 9.4-cü bəndi)

9. Qida obyektində çalışan işçilər fəaliyyət zamanı xüsusi geyimdən istifadə etmir. (Qaydaların 2 nömrəli əlavəsinin 10.2-ci bəndi).

10. Qida məhsulları parazitlərin daxil olmasını istisna edən konteynerlərlə təmin edilməmiş və qida məhsulları yerdən və divardan aralı məsafədə saxlanılması təmin edilməmişdir. (Qaydaların 2 nömrəli əlavəsinin 14.3-cü bəndi).

11. Qida obyektində istifadə olunan aşağıda adları qeyd edilən qida məhsullarının üzərində istehlakçıları maraqlandıran zəruri etiket məlumatları qeyd edilməmişdir: 1) 6 ədəd 1 kq-lıq bankada qoz mürəbbəsi. 2) 1 ədəd 3 kq-lıq bankada xiyar turşusu. Qeyd olunan pozuntu "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası "Qanunun 17.2.1-ci maddəsinin tələbinə ziddir. Bununla da, sahibkar "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərini pozmuşdur. Bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə Azərbaycan Respublikası Qida X3-X10 tərəfindən Nümayəndə2 barəsində xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, protokola baxan Azərbaycan Respublikası X4 X2 rəisi S.T.Ağayev Qəbələ rayonu Bunud kəndində yerləşən“KAKADU” restoranın sahibi Nümayəndə2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Nümayəndə2 və şahid X11 məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətdiklərini, lakin həmin xətanı restoranda təmir işləri getdiyinə görə törətdiklərini bildirmişlər. Həmçinin onların cərimə yox, xəbərdarlıq edilə biləcəyin qeyd etmişlər. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, Nümayəndə2 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Ona görə də haqlı olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Göründüyü kimi Paşayeva X8 Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və sair. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Qida X3- X10 Nümayəndə2 Azərbaycan Respublikası İXM-nin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Nümayəndə2 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, Azərbaycan Respublikası X4 X2 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134,135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Nümayəndə2 Azərbaycan Respublikası X4 X2 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar