Məhkəmə qərarları › İş №3(025)-339/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-339/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-339/2024 16.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Şəxs nümayəndəsi X4 və AR ƏƏSMN DƏMX Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində AR İXM-nin 469.2-ci maddəsi ilə olan “inzibati xəta haqqında” protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 469.2-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat ( xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokol) başlanmışdır ki, “Təhlil” altsistemi vasitəsilə əldə olunmuş məlumatlara əsasən bələdiyyədə işləyən işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmamışdır. AR ƏƏSMN DƏMX Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, “Təhlil” altsistemi vasitəsilə əldə olunmuş məlumatlara əsasən Şəxsndə işləyən işçilərlə (X6 və X1) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmadığı müəyyən edilmiş və həmin nöqsanın aradan qaldırılması müvafiq bələdiyyədən tələb edilmişdir. Şəxs tərəfindən göndərilən bildirişin alınmasına baxmayaraq yuxarıda adı çəkilən işçilərin müvafiq risklərlərdən icbari qaydada sığorta olunması təmin edilməmişdir. Ona görə də, Şəxs sədri X6 AR ƏƏSMN DƏMX Şəki-Zaqatala regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli ******* saylı qərarı ilə AR İXM-nin 469.2-ci maddəsi ilə tənbeh olunmuş və İXM-nin 18-ci maddəsinə əsasən müvafiq bələdiyyə barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs nümayəndəsi X6 göstərmişdir ki, Şəxsndə işləyən işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmaması bələdiyyənin hesabında nağd pul vəsaitinin daxil olmaması ilə əlaqədar olmuşdur. Şəxs işçilərin müvafiq risklərlərdən icbari qaydada sığorta olunmaması ilə əlaqədar indiyədək heç vaxt xəbərdar edilməmiş və bununla əlaqədar ona AR ƏƏSMN DƏMX Şəki-Zaqatala regional şöbəsinin bildirişi verilməmişdir. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxsndə əmək müqaviləsi ilə işləyən iki nəfər işçi ilə (2V2H16R000100; 0U8QV1X000302) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmamışdır. İşdə olan 2V2H16R000100 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişinin surətinə əsasən X1 xx.xx.2023-cü il tarixdə Şəxsndə müddətsiz mühasib vəzifəsinə qəbul edilmişdir. İşdə olan 0U8QV1X000302 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişinin surətinə əsasən X6 xx.xx.2020-ci il tarixdə Şəxsndə sədr vəzifəsinə qəbul edilmişdir. İşdə olan AR ƏƏSMN DƏMX Şəki-Zaqatala regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli ******* saylı qərarının surətinə əsasən Şəxs sədri X6 bələdiyyədə işləyən işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmadığına görə AR İXM-nin 469.2-ci maddəsi ilə 1500,0 manat cərimə edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən 4.0.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; 4.0.2. dövlət orqanları;4.0.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; 4.0.4. seçkili orqanlar;4.0.5. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs sədri X7 “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 4-cü maddəsində sadalan şəxslərə aid edilmədiyi halda AR ƏƏSMN DƏMX Şəki-Zaqatala regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli ******* saylı qərarı ilə bələdiyyədə işləyən işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmadığına görə AR İXM-nin 469.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. AR İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əssən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan hüquqi şəxsin (Şəxs) vəzifəli şəxsinin həmin hüquqi şəxsin AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunmasına səbəb olan hərəkətlərinin konkret olaraq nədə ifadə olunduğunu müəyyən edib İXM-nin uyğun gələn müvafiq maddəsi ilə əlaqələndirə bilməyərək eyni fakt üzrə hər biri barəsində İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamış və bələdiyyə sədrini həmin maddə ilə inzibati qaydada tənbeh etmişdir. Tədqiq olunan həmin fakt üzrə səlahiyyətli orqanın İXM-nin müvafiq maddəsi ilə inzibati tənbeh etmək haqqında qərarı olduğundan Şəxs barəsində AR İXM-nin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 469.2-ci maddəsi ilə olan “inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar