Məhkəmə qərarları › İş №3(025)-343/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-343/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-343/2024 11.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X6 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1999-cu ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) 09 iyul 2024-cü il tarixdə saat 14-00 radələrində Qəbələ RPŞ-nin inzibati binasının otaqlarından birində üzərinə baxış keçirilərkən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 0.42 qram yəni şəxsi istehlak miqdarından artıq olmayan çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Zarağan kəndində yaşayır və 1 ildən artıqdır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 09 iyul 2024-cü il tarixdə saat 14-00 radələrində Qəbələ RPŞ-nin inzibati binasının otaqlarından birində üzərinə baxış keçirilərkən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibində aşkar edilərək götürülən 0.42 qram çəkidə narkotik vasitə olan marixuananı Yevlax rayon sakini X3 20 manata almış və şəxsi istehlak məqsədilə üzərində saxlamışdır. İşdə olan AR SN Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli 1180 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Qəbələ RPŞ TB-nin xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/623 saylı ekspert rəyinə əsasən İsmət Baxşəliyevdən aşkar edilərək götürülmüş bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə bitkisindən hazırlanmış 0,42 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanadır. AR İXM-nin 206-cı maddəsinə əsasən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, göndərilməsinə və ya daşınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanı ilk dəfə törətməsini və şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həps növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 iyul 2024-cü il tarixdən saat 15:05-dən hesablansın. Şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın aid edilən hissədə icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Qəbələ rayon Məhkəməsinin Hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar