Məhkəmə qərarları › İş №3(025)-340/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-340/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-340/2023 18.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon Nic qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 izahatında bildirmişdir ki, Şəxs Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırması var. Dəfələrlə onu çağırsalarda, çağırışlara məhəl qoymamışdır. sahə rəisi onunla əlaqə saxlayanda ona nalayiq ifadələr işlətmişdir. xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində sahə rəisinin otağına yaxınlaşaraq, otağın qapısını təpiklə vurmuş, bu barədə vətəndaşlar sahə rəisinə xəbər vermiş, sahə rəisi həmin yerə yaxınlaşıb və Şəxs sahə rəisinə tabe olmamışdır. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Şəxs həmin vaxt içkili olmuşdur. Dəfələrlə içkili olduğu vaxt səbəbsiz yerdən 102 xidmətinə zəng etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, dəfələrlə ictimai təhlükəli hərəkətlər müşahidə etdiyindən, yaxınlıqda sahə rəisi, sahə rəisinin köməkçisi olmadığından 102 xidmətinə müraciətlər etmişdir. Ancaq sonradan izahatı alınması üçün Qəbələ rayon polis şöbəsinə dəvət olunsa da həmin vaxt Qəbələ rayon ərazisində olmadığı üçün izahat verə bilməmişdir. Sahə rəisi polis mayoru Zamiq Nadirov ilə əlaqə saxlayaraq üzürlü səbəbdən gələ bilmədiyini qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə sahə rəisi polis mayoru Zamiq Nadirov zəng edərək izahat vermək istədiyini demişdir və onlar görüş vaxtını müəyyən ediblər. xx.xx.2023-cü il tarixdə o sahə rəisinə zəng edərək izahat vermək istədiyini demiş və sahə rəisi Qəbələ rayonu Nic qəsəbəsində xidmətdə olduğunu bildirmişdir. Nic qəsəbəsində yerləşən sahə rəisinin otağına yaxınlaşıb sahə rəisi orda olmadığından mobil telefonla zəng edərək mobil telefonda yüksək səslə danışdığını qeyd etmişdir. Sahə rəisi yaxınlaşa kimi orada əyləşib gözləmişdir. Həmin vaxtı bir qədər spirtli içki qəbul etdiyini demişdir. Sahə rəisi ora yaxınlaşanda Şəxs stoldan qalxanda müavinəti itirmiş polis əməkdaşları onlara hücum etdiyini düşünərək, qolundan tutmuşdular. Daxili qoşunlarda xidmət etdiyini qolundan və çiynindən yaralandığını qeyd etmişdir. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Sonda isə əməlindən peşiman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid polis mayoru X6 izahatında göstərmişdir ki, Şəxs bir ay ərzində təxminən on beş dəfə əsassız, mahiyyətsiz daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdiyini bildirmişdir. Qəbələ rayon Polis şöbəsinin bütün bölmələrində Şəxs müraciətləri olduğunu qeyd etmişdir. Çoxsaylı müraciətlərdən sonra vətəndaşla əlaqə saxlasalar da izahat vermir və çağırışlara gəlmədiyini qeyd bildirmişdir. Günün birinci yarısı normal olsa da günün ikinci yarısı saat təxmini 6 dan sonra spirtli içki qəbul edib özündə olmadığını demişdir. xx.xx.2023-cü il tarixdə o Elnurla əlaqə saxlayıb izahat üçün görüş təyin etmişdir. O həmin vaxt Nic qəsəbəsində xidmətdə olduğunu qeyd etmişdir. Elnur ona zəng edərək xidməti otağın yanında olduğunu demiş sahə rəisi ərazidə olduğunu yaxın müddətdə ora yaxınlaşacağını bildirsədə Elnur cavabında uca səslə tez gəl yoxsa dağıdaram buranı demişdir. O danışığından Elnurun içkili olduğunu hiss etmişdir. Nic qəsəbəsinin sakinləri sahə rəisinə zəng edərək Elnurun qapını təpiklə vurduğunu demişdilər. O dərhal hadisə yerinə yaxınlaşaraq Elnurdan nə olduğunu soruşsada Elnur cavabında niyə otaqda olmadıqını və nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət edib, lakin o, buna məhəl qoymayaraq qəsdən qanuni tələblərə tabe olmayaraq uca səslə nalayiq ifadələr işlətməyə davam etmiş və qəsdən onların əmrlərinə tabe olmamağı davam etdirirdi. Onlar onu məcburi şəkildə Qəbələ RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid X7 şahid X5 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 iyul 2023-cü il tarixdən saat 22:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar