Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-342/2021 14.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X4, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə 1968-ci il dekabr 02-də Qəbələ rayonu Nic qəsəbəsində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 iyul 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 14.07.2021-ci il tarixdə saat 11:20 radəsində Qəbələ RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 14 iyul 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X5 göstərdi ki, Şəxs 14.07.2021-ci il tarixdə saat 10:50 radəsində Qəbələ RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 14.07.2021-ci il tarixdə yaşadığı ərazinin sahə rəisi istifadəsində olan nömrəyə zəng edib polis şöbəsinə dəvət etmişdir. Şöbənin qarşısına çatdıqdan sonra qapıda duran polis əməkdaşı ona tibbi maskası olmadığı üçün şöbəyə buraxmamış və ona tibbi maska almasını bildirmişdir. O da polis əməkdaşının bu sözünə əsəbləşmişdir. Belə olub polis əməkdaşlarını söyməyə başlamışdır. Qapıda duran polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, buna məhəl qoymamış və söyüş söyməyə davam etmişdir. Sonra oraya digər polis əməkdaşları yaxınlaşaraq onu sakitləşdirməyə çalışsalar da, əsəbi olduğundan söyüşlərini davam etdirmiş və polis əməkdaşlarının qanuni tələbləri tabe olmamışdır. Hadisə vaxtı spirtli içki qəbul etməmişdir.Həmçinin 04.07.2021-ci il tarixdə “102” xidmətinə zəng edərək xidmətin əməkdaşını təhqir etmişdir. Etdiyi hərəkətə görə peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahişetdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X6 izahatında bildirmişdir ki, 14.07.2021-ci il tarixdə 11:20 radələrində Qəbələ RPPŞ-nin qapı postunun qarşısında söyüş səsləri eşitmişdir və oraya yaxınlaşanda görmüşdür ki, sonradan adını bildiyi Şəxs uca səslə söyüş söyür. Qapı postunda dayanan X10 dəfələrlə nizam-intizamlı olmağı bildirsə də, Şəxs bu tələblərə tabe olmamışdır. O və şöbənin əməkdaşları Rəvan Qaçayev və X13 Yusubovu nizam intizamlı olmağı, söyüş söyməməyi tələb etsələr də, onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon Polis şöbəsinin İTB-nin sahə polis nəfəri X7 izahatında bildirmişdir ki, 14.07.2021-ci il tarixdə polis şöbəsinin inzibati binasının qarşısında olan zaman bir nəfər şəxsin qapı postu polis kiçik serjantı Əliyev İsmayılla mübahisə etməsini və yüksək səs-küy yaradaraq söyüşlər söyməsini eşitmişdir. O və digər polis əməkdaşları Cəsur Məmmədov və Zamiq Nadirovla birgə qapı postuna yaxınlaşmışlar. Həmin zaman Nic qəsəbə sakini Şahin adlı şəxsi İsmayıl Əliyyev nizam-intizama dəvət etsə də, Şəxs onların dediklərinə məhəl qoymayaraq söyüşlərinə davam edirmiş. Həmin vaxt Şəxs video görüntü vasitəsilə çəkmiş və həmin görüntülərdə də Şəxs söyüş söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Cəsur Rəsul oğlu və X7 ilə oxşar məzmunlu izahat verərək onların dediklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən Qəbələ rayon Polis şöbəsinə ünvanlanmış 10 iyul 2021-ci il tarixli məktubda göstərilmişdir ki, 04.07.2021-ci il tarixində saat 19:00-da Qəbələ rayonu Nic qəsəbə sakini X8 ***-***-**-** nömrəli telefonla “102” xidmətinə zəng edərək, xidmətin əməkdaşlarını təhqir etmişdir. Göstərilənlərə nəzərə alaraq, xidmətə zəng etmiş şəxsin psixonevroloji kabinetdə qeydiyyatda olub-olmaması barədə arayış təqdim edilməsi, qeydiyyatda olmadığı halda qeyd edilən şəxs barədə tədbir görülməsi və nəticəsinə dair DİN NHİX-ə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs 14.07.2021-ci il tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən X8 “102” xidmətinə zəng vuraraq nalayiq ifadələr işlədərək “102” xidmətinin əməkdaşlarını təhqir etmişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 3(025)-276/2021 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinmiş və 15 (on beş) gün inzibati həbs edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı və şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. AzərbaycanRespublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 14.07.2021-ci il tarixdə saat 10:50 radəsində Qəbələ RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 14 iyul 2021-ci il tarixdən saat 16:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati həb sedilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 iyul 2021-ci il saat 16:30-dan hesablnasın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-342/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-342/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver