Məhkəmə qərarları › İş №3(025)-345/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-345/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-345/2021 16.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü və 338.7-ci maddələri ilə tərtib olunan X2 protokol üzrə X2 işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 16 iyul 2021-ci il tarixdə Qəbələ RPŞ DYPB YPXBİ-nin polis leytenantı X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş X2 protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə X2 protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, X2 protokol onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. X2 protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində X2 iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində X2 iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. X2 iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində X2 iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə X2 iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə hesab edir ki, Qəbələ RPŞ DYPB YPXBİ-nin polis leytenantı X1tərəfindən X2 protokol tərtib edilərkən İXM-nin yuxarıda qeyd olunan normalarının tələblərinə riayət edilməmişdir. Belə ki, İXM-nin 100.1.6-ci maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı protokolda öz əksini tapmalıdır. Göründüyü kimi protokolda zərər çəkmiş şəxsin adı və soyadı göstərilsə də, onun yaşadığı yerin ünvanı protokolda öz əksini tapmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, X2 protokolda Şəxs təqsirli bilindiyi maddələr “qaralanaraq” 338.4 və 327.1-ci maddələr kimi göstərilsə də, protokolun məhkəməyə aidiyyəti üzrə göndərildiyi müşaiyət məktubunda Şəxs təqsirli bilindiyi maddələr 338.4 və 338.7-ci maddələr kimi göstərilərək anlaşılmazlıq yaranmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ RPŞ DYPB YPXBİ-nin polis leytenantı X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş X2 protokol və ona əlavə edilmiş sənədlər Qəbələ Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli 3(025)-320/2021 nömrəli və 07.07.2021-ci il tarixli 3(025)-334/2021 nömrəli qərardadları ilə geri qaytarılmış, qərardadda X2 protokolda olan nöqsanlar və natamamlıqlar aydın şəkildə sadalanmışdır. Lakin buna baxmayaraq Qəbələ RPŞ DYPB YPXBİ-nin polis leytenantı X1 protokolda olan natamamlıqlar tamamilə aradan qaldırılmadan yenidən məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, X2 protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-ci və 338.7-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qəbələ RPŞ DYPB YPXBİ-nin polis leytenantı X1 tərəfindən tərtib olunmuş X2 protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon Polis şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-ci və 338.7ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair X2 protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar