Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-342/2025 05.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədov Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirak ilə, xx.xx.1973-cü ildə Qəbələ rayonu, Həmzəlli kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Həmzəli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli İXP 7270511) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində özünə məxsus bir baş iri buynuzlu heyvanı Qəbələ rayonu, Həmzəli kəndindən keçən asvalt örtüklü yola nəzarətsiz buraxmış və heyvan həmin yolda hərəkətdə olan VAZ 2106 markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. . Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Həmzəlli kəndində yaşayır və şəxsi təsərrüfatında iribuynuzlu heyvanlar saxlayır. 22 iyun 2025-ci il tarixdə, saat təxminən 21:00 radələrində təsərrüfatında olan heyvanları gətirərkən Həmzəlli-Cığatelli yolunun Həmzəlli kəndindən keçən hissəsinin kənarı ilə hərəkət etmişdir. Həmin vaxt hava artıq qaralmağa başladığı üçün yolda hərəkətdə olan avtomobillərin işığı heyvanların gözünü qamaşdırmış və təxminən 3 metr irəlidə hərəkət edən 1 baş inəyi yolun hərəkət hissəsinə çıxmışdır. Yolda hərəkətdə olan VAZ 2106 markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil inəyi vuraraq dayanmışdır. Hadisə zamanı avtomobildə olan Şəmistan adlı sərnişin xəsarət aldığı üçün başqa avtomobillə xəstaxanaya yola salınmışdır. Əməlindən peşman olmuş və zərərçəkənlərlə barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 22 iyun 2025-ci il tarixdə saat təxminən 21:00 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz 2106 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Qəbələ rayon Həmzəli kəndi ilə işıqlandırılmayan asfalt yolla Xırxatala kəndi istiqamətdə təxminən 5-55 km/saat sürətlə hərəkətdə olmuşdur. Yolun sağa tərəf az meyilli yol döngəsinə çatarkən hərəkətinin sağ tərəfindən qara rəngli 1 baş inək təxminən 10 metr məsafədən qaçaraq qəflətən yolun hərəkət hissəsinə çıxmışdır. Təhlükəni hiss edən anda dərhal əyləci basmasına baxmayaraq heyvanı vurmuşdur. İnək yerə yıxılmış, ancaq ölməmişdir. Hadisə zamanı avtomobilində olan sərnişin Şəmistan sağ qolundan xəsarət aldığı üçün oradan ötən başqa bir avtomobillə xəstəxanaya aparılmışdır. İşdə olan AR SN MTE və PAB PHŞ tərəfindən verilmiş xx.xx.2025—ci il tarixli 186 nömrəli ekspert rəyinə əsasən 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ saidin arxa orta 1/3-nin əzilmiş cırılmış yarası, sol gözaltı nahiyyənin qançırı və sağ dirsək oynağının arxa səthinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən törənmişdir. Həmin xəsarət xx.xx.2025-ci il tarixdə, göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 338.5-ci maddəsinə əsasən....., mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti qaydaları haqqında” AR Qanunun 1-ci maddəsinin 38-ci bəndinə əsasən malqara ötürən- mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir. Həmin Qanunun 36-cı maddəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 36-cı maddəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs özünə məxsus bir baş iri buynuzlu heyvanı xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Qəbələ rayonu, Həmzəli kəndindən keçən asvalt örtüklü yola nəzarətsiz qoyduğuna görə həmin yolda hərəkətdə olan VAZ 2106 markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobil zədələnmiş və avtomobildə olan Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Ona görə də, Şəxs AR İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Əməlindən peşman olması Şəxs məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə törədilən inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətdiq edilməli və cərimənin məbləği müəyyən edilərkən onun əmlak vəziyyəti və məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 100,0 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-342/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-342/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver