Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-34/2025 30.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X6 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Ağcabədi rayonu, Kəhrizli kəndində anadan olmuş, AR vətəndaşı, evli, Ağcabədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291513) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində yerləşən “XS” çay evində ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, Ağcabədi rayonu Kəhrizli kəndində yaşayır və X2dır. O, xx.xx.2025-ci il tarixdə dostları ilə birlikdə istirahət etmək üçün Qəbələ şəhərinə gəlmiş və “XS” çay evində yeyib içmişlər. Sonda onlardan 225 manat məbləğində hesab tələb olunduğu üçün etiraz edərək çölə çıxmış və XS” çay evində çalışan Zaurla mübahisə edərkən uca səslə nalayiq ifadələr işlətmişdir. Daha sonra Zaur AR DİN 102 xidmətinə zəng edərək məlumat vermiş və az sonra polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Həmin vaxt sırxoş olduğu üçün polis əməkdaşları ilə kobud rəftar etmiş və nalayiq ifadələr işlətmişdir. Əməldən peşman olmuş və borcunu ödəmək niyyətindədir. . İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, “XS” çay evinə 3 nəfər gəlmiş və birinin bələdiyyə üzvü seçilməsini qeyd etdiklərini bildirərək yeyib içmişlər. Hesabı tələb olunarkən Elşad pulunun olmadığını və şəxsiyyət vəsiqəsini qoymaq şərtilə pulu bir neçə günə verəcəyini bildirmiş, o isə etiraz edərək, hesabı ödəməsini tələb etmişdir. Bundan sonra Elşad çay evindən qaçmaq istəmiş və onu tutub çöldə saxladığı üçün ona qarşı nalayiq ifadələr işlətməyə başlamış və “mən milli qəhrəmanam, müharibədə iştirak etmişəm, polis mənə heç nə edə bilməz” kimi sözlər işlətmişdir. Buna görə o, AR DİN 102 xidmətinə zəng edərək məlumat vermiş və az sonra polis əməkdaşları həmin ünvana gəlmişdilər. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə olmuş və küçədə nalayiq ifadələr işlətməkdə davam etmişdir. İş üzrə şahid X5 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri ərazisində yerləşən “XS” adlı çay evində Şəxs Mehdixan oğlu tərəfindən hesabın ödənilməməsi ilə əlaqədar münaqişə olması barədə Zərərçəkmiş şəxs AR DİN 102 xidmətinə verdiyi məlumat əsasında həmin əraziyə getmiş və Ağcabədi rayonu Kəhrizli kənd sakini Şəxs Mehdixan oğlunun kəskin şəkildə sərxoş olduğunu və öz hərəkətlərini idarə edə bilməməsini müşahidə etmişdir. Şəxs kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlədərək çay evinin iş fəaliyyətini pozduğu üçün Qəbələ RPŞ-nə gətirilmişdir. Elşad Qəbələ RPŞ-də olarkən hərəkətlərini davam etdirərək ucadan nalayiq ifadələr işlətmiş, eləcə də özünün qazi olduğunu bildirərək üzərinə tüpürməklə onu təhqir etmişdir. Şəxs Qəbələ RMX-ya aparlaraq sərxoşluq müayinəsindən keçirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 24 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs orta dərəcəli sərxoşluq (0,9 pr.m) aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 022616 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00-da AR İXM-nin 510-cu maddəsi ilə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs X2dır. Şəxs X1ması və hərəkətlərinə görə səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-34/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-34/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver