Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-339/2023 17.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1981-ci il sentyabrın 20-də Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 iyul 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 12:40 radələrində Qəbələ rayonu Bum qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərini pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 17 iyul 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 12:40 radələrində Qəbələ rayonu Bum qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərini pozmuşdur. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində yerləşən bağ sahəsində olan zaman saat təxminən 12:40 radələrində X9 ucadan səsnən qışqırığını eşidərək yaşadığı evə tərəf gəlmişdir. Həmin vaxtı həyətin çöl qapısında, yəni yolun kənarında təxminən 5-6 avtomobilin dayadığını görmüş və həyəcanlı şəkildə həytə daxil olmuş, həyətlərində polis əməkdaşları və mülki şəxslər var imiş.X9 yerdə uzandığını görmüş və aqresiv şəkildə orda olan şəxslərdən heçnə soruşmamış, ünvansız nalayiq ifadələr işlədə işlədə evə tərəf getmişdir. Həmin vaxtı qardaşı Elnur Eyyubovdan bu nə işdi deyərək soruşmuş, qardaşı heç bir cavab verməmişdir. Lakin həmin vaxtı ona aydın olmuşdur ki, qardaşı Elnur Eyyubov qanunsuz olaraq narkotik tərkibli birkilərin kultivasiyasi ilə məşğul olur və buna əsəbləşərək yenidən onu bu işə cəlb eləyən şəxslərə qarşı ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları onun aqressiv hərəkətlərini görərək, onu sakitləşdirməyə çalışmışlar, lakin əsəbi olduğu üçün onlara məhəl qoymamış və onların qanunu tələblərini pozaraq işə maneçilik törətmişdir.Həmçinin orada mülki formada olan şəxslərin polis əməkdaşarı olduqlarını bilməmişdir. Etdiyi əmələ görə peşmandır. Barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf edərək peşiman olmasınınnəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, Qəbələ RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəzində işləyir. xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Bum qəsəbə sakini X3 özünə məxsus evin həyətyanı sahəsində qanunsuz olaraq Narkotik tərkibli birtkilərin kultivasiyası ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsdasında tədbir keçirilərək Qəbələ rayon Bum qəsəbə sakini Elnur Eyyubov tərəflərindən saxlanılmış və onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilərkən saat təxminən 12:40 radələrində adı sonradan məlum olan özünü Elnur Eyyubovun qardaşı kimi təqdim edən Şəxs qəfildən aqressiv şəkildə həyətə daxil olaraq uca səslə nalayiq söyüşlər söyməyə başlamış, həmin vaxtıo və digər əməkdaşlar onu sakitləşdirməyə çalışmışlar.Ona nizam intizamlı olmağı, ictimai yerdə nalayiq ifadələr işlətməməyi bildirmişlər, lakin Şəxs onlara məhəl qoymayaq daha aqressiv şəkildə işlərinə maneçiliklər törədir, ona tutduqları haqlı iradları nəzərə almayaraq, müvafiq sənədləşəmə işlərinə problemlər yaradaraq işin gedişatına maneə olur və ona xəbərdarlıq edən zaman, müxtəlif əl qol hərəkətləri edərək aqresiv qaydada söyüşlər söyərək qardaşı Elnur Eyyubovun törətdiyi əməlindən yayındırmağa çalışırdı. Şəxs müvafiq sənədləşəmə işlərinə ciddi maneçiliklər törətdiyini cəmiyyətə açıq aşkar hörmətsizlik etdiyini və sakitləşməyəcəyini bildikləri üçün həmin şəxsi Qəbələ RPŞ-yə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X1 Babək Raiz oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişlər. İşdə olan 16 iyul 2023-cü il tarixli “X14 Haqqında” protokoldan görünür ki, Şəxs 16 iyul 2023-cü il tarixdə, saat 15:00-da tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsiniinzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-339/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-339/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver