Məhkəmə qərarları › İş №3(025)-340/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-340/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-340/2024 05.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X7 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Niyazi oğlunun və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1968-ci ildə Qəbələ rayonu Bum kəndində anadan olmuş, AR vətəndaşı, Qəbələ rayonu Bum kəndində qeydiyyatda olan Şəxs Niyazi oğlunun barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş AR İXM-nin 208-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Niyazi oğlunun barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, 2024-cü ilin aprel ayında Qəblə rayonu Bum qəsəbəsində öz yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan 1 ədəd çətənə bitkisini vedrənin içərisində əkməklə kultivasiya etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Niyazi oğlu özünü protokolda göstərilmiş inzibati xətanın törədilməsində təqsirli bilərək göstərmişdir ki, o, Qəbələ rayonu Bum qəsəbəsində yaşayır və artıq xeyli müddətdir ki, narkotik vasitə olan nəşədən istifadə edir. 2024-cü ilin aprel ayında o, yaşadığı ünvanda vedrəyə çətənə toxumu əklmiş və ona qulluq etmişdir. Həmin çətənə bitkisini o, bədənindəki ağrıları azaltmaq məqsədilə şəxsi istifadəsi üçün becərmiş və törətdiyi əməldən peşman olmuşdur. İşdə olan AR ƏN MEM X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 17/613 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Qəbələ rayon Bum qəsəbə sakini Şəxs Niyazi 0...” yazısı, digər yazılar, adlar və imzalar olan 01 ədəd sellofan torbanın içərisindəki, uzunluğu 68,0 sm, yaş vəziyyətdə təmiz çəkisi-15,3 qram olan 01 ədəd bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. X4 xx.xx.2024-cü il tarixli rəyinə əsasən çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata 0,10 qram sərf edildikdən sonra çətənə bitkisinin qalıq çəkisi 14,93 qram olmuşdur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Niyazi oğlu Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs Niyazi oğlunun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Niyazi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 iyul 2024-cü il tarixdən saat 14:25-dən hesablansın. İş üzrə maddi sübut, Qəbələ rayon Polis şöbəsində saxlanılan 14.93 qram çəkidə yaş vəziyyətində olan çətənə bitkisi məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 34,55 manat Şəxs Niyazi oğlundan tutulub Dövlət büdcəsinə keçirilsin. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar