Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-341/2024 01.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs X1 iştirkı ilə, AR DİN Xaçmaz RPŞ YPX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN Xaçmaz RPŞ YPX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə (İXP 6148080) X2 xx.xx.2024-cü il tarixdə, tarixdə, saat 09-33 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 21099 Minik markalı ** BM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz-Xudat avtomobil yolu ilə hərəkətdə olarkən saxlanmış və onun eyni xətanı il ərzində törətdiyinə görə inzibati qaydada tənbeh olunduğu müəyyən edilərək AR İXMnin 332.3-cü maddəsi ilə 300,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib qeyd olunan qərarların ləğv edilməsini xahiş etmişdir. X2 göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, tarixdə, saat 22-58 radələrində “DAEVVOO NEXİA SONC MİNİK” markalı ** CM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edərək “Bakı-Qazax-Gürcüstan” avtomobil yolunun 29,5 km ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21 km/saat aşdığına görə AR İXM-nin 328.2-ci maddəsi ilə 50,0 manat cərimə edilmişdir. AR İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətaya görə il ərzində inzibati tənbeh almadığından xx.xx.2024-cü il tarixdə, tarixdə, saat 09-33 radələrində sürücülük vəsiqəsi olmadan VAZ 21099 Minik markalı ** BM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etdiyinə görə AR İXM-nin 332.3-cü maddəsi ilə inzibati qaydada tənbeh olunması qanunsuz olmuşdur. Ona görə də, AR DİN Xaçmaz RPŞ YPX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə qqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli EQ ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətinə əsasən X2 xx.xx.2023-cü il tarixdə, saat 22-58 radələrində “DAEVVOO NEXİA SONC MİNİK” markalı ** CM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 29,5 km ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21 km/saat aşdığına görə AR İXM-nin 328.2-ci maddəsi ilə 50,0 manat cərimə edilmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X2 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda xx.xx.2023-cü il tarixdə, saat 22-58 radələrində “DAEVVOO NEXİA SONC MİNİK” markalı ** CM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək Bakı-Qazax- Gürcüstan avtomobil yolunda və xx.xx.2024-cü il tarixdə, tarixdə, saat 09-33 radələrində VAZ 21099 Minik markalı ** BM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək Xaçmaz-Xudat avtomobil yolunda hərəkətdə olmuşdur. AR İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda xx.xx.2023-cü il tarixdə, tarixdə, saat 22-58 radələrində “DAEVVOO NEXİA SONC MİNİK” markalı ** CM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək Bakı-Qazax- Gürcüstan avtomobil yolunun 29,5 km ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21 km/saat aşdığına görə AR İXM-nin 328.2-ci maddəsi ilə 50,0 manat cərimə edilməsi, onun il ərzində yol hərəkəti qaydaları əleyhinə olan başqa inzibati xətanı (o cümlədən AR İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanı) törətmədiyini və buna görə inzibati tənbeh almadığını şərtləndirmir. Ona görə də, X2 tərəfindən irəli sürülən dəlillər AR DİN Xaçmaz RPŞ YPX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. AR DİN Xaçmaz RPŞ YPX səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024cü il tarixli TP ******* nömrəli qərarı (İXP 6148080) qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-341/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-341/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver