Məhkəmə qərarları › İş №3(025)-340/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-340/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-340/2022 16.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis baş leytenantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayonu, Bum qəsəbəsi sakini Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:20 radələrində Həmzəlli kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 Orxan Rəhman oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis baş leytenantı X11 izahatında bildirmişdir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi sakini Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:20 radələrində Həmzəlli kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəhriyar adlı şəxsə məxsus “VAZ2106” markalı maşıda sərnişin qismində əyləşərək Bum qəsəbəyə gəlirdi. Həmzəlli kəndində yerləşən mağazanın yanına düşmüşdür. Bu zaman mağazadan çıxarkən orda camaatın toplaşdığını və polis əməkdaşlarının orada olduğunu görmüş, həmin vaxt Şəhriyar adlı şəxslə söhbət edirdi. Polis əmədaşlarına yaxınlaşıb, “məsələ nədir, yoluna qoyaq” demişdir. Polis əməkdaşı isə ona nalayıq ifadə işlətdi, o da əsəbləşdiyi üçün ona nalayıq ifadə işlətmiş, ona bundan sonra əl-qol atmışdır. O da ona görə onun üstünə getdi, tanımadığı şəxslər onu sakitləşdirməyə çalışdı. Bundan sonra onu Qəbələ Rayon Polis şöbəsinə gətirmiş, ordan çıxıb evə getmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid X14 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Qəbələ rayonu, Həmzəlli kənd ərazisində Şamo adlı şəxsin mağazasının qarşısında səs-küy eşidib oraya yaxınlaşmışdır. Orda təxminən 30-40 nəfər vətəndaş vardı. Orada bir nəfər şəxs uca səslə söyüşlər söyürdü. Polis əmədaşları onu nizam-litizama dəvət etsələrdə o hərəkətlərini davam edirdi, ictimai qaydanı pozurdu. Sonradan həmin şəxsin Bum qəsəbə sakini X8 olduğunu öyrənmişdir. Həmçinin o və digər sakinlər Orxana söyüş söyməməyi bildirsə də o buna məhəl qoymamış və söyməyi davam etmişdir. Orxan Şıxvediyev polis əməkdaşlarına qarşı çox aqresiv davranırdı, onların ünvanlarına nalayıq ifadələr işlədirdi. Məhkəmə iclasında şahid X15 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21:20 radələrində Qəbələ rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X9 ilə Qəbələ rayonu Həmzəlli kəndi ərazisində dislokasiya üzrə xidmətdə olarkən, kəndin mərkəzində yerləşən mağazanın qarşısında adı sonradan onlar məlum olan Qəbələ rayon Bum qəsəbəsində yaşayan xx.xx.1993-cü il təvəllüdlü X3 idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobildə uca səslə musiqiyə qulaq asdığını və bunun vətəndaşların narazılığına səbəb olduğunu və oraya toplaşmalarını gördük. X1 və X14 avtomobilə yaxınlaşdılar. X17 və sərnişin sonradan adı onlara məlum olan Qəbələ rayonu Bum qəsəbə sakini xx.xx.1993-cü il təvəllüdlü Şəxs avtomobildən düşdülər və mübahisə etməyə başladılar. Onlar oraya yaxınlaşdıqda onların nəfəsindən alkoqollu içki qoxusunun gəlməsi, ayaq üstə sərbəst dayana bilməmələri, özünü idarə edə bilməmələri, nitqlərinin rabitəsizliyi, göz qapaqlarının və barmaqlarının titrəməsindən sərxoş vəziyyətdə olmaları qənaətinə gəldik. Bu barədə Qəbələ rayon polis şöbəsinin Növbətçi Hissəsinə məlumat verdik. Biz orada olarkən Şəxs uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək söyüşlər söydü, kənardakı şəxslər ətrafa toplaşdı, onu sakitləşdirməyə çalışdılar. Həmin şəxsə törətdiyi əməlin hüquq pozuntusu olmasını, hərəkətlərinə son qoymasını bildirərək, onu nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışdıq, lakin həmin şəxs ətrafdakı digər vətəndaşların nəzərini özünə cəlb edərək, nümayişkəranə hərəkətlər edərək qəsdən qanuni tələbimizə tabe olmayaraq, hərəkətlərini davam etdirdi. Həmin şəxs qəsdən qanuni tələblərinə tabe olmaq istəmir, polisin mənafeyinə xələl gətirəcək hərəkətlər edir, bununlada ətrafdakı digər vətəndaşların nəzərlərini özünə cəlb edərək, qərəzli hərəkətlər edirdi. Adı qeyd olunan şəxsi təkrar, bir neçə dəfə nizam-intizama dəvət edərək onu sakitləşdirməyə çalışdıq, lakin səyləri nəticə vermədi, hadisə yerinə İstintaq- Əməliyyat Qrupunun üzvləri gəldi və onların köməkliyi ilə Şəxs barəsində qanuni tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid X9 şahid X10 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar