Məhkəmə qərarları › İş №3(025)-338/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-338/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-338/2024 16.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu Byaramkoxa kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Bayramkoxa kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 590.1-ci maddəsi ilə olan inzibati xəta haqqında Protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 590.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 2012716) tərtib olunmuşdur ki, o, müvafiq icra hakimiyyəti orqanınıdan xüsusi icazə almaqla istifadə etdiyi 1 ədəd qoşa lülə, “Toz” markalı, 36392 nömrəli, 16 kalibrli, yivsiz ov tüfəngini dəmir şkafdan və ya kilidlənən seyfdən kənarda evin dam hissəsində başqa şəxslərin ələ keçirə biləcəyi şəraitdə saxlamışdır. İşdə olan Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş 30 yanvar 2018-ci il tarixli Ə-39 nömrəli şəhadətnamənin surətinə əsasən 16 kalibrli, qundağ nömrəsi 16683-34, əlcək nömrəsi 21846-61, lülə nömrəsi 36392 olan 1 ədəd ov silahı Şəxs verilmişdir. İşdə olan 04 iyul 2024-cü il tarixli aktdan görünür ki, Qəbələ rayonu Bayramkoxa kənd sakini Şəxs istifadəsində olan bir ədəd “Toz” markalı, cüt lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 36392 olan mülki ov silahı polis əməkdaşları tərəfindən götürülmüşdür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah müsadirə edilməməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan “Toz” markalı, 36392 nömrəli, 16 kalibrli, yivsiz 1 ədəd ov tüfəngi müsadirə edilməməklə barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan bir ədəd “Toz” markalı, 36392 nömrəli, 16 kalibrli, yivsiz ov tüfəngi Şəxs qaytarılsın. Qərarın icrası Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar