Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-343/2021 14.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1982-ci il avqustun 15-də Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Uludaş kəndində yaşayan və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 iyul 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 14.07.2021-ci il tarixdə saat 11:50 radələrində H.Əliyev prospektində Qəbələ RPŞ-nin qarşısında uca səslə söyüşlər söyərək Qəbələ RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 14 iyul 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, Şəxs 14.07.2021-ci il tarixdə saat 11:50 radələrində H.Əliyev prospektində Qəbələ RPŞ-nin qarşısında uca səslə söyüşlər söyərək Qəbələ RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 07.07.2021-ci il tarixdə “102” xidmətinə ailələrində yaranan münaqişə ilə bağlı müraciət etmək əlaqə saxlamışdır. Lakin hüquq mühafizə orqanlarına olan aqressivliyi və spirtli içki qəbul etdiyindən əlaqə saxladığı operator və eyni zamanda polis əməkdaşlarına ünvanlı və ünvansız söyüşlər söyməyə başlamışdır. Operator ona söyüş söyməməyi, etik normalar çərçivəsində müraciət etməyini bildirsə də, o, daha da əsəbləşərək nalayiq söyüşlər söyməyə davam etmişdir. Operator onunla əlaqəni kəsdiyindən başqa nömrədən yığaraq söyüş söyməyə davam etmişdir. 14.07.2021-ci il tarixdə qeyd edilən müraciəti ilə əlaqədar Qəbələ rayon Polis şöbəsinə gəlmişdir. Şöbənin qarşısına çatdıqda orada xidmət aparan polis əməkdaşı ona dayanmağı, nə üçün gəldiyini və özünü təqdim etməyini bildirmişdir. O isə bundan əsəbləşərək aqressivləşmiş və şöbə rəhbərliyinə nayalyiq söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşı na nizam-intizamlı olmağı, söyüşü saxlamağı bildirsə də, lakin buna məhəl qoymamışdır. Onun səs-küyünə ətrafdakı insanlar toplaşmışlar. Daha sonra polis əməkdaşları onu polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Hal-hazırda əməlindən peşmandır. Polis əməkdaşlarından etdiyi hərəkətə görə üzr istəyir. İİ qrup əlil olmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf etməsini, İİ qrup əlil olmasının nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri X4 izahatında bildirmişdir ki, 14.07.2021-ci il tarixdə Qəbələ RPŞ-nin qapı postunda xidmətdə olduğu zaman saat təxminən 11:50 radələrində adını sonradan bildiyi Şəxs şöbənin qapısına yaxınlaşaraq içəri girmək istədiyini bildirmişdir. Ona tibbi maskadan istifadə etməli olduğunu bildirmiş, Şəxs isə ondan bir neçə addım uzaqlaşaraq yenidən arxaya qayıtmış, daha sonra polis əməkdaşları nalayiq ifadələrlə söyməyə başlamışdır. Onu nizamintizama dəvət etsə də, buna məhəl qoymamışdır. Şəxs dövlətdən narazı olduğunu, ona iş verilmədiyini bildirərək söyüşlərinə davam etmişdir. Şöbənin əməkdaşları dəfələrlə onu intizamlı olmağa dəvət etsələr də, Şəxs əməllərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin polis nəfəri X2 İsmayıl Fəqan oğlu ilə oxşar məzmunlu izahat verərək onların dediklərini təsdiq etmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X8 RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanladığı 14 iyul 2021-ci il tarixli raportdan göstərilmişdir ki, 14.07.2021-ci il tarixdə Qəbələ RPŞ-nin Nəzarət buraxılış məntəqəsində posta xidmətdə olmuş, həmin gün saat 11:50 radələrində sonradan adını bildiyi Şəxs şöbənin qarşısında ünvanlı və ünvansız uca səslə nalayiq ifadələr işlətmiş, ona yaxınlaşıb nizam intizama dəvət edib söyüş söyməməyi bildirsə də, Şəxs onun qanuni tələbinə qəsdən tabe olmayaraq nalayiq sözlər işlətməyə davam etmiş, həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün Növbətçi hissəyə təhvil vermişdir. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs 14.07.2021-ci il tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş “Elektron sistem”dən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli 3(025)-317/2021 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinmiş və 200 (iki yüz) manat inzibati cərimə edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 14.07.2021-ci il tarixdə saat 11:50 radələrində H.Əliyev prospektində Qəbələ RPŞ-nin qarşısında uca səslə söyüşlər söyərək Qəbələ RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-343/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-343/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver