Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-344/2024 12.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X16 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X3 iştirakı ilə, xx.xx.1982-ci ildə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748931) tərtib olunmuşdur ki, o, xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tələbkar X2 xeyrinə hər ay 100 manat aliment ödəməsi haqqında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)- 264/2020 saylı icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə xx.xx.2023-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmuş və barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il keçməmiş eyni icra sənədinə münasibətdə İXM-nin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı yeridən törədərək 9200 manat məbləğində aliment borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tələbkar X2 xeyrinə hər ay 100 manat aliment ödəməsi haqqında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-264/2020 saylı icra sənədi üzrə tələbi tam şəkildə ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, boşandıqdan sonra yenidən evlənmiş və sonrakı nikahdan bir övladı olmuşdur. Ailəsini günəmuzd işlərin görülməsindən əldə etdiyi təsadüfi qazancla saxlayır və başqa gəlirləri olmadığından uşaqların ən zəruri tələbatını belə ödəyə bilmir. Bu səbəbdən X2 xeyrinə kəsilmiş alimenti hər dəfə tam şəkildə ödəmədiyindən aliment borcu yaranmışdır. O, övladlarını sevir və onlardan ata nəvazişini əsirgəmir. xx.xx.2024-cü il tarixdə aliment borcundan 1000,0 manat ödəmişdir və qalan məbləği də hissə-hissə ödəmək niyyətindədir. Ona görə də, aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-264/2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 30 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat tutulub, 18 iyul 2003-cü ildə anadan olmuş X9, 13 fevral 2005-ci il təvəllüdlü X7 və 29 mart 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün anaları X2 xeyrinə tutulmalıdır. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-264/2020 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 31536/2023-11-11-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-264/2020-ci il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(025)-344/2023-cü il tarixli Qərarının surətinə əsasən Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həps edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qərarın surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-264/2020 saylı icra sənədi üzrə borclu xx.xx.1982-ci il təvəllüdlü, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs haqqında axtarış elan edilmişdir. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 32/9 nömrəli arayışa əsasən, Qəbələ Rrayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-264/2020 saylı icra sənədi üzrə Şəxs X4 9200 manat aliment borcu vardır. İşdə olan çıxarışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə Q*****T*****X qızının 4169*******2211 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 1,000,00 manat köçürülmüşdür. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-264/2020 saylı icra sənədini xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş, könüllü icra üçün müəyyən edilmiş müddətdə tam şəkildə ödənilməsi təmin edilməmiş və 9200,0 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən qanunda nəzərdə tutulmuş bütün məcburi icra tədbirləri görülmüş, lakin borclu Şəxs tələb yönələ biləcək nağd pul vəsaiti, qiymətli əmlakı və gəlirləri aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs icra sənədi üzrə 1000,0 manat ödəmişdir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-264/2020 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Qəbələ rayon Məhkəməsinin Hakimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-344/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-344/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver